Qədim yunan adət-ənənələri

Yunanlarda belə bir məsəl var idi: "Adına bir məzar-təpə ucalt, matəm saxla ona". Söhbət kenatafdan ( hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.

- Homerin zamanında əsas mübadilə vasitəsi qaramal, əksərən cöngə idi, kölənin qiyməti səkkiz cöngədən iyirmi cöngəyə qədərdi.

- Qədim yunanlar qansız qurban nəziri də verirdilər. Bunlardan ən çox yayılanı allah şərəfinə şərab, su, süd, bal kimi içkiləri qədəhlərdən yerə tökmək ayini idi.                                                                                

- Qədim yunanlarda familiya yox idi; adamlar çox zaman atasının adı ilə adlanırdı. Oğlu sözünü ifadə edən "id", "ion" şəkilçiləri idi. Laert oğlu - Laertid, Kron oğlu- Kronid və ya Kronion şəklində işlənirdi. Qadınları atasının adı ilə adlandırdıqda "ida" şəkilçisi əlavə edilirdi: Xrisey qızı- Xriseida, Brisey qızı- Briseida şəklində çağırılırdı.

- Homer dövründə yad kişi ilə qadının, xüsusilə qızın yanaşı getməsi namussuzluq hesab edilirdi.

- Homer zamanında varlı adamlar çox kölə saxlamırdılar.

-Qədim yunanlarda evin müqəddəs yeri ocaq idi.

-Orada kül üstündə oturmaq ev yiyəsindən kömək istəmək demək idi.

- Homer dövründə ticarətlə əsasən, finikiyalılar məşğul olurdular. Yunan zadəganları bu peşəyə həqarətlə baxırdılar.

- Qədim yunanların əqidəsincə ölən adamı üç kərə çağırdıqda onun ruhu vətənə qayıdır.

- Qədim yunanlar qurban kəsiləcək heyvanın üzərinə arpa səpərlərmiş. Arpa olmadıqda heyvanın üzərinə müqəddəs hesab etdikləri palıdın yarpağını səpələyirmişlər.

- Qədim yunanlılar quşun sağ tərəfdən keçməsini uğurlu fal hesab edirdilər, sol tərəfdən uçmasını uğursuzluq sayırdılar.

- Asqırmaq qədim yunanlarda yaxşı əlamət hesab olunurdu; niyyətin yerinə yetəcəyinin müjdəçisi kimi qiymətləndirlirdi.

- Mehraba sığınan adam toxunulmaz hesab olunurdu.

- O zamanın adətinə görə cavanlar matəm əlaməti olaraq saçlarını kəsib cənazənin üzərinə qoyurdular.

Həmçinin bax:

Qədim yunan mədeniyyəti

 

0 şərh