Facebook -da rekord sayda şərh yığan millli şirkət

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır. 
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır. 
Ardı →

Feysbukda səhifə admin olmaq...

Şəxsi bloqumda 1 ildən artıq feysbuk səhifə idarəçiliyindən çıxardığım bəzi nəticlərə əsasən bir yazı yazmaq qərara aldım.İstəyənlə buyurub oxuya bilər ;)

Bəziləri elə bilirlərki,feysbukda səhifə admini olmaq kimi asan bir şey yoxdur.

Düşünürlər ki,admin olduqda onun-bunun xahişiylə istədiyin paylaşımı edə bilərsən,səhifədə kimi gəldi ban edə bilərsən,ürəyin istədiyin şərhi silə bilər və özünə xoş gələn kimi davrana bilərsən.


Ardı →

html yazı kodlaşdırmaları (FB səhifələr və s. üçün)

Bu yazımın əsas mətləbinə keçməzdən öncə əvvəlki yazılarıma keçid verirəm (Onları oxumamısınızsa bu yazı faydasız ola bilər):


1.Facebook-da səhifələrin yaradılması, və tənzimləmələr: oxumaq üçün bu keçidi izləyin


2.Facebook səhifələrdə html tab (əlavə vərəq) yaradılması: oxumaq üçün bu keçidi izləyin


Bu və növbəti bir neçə yazımı isə bəzi zəruri html kodlaşdırmalara həsr etmək istəyirəm. Yazılar sırf həvəskar olduğu üçün professional olmayan hər kəs sərbəst yoxlaya bilər. Çox asandı məncə.


Beləliklə hazırlaşın “html yazı kodlaşdırmaları” barədə oxuyun və dərhal tətbiq edin ki, rahat, maraqlı və yadda qalan olsun.


Ardı →