Kasıb və zəngin uşaq

Rəvayətə görə bir varlının və də bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərsllərindən aşağı qiymət alar və danlanarmiş… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (aciqli halda )
Müəllim: — Bilmək istəyirsinizmi səbəbi?
Zəngn bəyzadə :- Bəli!
Müəllim uşaqlara eyni tapşirıq verib deyir ki, sabaha kimi hazır olsun tapşırıq belədir. Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin.

Uşaqlar evə gəlir səhər olur həm kasıb həmdə zəngin valideyinlərin hər ikisi uşaqları ilə bərabər məktəbə gəlir.
Müəllim soruşur tapırığımı yerinə yetirdinizmi ?
Zəngin balası ucadan fərəh hissi ilə: — Bəli müəllim! Yumurtanı müəllimə verir.
Muəllim kasıb şagirdindən soruşur sən niyə dinmirsən yoxsa tapşırığı yerinə yetirməmisən?
Uşaq məyus halda :- Xeyr müəllim .
Müəllim:- Niyə?
Uşaq: -Müəllim Vallah necə dəfə girdim hinə həm gündüz, həm qaranliqda ha calişdim yumurtanı götürəm, amma məni kimsə görürdü. Ona görə də götürə bilmədim…
Müəllim:-  kim?
Uşaq: -Vicdanım, Allahım həm gecə, həm gündüz, həm işiqda, həm qaranləqda məni izləyirdi .

Müəllim üzünü zəngin bəyzadəyə tutub deyir: — indi gördünüzmü sənin tərbiyə verdiyinlə saymadığın, ayağının tozu qədər qiymət vermədiyin yoxsulun verdiyi tərbiyəni ?

 

11 şərh

pascal
Marqlı hekayədir. Amma mən bunu bir az fərqli cür oxumuşam deyəsən.
Əllərinizə sağlıq. :)
 
Someone

Çox saq olun. Oxuduğunuz üçün minnətdaram :)

Diamonds
İbrətamizdir. Mən də bunun fərqli variantının oxumuşdum. Çox sağ olun.=)
pascal
Elə burdaca oxumuşdum, budur. :)
Someone

Axır ki tapıb cıxardınız :)). Hə düzdür mövzü eynidir fərqli variantda 

Elana
Oğurlanmış bir hekayədir.Çünki bu hekayənin əsl adı -ən sevimli şagird-dir.
Someone

Ola bilər… mən açığı  bu hekayənin əslini və ya müəllifini bilmrəm, ilk dəfə idi oxuyurdum. Bəyəndim sizlərlə paylaşdım. Pascal da başka bir varinatda nəşr olunduğunu göstərdi. Esas olan ibrətli və məntiqli bir hekayədir hər hansı variantda olsa belə. Yeqin orjinalı siz  bilərsiniz. :)

qabmelay
buna hemise heyatda shahid olmishuq
azadmamedov90
ehh...orda usagin biri yumurta yeye bilmir hec, digeri ise toyugu lom lom yeyir…
mechta
oxudum kovreldim.ve bir daha valideynlerimin mene verdiyi terbiyeme wukur edirem.ne yaxshi ki onlar heyatimda varlar.