Hamilə qalmaq üçün 6 gün

Mütəxəssislər övlad sahibi olmaq istəyən cütlüklərin cinsi həyatlarını yenidən proqramlaşdırmasını tövsiyə edir.
 Onların fikrincə, hamilə qalmaq istəyən qadınlar üçün bir ay boyunca 6 gün çox əhəmiyyətlidir. Qadının hamilə qalması üçün ən uyğun dövr menstruasiyanın ilk günündən etibarən 11-17-ci günləri arasıdır. Bu günlərdə hamilə qalma şansının artdığı deyilir.
 Mütəxəssislər planlaşdırılmış hamiləliyin həm ana, həm də körpə üçün sağlam olduğunu söyləyir: “Əvvəlcə qadın fiziki və ruhi baxımdan analığa hazır olmalıdır. Xüsusilə hamilə qalmamaq üçün həblərdən istifadə edən qadınlar ən az 3 ay əvvəl həbləri buraxmalı, keçən müddətdə nəzarətli cinsi əlaqədə olmalıdır. Hamilə qalmazdan 2 ay əvvəldən başlayıb, hamiləliyin ilk 3 ayında da davamlı olaraq gündə 0,4 mg. fol turşusundan istifadə körpədə sinir sistemində problem olma ehtimalını 80 faiz azaldır. Əgər ananın daha əvvəl belə problemli körpəsi olubsa, fol turşusundan istifadə gündə 4 mg-ya çatdırılmalıdır”.

Ananın hələ üç ay əvvəldən ümumi bir müayinədən keçməsinin lazımlı olduğunu bildirən mütəxəssislərin fikrincə, Hepatit B, C, HIV və qızılca hamiləlikdəki ən böyük problemlərdir. Əgər hamiləlikdə qızılca keçirilsə, körpədə ağır şikəstliklərə gətirib çıxarmaması üçün hamiləliyin sonlandırılması lazım ola bilər. Bu vaxt qadın siqaret və spirtli içki kimi vərdişlərdən özünü uzaqlaşdırmalıdır.

Bir sıra elmi araşdırmalar qız uşağı istəyən ana-ataların hamiləlikdən 4-5 ay əvvəl vitaminli qidalardan istifadəsinin təsirli olduğunu göstərib. Odur ki, mütəxəssislər həm ananın, həm də atanın zülal ağırlıqlı yemək yeməsinin isə oğlan uşağı olma ehtimalını artırdığını yazır.

Həmçinin bax: Hamilə xanımları ən çox maraqlandıran suallar 
 

6 şərh

asel
Ananın həyatında ən önəmli dövrdür. fərq etmir, qız, ya oğlan. əli-ayağı düz olsun, bəxti gözəl olsun. Allahın verdiyi paydır.
pascal
Marqlı şəkil tapıb vurmusan… :))
asel
doğrudan da surprizdi ki, surpriz
pascal
...özü də «kinder» :))
DrELM
Eslinde FOL turşusu hamilelikden 3 ay evvel başlanmalıdır. Ve 6 ay davam etmelidir. Hamile qalma vaxtını evvelceden bilinmediyi üçün elece hamileliyin 1-ci trimestri qebul etsinsler yazırlar.

Bir de ki,  
Qadının hamilə qalması üçün ən uyğun dövr menstruasiyanın ilk günündən etibarən 11-17-ci günləri arasıdır. 
ifadesini bir balaca deqiqleşdirim. mayalanma baş vermezse deqiq olaraq 14 gün sonra mensturasiya başlayır. Meselen, deyek ki, qadında mensurasiya her 29 günden bir olursa onda en hessas gün 29-14=15, yani, 15-ci gün en hessas gün hesab olunur. Hemin gün qız yumurta hüceyre doğulur ve sprematozoidle olan görüşe telesir.

Spermatozoid 36-48 gün yumurtanın yolunu gözleye bilir (yaşaya bilir).
Yumurta qız hüceyre ise qadın xüsusiyyetlerine xas olaraq sadece 24 saat gözleme qabiliyyeti var.
DrELM
Spermatozoid 36-48 saat yazmaq istedim..