Gərək iman sahibi olasan!

O vaxtlardan indiyədək gəlib, ayaq alıb gedən nahaq əməllərdən: südə su qatmaq, odunları sulamaq, tərəzidə bir fırıldaq bir iş tutmaq və s. Bununla bağlı bir rəvayət:

Həzrəti Ömər xəlifə olduğu dövrdə haqq naminə bir çox qadağalar qoymuşdu. Belə ki, bu qadağalardan biri də bu imiş ki, südçülər südə su qatmamalıdılar. Bir gün xəlifə Mədinədə nəzarətdən dolayı gəzdikdən sonra çox yorulduğunu hiss edir və bir az dincəlmək istəyir. istədi. Buna görə də o yolun kənarındakı bir evə söykənib, dincəlib, sonra da yoluna davam etmək fikrinə gəlir. Belə də edir. Amma, dincəldiyi an, o, evdə yaşayan qız ilə anasının söhbətinə də qulaq qonaqlığı etmiş olur.

Ana deyir:
- Ay Qızım, get südə bir az su qat.
Qız isə:
- Ana, axı bu qadağandır, xəlifənin südə su qatılmasına qəti qadağa qoyub, bilmirsənmi?
Ana cavabında:
- Yox bala, bilirəm.
Bu zaman qız deyir:
- Bəs axı mən, Hz. Ömərin qadağasınmın üstündən südə necə su qata bilərəm ki?
Ana:
- Yaxşı da, nə olsun ki, dur bala dur, get südə su əlavə et, kim görür, kim bilir ki? Lap xəlifə özü səni haradan görəcək ki, sən südə su qatmısan?
Qız deyir:
- Xəlifə görməsə də Allah ki görür. Mən onun gördüyü yerdə etmədiyim bir işi, görmədiyi yerdə də eləmərəm axı.

Həzrəti Ömər bu söhbətdən təsirlənərək, evinə geri dönür. Daha sonra isə həmin bu kasın qızı oğlu Asimlə evləndirərək özünə gəlin edir. Allaha imanın insanın hərəkətlərinə etdiyi müsbət təsir məhz budur!

 

10 şərh

Dior
  1. Vay halına çəkidə və ölçüdə aldadanların!
  2. O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
  3. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
  4. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
  5. Özü də dəhşətli bir gündə?!
əl Mutəffifin (çəkidə ölçüdə aldadanlar)
bloqçu
O dəhşətli bir gündə dil danışa bilməyəcək. Vicdan danışacaq, çökmüş, batmış, tapdalanmış vicdan. Çiyinlər onsuz da yazır. Hər şey bir kənara elə o qız demişkən: Allah ki görür!
girl_moon
Bir qonşumuz var idi ,həmişə bazara gedəndə bizdən tərəzi alırdı, axşam da qaytarırdı, əvvəl başa düşmürdüm səbəbini ,sonra anamdan soruşdum dedi ki, qınamalı deyil ,çəkidə aldanmasın deyə belə edir.
Dior
Bazarlarda çox vaxt tərəzinin bir gözünün altına nəsə yapışdırırlar.
2ral
Başqa nə bicliklər bilirsinizsə deyin:)
raqa
İmam Əli (ə) ticarət edərkən işə başlamazdan əvvəl Allahdan xeyir diləməyi və malın bərəkətli olması üçün alverdə sadə olmağı, alıcılarla yaxınlaşmağı, onlarla mülayim davranmağı tövsiyə edir, həmçinin  zülm etmək və haqsızlıqdan çəkinməyi, məzlumlarla insaf və ədalətli davranmağı hökm edərək buyurur:  "Ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın".
Zərrə
Belə yerdə deyiblər: " İman, insanı insan edər, bəlkə insanı sultan edər."
bloqçu
Seyfəddin Yazıçı deyir: İman açıqda yanan lampaya bənzəyər.Lampanın sönməməsi üçün şüşə örtüklə qorunması lazımdır. Əgər lampa bu şəkildə qorunmaz və açıqda yanmağa davam edərsə, o zaman xəfifcə əsən bir küləyin təsiri ilə sönə bilər. İman da qəlbinizdə yanan bir işıqdır, qoruyucusu isə ibadətlərdir. Namaz, oruc və digər ibadətləri etməklə həm Allah qarşısında borclu olduğumuz vəzifələri yerinə yetirmiş, həm də imanımızı qorumuş oluruq.… İmanın yox olması müsəlmanı ən qiymətli varlığı olan cənnətin açarını itirməsi deməkdir.
Leveller
Bunu bacarmaq üçün iman şərt deyil.Vicdan və dürüst şəxsiyyət bəsdir!
sultanli
əziz dindaşım! hekayəni oxudum və belə başa düşdüm ki,bu, uydurulmuş bir hekayədir. yəni bir yazıçı fantaziyasıdır. Fikrimin səbəbini açıqlayıram: hekayədə Həzrəti Ömərin ana və qızın söhbətinə «qulaq yoldaşı» olduğu bildirilir. Əslində, bu cür hərəkət İslama ziddir, belə ki, bu gizlin bir işdir. Gizlin işlərin isə Şeytandan olduğu su kimi aydındır. yəni, o Həzrətin bu cür iş görməsi inandırıcı deyil.
Bu,sadəcə mənim baxışımdır. Sizə isə, mənəviyyat sahəsində bir örnək bildirmək niyyetinizə görə dərin hörmətimi bildirirəm.

Fəxrəddin.