Körpədən məktub.

“Hamilələyin 1-ci həftəsi: Salam anacan! Necəsən? Şükr Allaha mən yaxşıyam. Bax artıq neçə gündür ki, mən sənin bətnindəyəm.

Hamiləliyin 2-ci həftəsi:
Mənə öz sevincimi bölüşmək çətin gəlir, hansı ki, sən mənim anam olacaqsan, hansı ki, bu elə bir xoşbəxtlikdir ki, mən belə böyük sevgi ilə yaranmışam. Buna görə də mənə elə gəlir ki, mən dünyanın ən xoşbəxt övladı olacağam!

Hamilələyin 1-ci ayı:
Bax, artıq 1 aydır ki, biz bir yerdəyik. Nəhayət ki, mənim bədənim artıq bir forma halını almaqdadır.  Bilirəm ki, mən sənin qədər gözəl deyiləm, amma, mənə şans ver. MƏN ELƏ XOŞBƏXTƏM Kİ!!! Sadəcə məni bircə şey narahat edir. Son vaxtlar mən hiss edirəm ki, sən çox üzülürsən. Sən canıvı sıxma, hər şey keçəcək. Yetər ki, sən ümidivi itirmə..

Hamiləliyin 2.5-ci ayı:
Anacan, artıq 2.5 ay ötdü. Mən öz əllərimə çox sevinirəm.. Və mən səbirsizliklə onlarla oynayacağım anı gözləyirəm.  Amma, hər şeydən çox sənə toxunmaq istəyirəm…….
Ana, söylə nə baş verir??? Nə üçün gecələr ağlayırsan? Atamla görüşən vaxtlar nə üçün dava salırsınız? Bəlkə siz artıq məni heç istəmirsiniz?! Mən çalışacam hər şeyi elə edim ki, məni sevəsiniz…


Hamiləliyin 3-cü ayı:
Artıq 3 ay keçdi. Mən hiss edirəm ki, sən çox qəmginsən. Başa düşə bilmirəm ki, nə baş verir və çox narahatam. Bu gün həkimdə olduq. Anacan, mən özümü əla hiss edirəm. Bəs nə üçün biz səhər yenə də həkimə getməliyik? Yoxsa sənə nəsə olub???

Anacan artıq səhər saat ikidir, amma, mən hələ də yatmaq istəmirəm. Əllərimlə oynamaq elə şənləndirir ki!.. Biz yenə də həkimdəyik. Ana, nə baş verir? Oy!!! Mənim evimə daxil olan bu şey nədir? O nə üçündür? Yoxsa bu yeni bir oyuncaqdır? Bax, heç başa düşmürəm, mənim evimi niyə sovururlar?!

Siz bunu niyə edirsiniz? Mən qorxuram!!! Ana! Mənim ayaqlarım incidir! Məgər siz mənim ağrımı görmürsünüz? Anacan, mən çox balacayam ki, özümü qaruya bilim. Məni qoru, mənə kömək elə!!! Onlara de, dayansınlar. Mən and içirəm ki, mən yaxşı övlad olacam. Mə qarnında tərpənməyəcəm, səni narahat etməyəcəm.Necə ola bilər ki, insan mənimlə belə rəftar edə bilər? Ana! Mən artıq dözmürəm… Anacan, mənə kömək elə…

4 il keçdi…
Anacan, o gündən artıq 4 il keçdi. Və burdan, səmalardan mən sənin verdiyin o qərar səbəbindən çəkdiyin əzabı görürəm. Xahiş edirəm, artıq ağlama. Bil ki, mən səni çox sevirəm və görüşümüzü gözləyirəm. Və mən, sənə  öpücük verəcəm.

Səni isti-isti, çox sevən Körpən.”

 

Kimləri illərlə övlad həsrəti çəkir, amma, müxtəlif səbəblərdən bu sevinci yaşaya bilmir, kimləri isə onlara bəxş edilən bu sevincin dəyərini bilmir. Yer üzündə çox səbəblər var ki, insanlar dünyaya gələcək cana qıymalı olurlar. Təəssüf, çox təəssüf.. Kimləri sağlamlıq baxımından buna məcbur olur, kimləri isə kefindən. Qınanılası da var, üzüləsi də..Çox üzücü bir hal olsa gərək. Mən özüm şəxsən buna qarşıyam. Amma, başqalarının əvəzinə danışmaq da çətindir. Bir tək onu bilirəm,sadəcə istəmidiyindən, kefindən bu işi görənləri şiddətlə qınayıram. Bunu heç vaxt başa düşə bilmərəm. Allah verən bu müqəddəs, bu pak cana necə qıymaq olar axı??? Bunun üçün səbəb heç nə ola bilməz. Bir o kəsləri başa düşərəm ki, sağlamlıqla bağlı ciddi problemlər ola! Amma, yenə də… Allah səbr versin!

Allah hər evə övlad səsi, övlad ətri, övlad nəfəsi bəxş etsin. Bu çox dəyərli varlıqdır!

Həmçinin bax: Körpənin günahı nə?

 

0 şərh