Pobeda

Pobeda
1945-ci ildə müharibədən sonrakı dövrün avtomobil modellərinə baxış zamanı İ.V. Stalin 6 silindrli mühərriki olan QAZ-20-nin yetərincə qənaətcil olmamasından narazılığını bildirmişdi. Zavod bu avtomobilin mühərrikinin 4 silindrli versiyasını da nəzərdə tutmuşdu.

Zavod rəhbərliyi bu versiyanın adının, əvvəlcə, “Rodina”(Vətən) olmasını nəzərdə tutsa da, Stalinin “Rodina” nı neçəyə satacaqsınız?” sualı bu versiyanı dəyişdirmişdir. Bu hadisədən sonra QAZ-ın direktoru İ.K. Loskutov yeni modelə “Pobeda” adının verilməsini Stalindən xahiş etdikdə ondan belə cavab eşitdi: “Bu, çox da böyük qələbə olmasa da, qoy avtomobilin adı “Pobeda” (Qələbə) olsun”.

“QAZ-20”nin salonuna beş nəfər rahat yerləşirdi. Tam təchiz olunmuş halda 1460 kq çəkisi olan “QAZ-20”-nin ən yüksək sürəti 105 km/saat təşkil edirdi; 100 km/saat sürəti 46 saniyəyə yığa bilirdi, yanacaq sərfi isə hər 100 km üçün 11 litrə bərabər idi.

2111 kubsantimetr tutumlu, 4 silindrli mühərrikin gücü ilk dövrlərdə 50 at gücünə bərabər idi (dəqiqədə 3600 dövr). Modernləşdirildikdən sonra isə “QAZ-20B”-nin mühərrikinin gücü 3600 dövr/dəq olmaqla, 52 at gücünə çatdırıldı.

Avtomobilin ölçüləri belə idi: uzunluğu — 4665 mm, eni — 1695 mm, hündürlüyü — 1640 mm, baza — 2700 mm, təkərlərarası məsafə — 1362 mm.

“Pobeda”dan (1944) sonra Amerikanın “Kayzer” (1947), İngiltərənin “Standard-ven-qard” (1948), Çexoslovakiyanın “Tatraplan-600” (1947) avtomobillərinin istehsalında bu kuzov formasından istifadə olundu.

“Pobeda” SSRİ-də yerli minik avtomobillərinin konstruksiyasında yeni istiqamət yaratmaqla əlamətdar oldular. Qabaq təkərlərin müstəqil asqısı, əyləclərin hidravlik hərəkətötürücü mexanizmi, qapıların qabaq həncamalara taxılması, yüksək səviyyəli komfort (qızdırıcı, radioqəbuledici), üçpilləli ötürücü qutuda sinxronizatorlar, kuzovun ponton forması, alliqator tipli kapot, V-formalı qabaq şüşə — bütün bunlar bu modelin xüsusiyyətləri idi.

“Pobeda” beynəlxalq sərgi və yarmarkalarda, məsələn, 1950-ci ildə Poznanda (Polşa) nümayiş etdirildi, təkcə sosialist ölkələrinə deyil, həm də Qərb bazarına Finlandiya və Belçikaya ixrac edildi. İngiltərənin “Motor” jurnalı 1952-ci ildə “Pobeda” avtomobilinə qiymət verərək yazırdı: “Bu avtomobil sırf rus modelidir… “Pobeda”nın ən güclü tərəfi istənilən yollarda işləmək qabiliyyətidir. “Pobeda”ya minərkən, hətta avtomobil tam yüklənsə belə, onu pis yollarla sürətlə sürməkdən qorxmaq lazım deyil”.

Avtomobil tarixinə dair kitablarda “Pobeda” haqqında deyilir ki, Sovet İttifaqında rast gəlinən hər cür yol və iqlim şəraitinə davam gətirmək üçün nəzərdə tutulmuş bu maşın möhkəm konstruksiyası ilə seçilir.

 

Avtomobil həvəskarlarının diqqətinə:
Tam fərqli changan cs75 2021 modeli mərkəzi konsolu vahid böyük monitordan ibarət yeni modeldir. Cs 75 ilə komfortun zirvəsində!

 

0 şərh