Ata oğul

Ata –oğul sahillə gəzirdilər. Balaca oğlanın gözü sahildəki çınqıl daşlarına sataşdı…
- Ata, bu yerdəki daşlar nədi? 
- Çınqıl daşarıdı, oğlum.
- Ata, bəs bunlar?- Oğlan yaxınlıqdakı daşları göstərdi. 
- Onlar da çınqıl daşarıdı, oğlum. 
- Bəs bunlar? 
- Onlar da… 
- Gör nə qədər çınqıl daşları var bu sahildə?
- Elədir, oğlum…
- Ata, bəs dünyada bundan daha da çox şey var?
- Var, oğlum… 
-Nədir o, ata? 
- Atanın günahları, oğlum… 
- Sənin günahlarından da çox şey varmı? - Var, oğlum… 
- Nədir, ata? 
- Allahın rəhmi, oğlum…
 

0 şərh