Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Aleksandr Düma-350 qadın və 647 kitab

Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı.


Ardı →

Gi de Mopassan

Mopassanın gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valeh edici bığları olan unter zabit Mopassan qədər romantik sevgiyə nifrət edən çətin tapılardı. Seçməli olsaydı böyük hərflərlə yazılacaq sevgini o, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünsmədən qurban verərdi. O, qadını «şüursuz və təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə» hesab edirdi. Lev Tolstoyun fikrinə görə «Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli və eybəcərliklərini bu qədər aydın və dəqiq təsvir etmiş ikinci yazıçı olsun».
Davamı →

Polad necə bərkidi | Ostrovski

Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Davamı →

Çingiz Abdullayev Akif oğlu

Abdullayev Çingiz — məşhur detektiv yazıçısı və publisistdir. Yüksək intellektual səviyyəsi,fərqli dünyagörüşü və Dronqo obrazı sayəsində o çox məşhurdur.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir.hələ məktəbdə oxuyarkən dərs vaxtlarında tarix və bədii əsərlər oxumuşdur.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur.
Davamı →