Ailədə sərbəstlik və intizam

Sizin ailənizdəki vəziyyətə uyğun gələn variantı seçin. Valideynlərin müsbət cəhətdən həmfikirliliyi ailədə sərbəstlik və intizamın yaranmasına səbəb olacaqdır.

      1. Evimizdəki intizam qaydalarının tələbləri ilə ikimiz də razıyıq. (Tez-tez, hərdən, heç vaxt).

      2. Qoyulmuş intizam qaydalarına əməl etməyə çalışırıq. (Tez-tez, hərdən, heç vaxt).

      3. Uşaqlarım evdən kənarda özlərini pis aparan zaman, onları alçaltmadan hər şeyi yoluna qoymağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt). 

      4. İcazə verilən hərəkətlərin sərhəddi əvvəlcədən təyin olunmuşdur və onlara sözsüz əməl edilir. (Tez-tez, hərdən, heç vaxt).

      5. Mən yalnız yerinə yetirə biləcəyim şeylər üçün söz verirəm və sözümün üstündə dururam. (Tez-tez, hərdən, heç vaxt).

      6. Hətta uşağım özünü pis aparan və pis əhval-ruhiyyədə olan zaman, mən yenə də ona hörmətlə yanaşıram. (Tez-tez, hərdən, heç vaxt).

      7. Əməllərinin nəticəsini özünün hiss etməsi üçün işə qarışmadan uşağıma imkan yaradıram. (Tez-tez, hərdən, heç vaxt).

      8. Evdəki məhəbbətlə intizam arasındakı tarazlığı saxlamağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt). 

      9. Övladımı yalnız sözlə deyil, həm də şəxsi nümunəmlə tərbiyə etməyə çalışıram. (Tez-tez, hərdən, heç vaxt). 

    10. Uşaqlarımın hər birinin fərdi xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif tərbiyə o sullarından istifadə etməyi bacarıram. (Tez-tez, hərdən, heç vaxt).
 

11 şərh

pascal
Deyirsən, ailə içi  «paxırımızı»  hamısın açıb, bura tökək? ;) :)))
Ramil
Buraya yox ailənizlə birgə.
pascal
Ailəmizlə birgə etsək, gərək heç kim bu topikə şərh yazmasın ki. :)
Ramil
canınız sağ olsun. Bir də ki, qüsursuz insan yoxdur və suallar da paxıraçan suallar deyil.
pascal

Əşşi, zarafat etdim. Noolar smayliklərə diqqət edin.

Hərdən mənə elə gəlir, şərhlərdəki xırdaca zaraftlarımı userlər ciddi qəbul edib, hətta inciyirlər. 

asel
məni nəzərdə tutursuz :)))))))
pascal

Ümumiyyətlə dedim, asel. :)

Ciddilik gözəl xüsusiyyətdir. Mən də tərafdarıyam. Ancaq, arada (çox yox) dodaqqaçırdan söz də kayzen ailəsində səmimiliyə,  mehribançılığa körpü olar. 

Ramil
Razıyam. Asel, deyəsən siz də mənim kimi sözü üstünüzə götürürsünüz.
Zumrud-Aliyeva
Hami bu suallara dogru cavab verse ozunu va ayilesini taniyar