Рейтинг
+30.98

İslam və qadınlar

41 üzv, 39 topik

Valideyinlərimizə olan haqlarımız

Allahın insanlardan qorunmasını istədiyi beş müqəddəs şeydən biri də nəslin davamıdır. Nəslin davamını Allah Təala bəlli bir qanunlara bağlamışdır. Nəslini davam etdirə bilmək üçün ən böyük çətinliklərlə qarşılaşan canlı da insan oğludur. İnsan canlıların ən güclüsü olmasına baxmayaraq, doğulduğu anda ən zəif olanların başında gəlir. Bəzi heyvan balaları doğumundan bir neçə dəqiqə, bir qismi də qısa bir zaman sonra ayağa qalxa bildiyi, ehtiyaclarını ödəməyə başlaya bildiyi halda insan isə ancaq doğulduğundan illər sonra bu səviyyəyə gələ bilir. Nəslin davam edə bilməsi üçün bütün bu çətinlikləri çəkən ata və analardır. Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, həyatını bəzi anlar risqə qoyaraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir.

Ardı →

Hicab

İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmağa başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyurur:

Ardı →

Qadın cihadı ərlərinə itaətdir!

Bəzən belə bir fikir səslənir ki, qadınlar da kişilərlə bərabər hərbi xidmətə getməli, əldə silah tutaraq döyüşlərdə iştirak etməlidirlər. Şəriət baxımından bunun nə dərəcədə düzgün olub-olmamasına diqqət yetirməyə çalışaq. İlk öncə qeyd edək ki, şəriət qanunlarına görə, qadınların əsgər getməsi və hərbdə iştirak etməsi düzgün sayılmır.
Ardı →

Rusiyalı filosof Azərbaycandakı hicab qadağasının iyrənc tərəflərini araşdırıb

Azərbaycanda dünyəvi, amerikayönlü rejim İslam qanunlarına riayət edən, müsəlman xanımların açıq-aşkar təqib etməyə başlayıb. Ölkənin Təhsil Nazirliyi «dinin məktəbdən ayrı olmasını”, „məktəbdə vahid geyim formasını” əsas gətirərək, məktəblərdə hicabı qadağa edib. İnanclı insanlar isə inanırlar ki, hicabın geyilməsi şəxsi bir seçim olaraq, “dinin dövlətə qarışmasına” gətirib çıxarmır və yalnız insanın vicdan azadlığını həyata keçirən bir prinsipdir.
Ardı →

"Hicab" kəlməsinin mənası

Bu bаrədə öz nəzərimizi bəyаn еtməzdən qаbаq bir məsələni хаtırlаtmаğı lаzım görürük. О dа bundаn ibаrətdir ki, görəsən müаsir dövrdə qаdın örpəyi ünvаnı ilə işlədilən “hicаb” kəlməsinin əsl mənаsı nədir? Hicаb kəlməsi həm örtmək (məsdər), həm də örtük və hicаb mənаsınа işlədilir ki, əksər hаllаrdа pərdə mənаsını dа ifаdə еdir. Bu kəlmə оnа görə örtük məfhumunu çаtdırır ki, pərdə örtük vаsitəsidir. Lüğət bахımındаn hər örtük hicаb dеyildir. О örtüklər hicаb аdlаndırılır ki, pərdə аrхаsındа qаlmаq mənаsını çаtdırsın. Qurаni-kərimdə Sülеymаn pеyğəmbərin hаdisəsi ilə əlаqədаr оlаrаq günəşin qürubа еnməsi bеlə vəsf еdilir: “Həttа təvаrət bil-hicаbi” -yəni “о vахt ki, günəş pərdə аrхаsındа məхfi оldu.”
Ardı →

Hicaba münasibətin böldüyü cəmiyyəti məntiq birləşdirə bilərmi?

Hicab mübahisəsi: başı örtmək ağılı örtməkdirmi?
Hicaba münasibətin böldüyü cəmiyyəti məntiq birləşdirə bilərmi?
Heç kim demir ki, başı açıqlar həyasızdır, başıörtülülər həyalıdır, yaxud da əksini də heç kim iddia edə bilməz...
Bilənlər və bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən Milli.Az xəbər portalında belə bir yazı ilə çıxış etmək qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır. Bu haqqı isə haqqı olmayanların əhatə dairəsində saxlamaq haqlılara haqsızlıq olar.
Ardı →

İslam ölkəsində qadın. Benəzir Bhutto

Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə… Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir.
Davamı →

Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni «hicab vacib deyil, Allahın əmri deyil» deyərsə küfrə düşmüş olar.

Ardı →

Quranda qadın


BİZ SƏNƏ KÖVSƏR ƏTA ETDİK

Bağışlayan və mehriban Allahın adı ilə.


1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.


2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!


3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!


(Kövsər surəsi)




Ardı →