Facebook -da rekord sayda şərh yığan millli şirkət

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır. 
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır. 
Viktorina Nar Mobile-ın rəsmi facebook səhifəsində ( www.facebook.com/NarMobile.Official) hələ də davam edir. 
Facebook Nar Mobile page
UPD.
Facebook-da  1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.
26  yaşlı Rəşad Mehdiyev  Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi  oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə  yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.
Nar Mobile hədiyyə konkursunun qalibi
Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
 

13 şərh

marketoloq
İdeya çox maraqlıdır.9 gün ərzində 6100 komment yaxşı nəticədir.
Xrizoberil
qalibin kim olacağı maraqlıdır…
lili95
bu sebebden face- in reytinqi daha da qalxmis olar
Tunzale93
indi baxdım inanırsız qırğındı e fb-da .bu gedişlə orda 50 60 min şərh olacaq :)
MaksiMuS
Camaatda seviyye qalmayibee.bir telefona gore özlerin acib buraxiblar:)
Yucin
Onsuzda şərh yazanlar qalib olmaycağlarını bilirlər. Çünki interval çox böyükdür. Düşünən çox gözəl düşünüb.
Ferbara
Reklam marketinqi buna deyərəm. :) Adamların zəif nöqtəsini tuta bilmək cəhətdən əla ideyadı.
Xrizoberil
mən qalibi necə müəyyən edəcəkləri artıq təxmin etmişəm ;)
MaksiMuS
Azerbaycanda ekser kutlenin zeif noqtesi maddiyyatdi. Yeqinki werhler arasi intervali azaldacaqlar.sabah da son gun olar.
Responsible
Linkdən səhifəyə baxdım, artıq 6706 olub.
intelligent
Məncə bu viktarina heç vaxt qurtarmayacaq :)
məryam
Bu fikri fikirləşən ən dahi adamdı yəqin. Süper fikirdi. Reytinqi bir düşünün. İnanılmaz fikirdi.
2ral
Nəhayət ki qalib müəyyən olundu. Bu Rəşad Mehdiyevdir. (məqalə yeniləndi)