Bir Evdə...

Bir evdə gözəlliyə səbəb olan: UYĞUNLAŞMADIR.
Bir evdə uyğunlaşmaya səbəb olan  : QARŞILIQLI ANLAYIŞ VƏ GÜZƏŞTDİR.
Bir evdə qarşılıqlı anlayış və güzəştə səbəb olan: BAĞLILIQDIR.
Bir evdə bağlılığa səbəb olan:  SEVGİDİR.
Bir evdə sevgiyə səbəb olan: UŞAQLARDIR
Bir evdə uşaqların var olmasına səbəb: SƏDAQƏTDİR.
Və ən nəhayət
Bir evdə sədaqətə səbəb olan AXTARDIĞIN İNSANLA YAŞAMAQLA BƏRABƏR AXTARILAN İNSAN OLMAQDIR...

Bunlara nail olmusansa inanki, bu dünyada ən VARLI və ən XOŞBƏXT insan SƏNSƏN.

P.S Xahiş olunur digər sayt və paylaşım səhifələrində yayımlanarkən müəllif hüquqlarına hörmətlə yanaşılsın. Əməyə hörmət edək…
 

35 şərh

lili95
eladir cox sagol.nece deyeller emeye hormet amma sevgiye sebeb usaq deyil axi.sevgi usaqdan evvel olur.belke usaga sebeb sevgidi hee.
MaksiMuS
İş orasındadı ki, evləndikdən sonra sevgi istər istəməz azalır.Ama uşaq dünyaya gəldikdən sonra bu sevgi yenidən doğulur, gənclik sevgisi kimi olmur.Tamam başqa hisdi o.Mən bilmirəm, ama ailə quranlar fikrimi təsfiqləyə bilər :)
Rene

Razı deyiləm. Uşaqsız sevgi içində yaşayan cütlüklər tanıyıram. Biri mənim müəlliməmlə həyat yoldaşı. Maşallah, Allah nəzərdən saxlasın, elə bil, 1 aydı evləniblər. Çox bağlıdırlar 1-1lərinə və çox sevirlər 1-1lərini. 10 il olar evlidirlər, bəlkə daha çox..

soni_memmedzade
MAKS,məncə də səhv fikirdəsən .uşaq heç də seevgi qrtırmır.sevgi tam başqadır.şükür Allaha ki,evləndin indi  İNŞƏLLAH uşaqlar olar görəcəksən.insan sevgini özü qazanıb,özü də itirir.5 uşaqla ayrılan da görmüşük,uşaqsız ömürlərini sonlayanlar da ...Axx MAKS....uşaqsan bilmirsən bu dünyada nə var nə yox..ƏLLƏRİNƏ SAĞLIQ DOĞRUDAN DA ALQIŞLAYIRAM.
soni_memmedzade
AMMA ŞƏKİL LAP YERİNƏ DÜŞÜB HA.
Rene
liliylə razıyam, mən də onu deyəcəkdim…
lili95
sekilin polnu yeri var.esas colun soyuqlugu deyil.icerini isiden cut nefes lazimdi
Gülnar
Yazı qaydalarına əməl edin xahiş edirəm…
MaksiMuS
Anlamadım..Nə mənada?
Gülnar
Maksimus, şərhin hara ünvanlandığına baxın…
_BUMERANQ_

Allah laiq olan hər kəsə bu sərvətə sahib olmağı nəsib etsin inşallah. AMİN!


Əməyə hörmət +

Rene
Onsuz da layiq olan onun qədrini biləcək, layiq olmayansa o xoşbəxtliyi qoruyub saxlaya bilməyəcək…
Nailə_Rzayeva
Hamı bu cür vara və xoşbəxtliyə sahib olsun…
_BUMERANQ_
LAİQ OLANLAR ifadəsini vurğulamaq lazımdı
umud600
Mashallah +
MaksiMuS
MaşAllah günün olsun Ümid qardaş.SAğol
Kinosunas
Maksimus,salam. Özünüz yazmısız? Hər halda əllərinizə sağlıq. Nə dəyim belə ailə hər kəsə nəsib olsun İNŞALLAH .AMİN!
MaksiMuS
He.öz düwüncemin mehsuludu.coxsagol.Beyendiyine sevindim.
Kinosunas
Aha bəyəndim. İstəyəndə nəsə yazmaq olmuş :)
Aysel218
oooo Maksimus ...bele islerin de varmis senin???:)) yaziciliq qabiliyyetini deyirem:))
beyendim 5+:))
Kinosunas
Aysel. Siz hələ onu yaxşı tanımırsız:) yaxşı mənada.
MaksiMuS
:) Sagol Aysel. Arada bir fantaziyamizi guce saliriq.Beyendiyine sevindim
Aysel218

emeye hormet borcumuzdu:)))

LaLə
maşALLAH. Gözəl bir düşüncə və nəhayət gözəl bir yazı))
MaksiMuS
SAğol Lalə, fərəh hissi duydum bu qədər bəyənildiyinə görə
katana
Sekil çox maraqlıdır.Yazılar ondanda maraqlı idi.Ancaq men Sevginin evlendikdən sonra azalması meselesine inanmıram.Sevgi heç vaxt azala bilmez eger evliliyin kökunde sevgi olubsa.Sadece bir müddet gizdene biler imkan tapan kimi çıxıb diddi men burdayam deyir.
MaksiMuS
Katana, xanım sız deyəsən hələdə nağıllar aləmindəsiz :)) Subyektiv fikrinizə hörmətlə yanaşıram.Düzdü evli deyiləm, böyük danışmaq həddimdə deyil. Ama məntiqim deyirki evlilik sonrası gənc ikən duyulan sevgi qalmır, az da olsa azalır, dəyişilir. Özüdə bu azalma müəyyən mənada təbii şəkildə olur. Çünki Sevginin mayasında həsrət, hicran olur.Eləki bu hislər yox olur,(axı evlənəndə həsrət və hicran hissi duyulmur) beləcə sevgi hissi də o dərəcə qabarıq olmur. bilməm anlata bildimmi
Kinosunas
Demək olar boşananların çoxu da sevgi ilə qurulan ailələrdir.  Demək istədiyim kökündə sevgi olsa da azalar.
lili95
hamimiz anladiq cox sagol
MaksiMuS
:)) Hamının adına danışmağı kimdən öyrəndin ?:))
katana

Men dedim axı arada gizlenir .Ancaq bu o demek deyilki azalır.Neise bu menim fikrimdi.


Ramil
Yaxşı münasibətlər üzərində qurulmuş ailə — həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl məktəbdir.