Facebook-da profilinə kim baxıb? haqqda sonuncu məlumat

Salam.Söz verdiyim kimi Facebook-da profilinə kimlərin baxmağı haqqda sonuncu bildiyim məlumatları bu maarifləndirici bloqumda paylaşmışam.Videoda qeyri-peşəkarlığa və bu videonu gec yayımladığıma görə üzrlü sayın.İnanıram ki,faydalı olacaq.Təşəkkür.

19 şərh

Shabnam_Ilham
Ehhh nə pis oldu facebook-u deactive edəndən sonra yayımladız bunu :(
Gələcəkdə «Kayzen-də profilinə kim baxıb? „adlı post yerləşdirərsiz, ürəyimdə qalmasın :D 
ORIGINAL
Söz vermirəm,çalışaram ;)
MURAD_SEYFULLAYEV
Neynirsiz edin, lap facebook-u çökürdün, amma Kayzenlə işiniz olmasın. ;) :)
ORIGINAL
Onsuz da o dərəcədə peşəkar deyiləm ki,sevimli Kayzenimizə nəsə edim.Sadəcə bildiyim sıradan bilgiləri paylaşıram ;)
MURAD_SEYFULLAYEV
Nə bilim, çalışaram yazıbsız deyə mən də sizi xaker sandım. :) Zarafat bir yana, bu və qabaqkı maarifləndirici videolarınız təqdirəlayiqdir. Zəhmətinizi qiymətləndirirəm. Bundan sonra daha da maraqlı, maarifləndirici videolar hazırlayacağınıza və getdikcə peşəkarlaşacağınıza inanıram. :)
ORIGINAL
:) Məni daha da həvəsləndirdiyinizə görə təşəkkür.Minnətdəram
MURAD_SEYFULLAYEV
:) Dəyməz. Siz həvəslənin, biz də maraqlı videolar görək və öyrənək. :)
Ferbara
Facebookun Odnoklassnikidən üstün cəhətlərindən biri də odur ki, ziyarətçilər naməlum qalır. Bunu da aşkar elədiniz, gizlimiz qalmadı. :) Amma sizin göstərdiyiniz kimi bir dəfə yoxladım kimlər baxmış və inanmıram ki, bir də istifadə eləyəm. :)
_BUMERANQ_
Bu funksiyanın olmamagı mənim də xoşuma gəlir. Hətta əvvəllər online olub- olmamaq da görünmürdü, o lap yaxşı idi. İndi bu topikdən sora o saat yoxladım təbii ki. Közərən maraq oduna benzin tökən topikdi.
Ferbara
Adamın facebooku nə vaxt ziyarət elədiyi vaxt (online olub-olmamaq yəni) da dəqiq deyil. Bəzən saytda olsa da, «14 saat bundan əvvəl burda idi» deyib aldadacaq facebook. :)
_BUMERANQ_
Məndən olsa, hec deməsin. Yalana nə hacət? :)
Ferbara
Dediyim odu ki, məlumat dəqiq deyil deyə əhəmiyyət verməyə dəyməz. :)
velili_hemide
Keçən dəfəki kimi maraqlı video alınıb, təşəkkürlər! 
pascal
Yenilik yaradan userlərə həmişə, hər saytda ehtiyac var. Kayzendə isə xüsusi. Adı kimi fəaliyyət göstərməlidir sayt. Həmişə axtarışda olub, həm özünüzə, həm saytdakılara öyrətdiyiniz hər bir şeyə görə, saytın «Daim inkişafda ol!» prinsipinə əməl edən fəaliyyətinizə görə var olun! :)
ORIGINAL
Çoxsağolun.Lap utandırdız məni :)
Bu yaxınlarda isə Whatsapp-da nömrəyə kontaktında olmayan nömrələr də daxil olmaqla kimlərin baxdığını göstərən bir video bloq paylaşmaq istəyirəm.Sadəcə bəzi detallar var,onları araşdırandan sonra,tam əmin olandan sonra paylaşacam.İnanıram ki,o da böyük marağa səbəb olacaq.Diqqətnizə görə təşəkkür.
Shabnam_Ilham
Oooo WhatsApp maraqlı olar səbrsizliklə gözlüyürəm. «Hayranlarım kim acaba :P » Bircə siləndən sonra olmasın tez olsun :D
ORIGINAL
Sizin və bir çoxlarının xahişi nəzərə alaraq söz verdiyim bloqu daha tez yayımladım ;)
Buaradan baxa bilərsiniz. 
Lutfu
salam..saytın adı necədi..dəqiq görsənmir...zəhmət olmasa yazardız