Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Uğur və imic

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?
Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.  Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır. 


Ardı →

Danışıqlarda təşəbbüsü necə ələ almalı

Bir sıra problemlər mövcuddur ki, insanlara danışıqlar zamanı arzuolunan nəticəni əldə etməyə mane olur:
• insanlar çox vaxt anlaşılmaz danışırlar.
• İnsanlar çox vaxt müsahiblərinin sözünə diqqət yetirmirlər.
• İnsanlar çox vaxt deyiləni olduğu kimi başa düşmürlər.
Bu ona görə baş verir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesi çox mürəkkəb olub bir çox detallardan asılıdır: bu, həm informasiya mübadiləsində iştirak edən insanlardır, həm də onun keçdiyi kanallardır.
İnformasiya mübadiləsinin mühüm addımı informasiya məsələsidir. Danışıqlar üzrə tərəfdaşınızın situasiyaya baxışları haqqında məlumat alarkən, siz onun mühüm və kritik hesab etdiyi problemlərin həlli üçün zəmin hazırlayırsınız.


Ardı →

Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.
Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.


Ardı →

Təbrik məktubları haqda lətifə

Məşhur şirkətlərdən birinin baş idarəsində yeni işə girmişdim. Şöbə müdirinin köməkçisi vəzifəsində çalışacaqdım. Qarşıdan gələn bayrama 10 gün qalmış müdirim xəstələndi və işə çıxmadı. Elə həmin gün baş direktor məni yanına çağıraraq: “Təbrik məktubları hazırdırmı?” – deyə soruşdu. “Bağışlayın, hansı təbrik məktubları?” – mən də suala sualla cavab verdim. “Arif müəllim bu haqda sənə heç nə deməyib? Qarşıdan bayram gəlir. Camaatın bayramını təbrik etməliyik. İndiyə qədər hazır olmalı idi, – deyə baş direktor məzəmmət etdi, – onda çalışın, sabaha kimi çatdırın”. Direktora “oldu” deyərək otaqdan çıxdım. Məktubların hamısını mürəkkəblə və gözəl xətlə yazmağı tapşırmışdı.
2000 ədəd “aşağıdakılar”a ünvanlanacaqdı: “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”.
Davamı →

Zəngin olmağın sirləri

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir. 

  • Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.
  • Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

Davamı →

Harland Sandersin 1000 uğursuzluğu

Harland Sanders 1955-ci ildə, 65 yaşında təqaüdə çıxarkən alacağı 105 dollar təqaüdə, öz köhnə avtomobilinə və xüsusi toyuq hazırlanma reseptinə bel bağlaya bilərdi. Sanders başa düşürdü ki, öz təqaüdü ilə yaşaya bilməz. Buna görə də öz avtomobilinin sükanı arxasına əyləşir və öz reseptini restoranlara təklif etmək üçün yola düşür.

Harlandın hesablamasına görə, onun reseptini alacaqlar və o hər toyuğa görə 5 sent alacaq. İlk restoran sahibi ikinci, üçüncü, dördüncü, yüzüncü və hətta mininci restoran sahibi kimi Sandersə etiraz edir.

Edilən ilk 1008 müraciət və zəng uğursuz olur. Bununla yanaşı, Harland restoranlara zəng etməyə və onlara səfər etməyə davam edirdi. O öz avtomobili ilə bütün gecəni restoranları gəzirdi.
Davamı →

6 addımda istədiyinizi əldə edin

Nədənsə özümüzü hər istədiyimizi əldə edə bilməyəcəyimizə inandırmışıq. Bu düşüncəni mənimsəmiş olsaq da, ətrafımızda ağlına qoyduğu hər şeyi edən, istədiyini əldə edən bir çox insan var. Bəs bunu necə edirlər? Hüquqşünaslar kimi insanları asanlıqla razılığa gətirə bilən və adətən, istədiklərini əldə etməyi bilən insanların vərdişlərinə nəzər salaq.

Konkret danışmaq!
İnsanlar hələ zehin oxumağı kəşf edə bilmədiyi üçün ağlınızdan nə keçirsə, konkret şəkildə deməlisiniz. Konkret olaraq ifadə edə bilmədiyiniz şeylərin həyata keçməsini gözləmək elə də məntiqli deyil. Öz ehtiyaclarınızı müəyyən edib, istəklərinizi açıq şəkildə dilə gətirmək üçün əvvəlcə özünüzə güvənməlisiniz. Dəqiq ifadələrlə nə istədiyinizi bildirdikdə qarşınızdakı insanları razı salmağınız və istədiyiniz şeyi almağınız asanlaşacaq.

Davamı →

Böyük məqsədlərə gedən yol kiçik məqsədlərdən başlayır

Bir çox mənbələrdə Lev Tolstoyun üç gündəliyinin olduğu və bunlardan birinin gizli saxlanıldığı yazılır. 

Ancaq ictimaiyyətə məlum olan gündəliklərin birində Tolstoy özü üçün düzgün yaşamağın qaydalarını müəyyən edib. Böyük yazıçı həmin gündəlikdə yuxu rejimindən tutmuş yeməyə qədər, bir çox şeyi sistemləşdirib.
 
1. Səhər saat 5-də oyan.

2. Təxminən, saat 21.00-da yat.

3. Mümkün qədər az ye. Şirniyyatdan uzaq dur.

4. Hər gün 1 saat gəzintiyə çıx.

5. Duyğularını gizlə.

6. Yalnız bir işə diqqətini cəmlə.

7. Lüzumsuz yerə böyük xəyallar qurma.

8. Sənə dəyər verən insanları sev.

9. Məntiqsiz, mənasız adət-ənənələrə əhəmiyyət vermə.
Davamı →

Ən varlı biznesmenin uğur prinsipləri

Jack Ma
Cek Ma – Çinin ən uğurlu və karizması ilə seçilən sahibkarlarından biridir. O öz biznesini sıfırdan yaradıb.Belə ki, o yoxsul musiqiçi ailəsində dünyaya gəlmiş, bizneslə məşğul olmağa qərar verənə qədər məktəbdə ingilis dili müəllimi işləmiş, aşağı vəzifəli məmur olaraq fəaliyyət göstərmişdir. Onun bütün zəhmətlərinin nəticəsi isə hazırda dünyaca məşhur olan Alibaba Group-dur.
Davamı →

Riskli yaşamaq

Riskli yaşamaq nə deməkdi?

Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.

Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisid. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.


Ardı →