Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Volf Messinq

Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Davamı →

İlk kosmonavt

1961-ci il aprelin 12-i. Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi «Vostok-1» kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi «Kedr» olmuşdu. Bu şifrənin hazırlanması general Kərim Kərimova həvalə olunmuşdu.
1968-ci il martın 27-də Yuri Qaqarin və təyyarəçi-təlimatçı Vladimir Seryogin «MİQ-15» təyyarəsində təlim uçuşları zamanı həlak olublar.
Davamı →

Volf Messinq fenomeni

Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı Polşa vətəndaşı, dəqiq desək, işğal olunmuş Polşadan qaçqın düşmüş Volf Messinq idi. Onu təyyarə ilə Moskvaya, aeroportdan da birbaşa şəhərkənarı malikanəyə apardılar. Bir qədər sonra onun saxlandığı otağın qapısı açıldı və Stalin otağa daxil oldu.
— Sən kimsən və buraya nə üçün gəlmisən?
— Mən Polşa yəhudisiyəm, faşistlərin əlindən qaçıb sizə pənah gətirmişəm.
Stalin üz-gözünü turşutdu. Onun öz müttəfiqi Hitler haqqında pis danışan adamlardan xoşu gəlmirdi. Özü də yəhudiləri bir o qədər də xoşlamırdı.
Davamı →

Mövlana Cəlaləddin Rumi

«Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilmərsən» — bu möhtəşəm sözün sahibi Mövlana Cəlaləddin-i Belhi Rumidir. Mövlana həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. Mövlana dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlana həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur.
Əsl adı Cəlaləddin olan Mövlana Belhi adını Belh bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi idi) və Mövlana adını da özünü sevən insanlar tərəfindən əfəndimiz mənasına gəldiyi üçün verilmişdir.
Davamı →

Van Qoq: dahi və dəli rəssam

Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin «güdazına» getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun «qulağını kəsmək» fikrinə kim düşübmüş?
Və onun qulağına «müştəri» çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu «tarixi hadisənin» özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər.
Davamı →

Tarixin şəxsiyyət yaddaşı | Uinston Çörçill

Əsl tarixi şəxsiyyətlər o kəslər sayılır ki, onlar tarixin özünü yaradırlar. Böyük Britaniya Krallığının yarım əsrlik bir dövründə liderlik mövqeyini əldən verməyən Uinston Çörçill də belə şəxsiyyətlərdən biri olub. İyirmi beş yaşından ciddi siyasi fəaliyyətə başlayan Çörçilin siyasətçi adının qarşısına başqa adlar da əlavə etmək olar — memar, rəssam, jurnalist, tarixçi, yazıçı, yaxud sadəcə şlyapalı adam, Tanrı ilə görüşə hazır olan, Tanrının isə bu çətin sınağa hazır olduğuna sübhə ilə yanaşan…
Ardı →

Qraf Drakula

Dakula, yoxsa rumın Vlad?


Rumın ağası, Valaxiyanın hökmdarı III Vlad, 1431-ci ildə anadan olub.Vladın atası II Vlad 1436-cı ildə hakimiyyətə keçir.Ancaq sonradan macar kralının dəstəyini itrən II Vlad Osmanlılardan vassallıq öhtəliyini götürərək, iki oğlunu- Vlad və Radunu girov kimi sultan saryına göndərdi.1447-ci ildə Vlad macar krallığının əmri ilə öldürüldü.1448-ci ildə 17 yaşlı Vlad əsirlikdən xilas olaraq atasının taxt-tacını geri qaytarmağa cəhd etdi.O, türklərə yenidən Valarxiyanın vassal olacağı vədiniverdikdən sonra hücuma keçdi və III Vlad adı ilə hakimiyyətə gəldi.Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı.


Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı.Türklərlə döyüşdə Valaş ağası məğlub olaraq, macar kralının sarayına qaçdı.1462-ci ildə Valaxiyataxtına Vladın kiçik qardaşı-Göyçək Radu çıxarıldı.Vladı isə türklərlə əlbir olmaqda günahlandırıb, zindana atdılar.10 il həbsdə qalan Vlad Roma papasına müraciət edib katolik dinini qəbul etməyə razı olandan sonra azadlığa buraxıldı.1475-ci ildə kralın qohumlarından biri ilə evlənərək yenidən Xünyadi sülaləsinin dəstəyini qazanan Vlad üçüncü dəfə, bu dəfə əbədi hakimiyyət ümidi ilə qardaşını devirdi.Ancaq 1 il sonra döyüşlərin birində naməlum şəkildə öldürüldü.Onun kəsilmiş başını elə öz silahdaşları sultana mükafat əvəzi göndərdilər və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanıldı.Əslində, Vlad bir sərkərdə və kiçik bir dövlətin qısamüddətli rəhbəri kimi çoxdan tarixin yaddaşından silinib getməliydi.Bəs onu əbədiləşdirən, bədii əsər və kinofilmlərin qəhrəmanına çevirən nədir? Necə oldu ki, o,«Vampirlərin atası Drakula» titilunu qazandı?


Ardı →

Yazıçıların sevdiyi içkilər

Hansı məşhur yazıçı 13 yaşından içməyə başlayıb?
Bəzən oxuduğumuz kitablara, dinlədiyimiz musiqilərə, baxdığımız filmlərə o qədər aludə oluruq ki, onların müəllifləri bizə əlçatmaz kimi görünür. Sanki bizdən biri deyillər heç, sanki bizim kimi içmir, yemək yemirlər. Ancaq dahilər, bizlərdən də çox içib, hətta ölüm həddinə çatıblar… Bəs onların hansı içkiləri sevdikləri sizə maraqlıdırmı?
Ardı →

İztirab + İstedad

Antonin Dvorjak (1841 — 1904) dünya miqyasında tanınan ilk Bogemiyalı bəstəkardır. Xalq musiqisinin motivlərini 19 — cu əsr romantik musiqi dilinə ilk köçürən də odur.
Dvorjak Praqanın şimalında bir Bogemiya kəndində dünyaya göz açdı. Uşaqlıq illəri atasının işlədiyi kiçik mehmanxanada keçdi. Onun musiqi ilə tanışlığı da bu kiçik mehmanxanada başladı. Dvorjakdakı musiqi qabiliyyətini ilk kəşf edən də məktəbdəki musiqi müəllimi oldu. Ancaq Dvorjakın bir musiqi müəllimindən çox bir musiqi məktəbinə ehtiyacı var idi. Nəhayət, bir gün müəllim Dvorjakın atasını oğlunu Praqadakı orqan məktəbinə göndərməyə razı saldı. Və Dvorjak burada yaxşı bir musiqi təhsili aldı.
Davamı →

Avqusta Ada Kinq Lavleys

Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraqAda Lavleys (10 dekabr 1815-ci il London -27 noyabr 1852 London)-ingilis riyaziyyatçısıdır.Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.Dünyada ilk proqramı tərtib etmişdir (bu maşın üçün).<<Tsıkl>>,<<İşçi özək>> terminlərini tətbiq etmiş,ilk proqramçı  hesab olunur.


Ardı →