Tirəxtor`un azarkeşləri, xəyalda yerləşməyən bir həqiqətdir...

"Tiraxtor Həmlə elə, cırıq yerin tapmısan" Təsəvvür edin ki bunca adam, belə bir sözü tekrar edir. Qarşıdaki insanlar, ətrafındakı insanlar bütün vücudları ilə deyirlər: "Yaşasın Azərbaycan"



Burası Təbrizin Stadiomudur.Tiraxtorun Mələvanla olan oyunundan çəkdiyim bir fotoşəkildir. 80% sloqanlar Azərbaycan Türkcəsindədir bu oyunda. Yəni bunca  cəmiyyət düşünün ki, çığırıb eşq ilə Azərbaycanın adını gətirir və Tiraxtor deyə bağırır. Bu oyunda 60 min insan var idi, ancaq 120 min insana yaxın Tirəxtur azarkeşinin, bir yerdə olması da iki yol görünmüş bir haldır... 60 min insanın gəlməsi, orucluq ola-ola iranda biraz çətindi deyək.
Belə bir yerdə olmaq insanda çox maraqlı hisslər oyandırır. Hamı əlindən gəldiyicə qırmızıya boyanıb. Böyük bir şur var...

Oxşar məqalələr

 

7 şərh

Əliyev
Əgər nə vaxtsa Cənubi Azərbaycan müstəqil olsa,bu nə Amerika,nə İsrail,nə Rusiyadan asılı olacaq.Bu ancaq futbolun sayəsində olacaq. Tirəxtur indi İranlı azərbaycanlıların milli qürur mənbəyidir.
bankir
Cənubi Azərbaycanın Barselonası.
katalonlar cənubi azərbaycanlıların milli özünüdərk hissinin belə olması sevindiricidir.
təpəgöz
Təbrizdə çox böyük traktor zavodu var. Klubun sponsoru da odur. Təbrizlilərin ləhcəsi ilə traktor Tirəxtur adlanır. Klubun böyük gələcəyi olmasına inanıram.
Magicboy
oyun deyəsən planlaşdırılmış vaxtdan gec başlayıb. Teraktor Sazi kimi gedir beynelxalq dilde. Qelebeye görə də təbriklər.
xoxan
düzdü teraktorsazidi...hamımıza təbriklər…
xoxan

Mənə çox maraqlı gəlir ki, burda da millət traktorsazi teamini tanıyırlar. Biraz təəccübləndirici və çox yaxşı haldı yəqin ki..

nərgiz
Futbol ilə azadlıq əldə olunmaz. Cənublululara alimlər,siyasətçilər,hərbçilər lazımdır,futbolçular yox.