Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Üzr istəyirəm

Səhvləriniz zamanı uşaqlarınızdan üzr istəməkdən çəkinməyin. Çünki "üzr istəyirəm" sadəcə iki bəsit kəlmə deyil. Onu deməklə

✔ uşaqlarınıza yanıla bilmə haqlarının olduğunu öyrətmiş olursunuz.

✔ səhv olmağın zəiflik olmadığını göstərirsiniz.

✔ yalan deyib səhvi gizlətməyin o səhvi qəbul etməkdən daha pis olduğunu öyrədirsiniz.

✔ hər yaşda insanın səhv edə biləcəyini göstərirsiniz.

✔ «mən səhv etdim, amma doğru olanı budur» mesajını vermiş olursunuz.

Beləcə uşaqlar öz səhvlərinin üzərində düşünməyi və bu zaman üzr istəməyi öyrənmiş olurlar.
Davamı →

Uşaqlarınızın yanında diqqətli olmağınızı tələb edən 7 nüans

✔ Həyat yoldaşınızın ata/ana imicini zədələyəcək söz və davranışlara yol verməyin.

✔ Uşaqların gözünün qabağında mübahisə etməyin.

✔ Həyat yoldaşınıza qarşı qayğıkeş və mərhəmətli olun.

✔ Həyat yoldaşınızı alçaltmayın və haqqında mənfi danışmayın.

✔ Eqoist olmayın.

✔ Gündəlik ailəvi rejim, vərdiş və ənənələriniz olsun.

✔ Həyat yoldaşınızla hər şeyi paylaşın, onu görməməzlikdən gəlməyin.
Davamı →

Uşaq tərbiyəsində 10 qayda

✔ Əgər uşaq istəmirsə ona əsla toxunmayın.

✔ Uşağın xəstəliyi barədə heç kimin yanında danışmayın.

✔ Uşağın müsbət cəhətlərini inkişaf etdirməyə çalışın.

✔ Hər vaxt sizdən nəsə istəyən uşağı dinləmək üçün hazır olun.
Davamı →

Şagirdlərə məktub

Belçikadakı məktəblərdə seçmə və yerləşdirmə imtahanından əvvəl məktəb direktorunun şagirdlərə göndərdiyi bir məktub:

"Əziz uşaqlar,
Qarşıdan gələn imtahanlara hazırlaşmaq üçün hamınız əlinizdən gələni etdiniz. Sizinlə fəxr edirik. Bilməyinizi istəyirik ki, bu testlərin nəticələri sizlərin nə qədər özəl və bənzərsiz olduğunuzu ortaya çıxartmayacaq. Çünki bu sualları hazırlayan insanlar sizi müəllimləriniz və ailələriniz qədər yaxından tanımır. Sizin hansı dillərdə danışa bildiyinizdən, hansı alətdə ifa edib, rəqs edə bilməyinizdən, sənətçi bir ruhunuzun olub olmadığından xəbərləri yoxdur.
Davamı →

Uşağınızın sizi dinləməsi üçün 25 üsul

1. Onunla eyni boy səviyyəsinə enib göz kontaktı qurun.

2. Adı ilə müraciət edin.

3. Qısa və anlaşıqlı danışın. Ən əsası — başdan bir cümləylə fikrinizi çatdırın. Nə qədər çox danışsanız, övladınız bir o qədər az dinləyəcək sizi.

4. Fikrinizi sadə formada ifadə edin. Qısa sözlər və cümlələr istifadə edin. Çalışıb onun kimi danışın.

5. Uşaqdan sizin ondan etdiyiniz tələbi və ya tapşırığı təkrar etməsini xahiş edin.
Davamı →

Uşaqlara kitab oxumaq faydalıdır

Körpənizin kitabları yalnız dişləmək üçün bir vasitə olaraq gördüyünü düşünürsünüzsə, yanılırsınız. Və siz ağlınıza da gətirməzsiniz ki, uşaqlar həqiqətən də kitablardan bir çox şey öyrənə bilərlər. 

Belə ki, 6 aylıqdan 4 yaşlarına qədər nəzarət olunan 250 ana-uşaq cütü ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində analara həftədə neçə gün uşaqlarıyla səviyyəli şəkildə oxu ilə məşğul olduqları öyrənilib.

Səviyyəli oxuma dedikdə isə hekayə oxuyaraq kitabdaki şəkilləri göstərmək nəzərdə tutulur. Araşdırma nəticələrinə görə, erkən oxumağa başlamaq uşaqların oxuma-yazma inkişafını yaxşılaşdırır. Həmçinin bu, yalnız oxumaqla deyil, ana və uşağın qurduğu sağlam və uzun müddətli əlaqə ilə də bağlıdır. Belə uşaqlar həm də danışmağı daha tez öyrənirlər.
Davamı →

Ağlayıb, ağlayıb, yatacaq

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Davamı →

Əks nəticə verən 5 tərbiyə üsulu

1. Uşağı sakitləşdirmək üçün, onun fikrini yayındırmaq lazımdır
Məqsəd: uşağa mənfi emosiyaların öhdəsindən gəlməyə kömək etmək.
Nəticə: uşağın fikrini yayındırmaqla, biz mənfi hisslərin uşağın içində qalmasına səbəb oluruq və hisslərin çıxması üçün şərait olmur. Hətta əgər o zahirən sakitləşmiş görünsə də, çox güman ki, ilk fürsətdə öz hisslərini büruzə verəcək, biz isə təəccüblənəcəyik ki, axı uşaq niyə xırda bir məsələ ucbatından bir saat isterikaya düşdü.

Emosiyalar – enerjidir, onları da hansısa yolla sərf etmək lazımdır. Biz sadəlövhcəsinə düşünürük ki, bu hisslər sadəcə öz-özünə yoxa çıxacaq. Bəlkə də həyatda heç bir məsələ ilə bağlı bu cür möcüzənin baş verməsinə inanmırıq.
Davamı →

Uşaqlarda dırnaq yemə

Uşaqlarda dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından tez başlaması,(nadir olaraq 5 aylıq olarkən rastlaşmaq olar).Uşaqların 33%-də dırnaq yemə vərdişinə rast gəlinir. Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaq yeyən uşaqların sayı 40-45% -ə qədər yüksəlir. Yəni yeniyetməlik çağına doğru uşaqların demək olar ki,yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi kimi isə gənclərin ətrafındakılar tərəfindən dəstəklənməmələri kimi görülür. Həmçinin dırnaq yeyən uşaqların ailələrin çoxunda da bu vəziyyət hökm sürür. Belə göstərilirr ki, uşaqlar sanki dırnaq yeməklə böyükləri təqlid edirlər. Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir.
Davamı →

Uşaqlara cinsi münasibətləri necə izah etməli?

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır?

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.

Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar.
Davamı →