Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Kianu Rivzin həyat qaydaları

  • Kino
Mən həyat yoldaşlarının yüngül əxlaqlı qadınlar kimi geyinməsinə razı olan kişilərin yaşadığı dünyanın bir hissəsi olmaq istəmirəm. Qadının gizli tərəfləri də qalmalıdır.

Şərəf və ləyaqət anlayışının olmadığı bir dövrdə insanların yalnız «söz verirəm» fikrinə istinad etmək olar.

Bu dünyada qadınlar ana olmaq, kişilər isə ailə qurmaq istəmir.

Burada uşaqlar atasının maşınlarının sükanı arxasında özlərini uğurlu insan hesab edir, var-dövlət qazanmaq istəyən digər qrup isə sizə heç kim olduğunuzu sübut etməyə çalışır.

Burada öz dini barədə heç bir anlayışı olmayan insanlar əlinə bir qədəh spirtli içki alıb, riyakarcasına Tanrıya inandıqlarını bildirir.
Davamı →

Məşhur rejissorların ən sevdiyi 5 film

  • Kino
Rejissorlar çəkdikləri filmlər ilə milyonlarla insanın rəğbətini qazanır. Ancaq onlar özləri də tamaşaçıdır. Ona görə də həmişə müsahibələrdə hansı filmlərdən ilham aldıqları sualına cavab verməli olurlar.

Stenli Kubrik
Ustad rejissor 1963-cü ildə “Cinema” adlı jurnala verdiyi müsahibədə aşağıdakı filmlərin adını çəkib:
1.“I Vitelloni” (1953)
2.“Wild Strawberries” (1957)
3.“Citizen Kane” (1941)
4.“The Treasure of the Sierra Madre” (1948)
5.“City Lights” (1931)

Vudi Allen
Demək olar ki, ildə 2 film çəkən və getdiyi hər kino festivalından mükafatla qayıdan rejissor Vudi Allenin də tərzinə təsir etmiş əsərlər var. Rejissorun ən sevimli filmləri aşağıdakılardır:
1.“The 400 Blows” (1959)
2.“8½” (1963)
Davamı →

Antonioni | Aktyor haqqında düşüncələr

  • Kino
Kino aktyoru düşünməməlidir, o var olmalıdır. Mənə etiraz edə bilərlər ki, var olmaq üçün düşünmək lazımdır. Xeyr! Əgər bu belə olsaydı, ağıllı aktyor ən yaxşısı olardı. Lakin həyatda çox zaman əksinə olur.

Akyor ağıllı olanda, onun yaxşı aktyor olmaq istəyi, belə deyək, hazırlanmış olur. O, mürəkkəb obraz yaratmaq, xırda çalarları nəzərə almaq istəyir və bununla da öz işindən kənara atılmış olur, öz-özünə çətinlik yaradır.

Onun obrazını anlamaq cəhdi, belə qəbul edilir ki, personajın daha dəqiq psixoloji xarakteristikasına dəlalət etməlidir. Həqiqətdə isə bu, onun işinə mane olur, aktyorun bilavasitəliyini itirir. Kino aktyoru çəkilişə sadəlövh “fidan” bir insan kimi gəlməlidir. İşində nə qədər türkəsaya olsa, nəticə də daha yaxşı olacaqdı.

Kino aktyoru əsasən personajın psixologiyasını layihələndirmək deyil, öz fantaziyasını genişləndirməlidir. Fantaziya isə öz-özünə alışır, onun üçün hər zaman sıxa biləcəyin düymə mövcud deyil.
Davamı →

Əsli ilə düzdür

  • Kino
Bir vaxtlar sənədlərin üstündə belə qeyd olan dərkənar olurdu. “Əsli ilə düzdür”. İndi varmı?

Dünyaca məşhur İran rejissoru Abbas Kiarostaminin “Surəti düzgündür” və ya “Təsdiqlənmiş nüsxə” filmini belə də çevirə bilərik. Əgər kinonu həyatın bir surəti hesab ediriksə.

Sənət əsərlərinin orijinal və ya surəti məsələsində maraqlı mülahizələr irəli sürən kulturoloq alim James Müller qalereya saxlayan qadınla tanış olur — Qadın (Cüliyet Binoş) onu şəhər kənarındakı muzeylərə gəzməyə aparmağı boynuna götürür. Yolboyu Jeyms Müllerin irəli sürdüyü mülahizəni (“Surət orijinaldan üstündür – ya da ən azı bərabərdir”) müzakirə edən kişi və qadının ünsiyyəti nəzəri qatdan psixoloji qatadək irəliləyir. “Surət surətdir – orijinal orijinal” — deyən qadın ilə “istənilən orijinal elə surətdir” deyən kişinin mübahisəsi psixoloji müstəviyə keçir; kofe içdikləri kafedə ofisiant qadının onları ər-arvad zənn etməsi qəhrəmanlara yeni oyun təklif edir. Qadın Ceymsi ona diqqətsiz davranan, bir uşaqla qoyub tez-tez gedən yazıçı ərinin yerinə qoyur və onunla elə davranır. Ceyms gerçəkdə qadının ərinin surəti olmağa məcbur olur. Həm də bununla “istənilən orijinal surətdir” fikrini sübut edir.
Davamı →

Kiarostami ilə müsahibə

  • Kino
— Siz “Albalı dadı” filminin final epizodunu necə şərh edərdiniz? Hadisələr gecə, qaranlıqda baş verir və bilmək olmur sizin qəhrəmanınız cənab Baadinin başına nə gəlir: o sağ qalır yoxsa özünə qəsd edir? Bəs niyə filmin son kadrlarında çəkiliş qrupu ortaya çıxır, şəkillərsə videoya keçir?

— Hər şeyi yəqinləşdirmək istəmədim, eyni zamanda tamaşaçıları qaranlıqla, çıxılmazlıq hissi ilə baş-başa buraxmaq istədim. Elə buna görə də film mənimçün mahiyyətcə bitəndə, sonuna süjetlə əlaqəsi olmayan sənədli epizodlar əlavə etdim. Enerji dolu gənc əsgərlər qaçır. Ətrafda ağaclar çiçəkləyib. Qışdan sonra bahar gəlir. Həyat davam edir.
Davamı →

Marlen Ditrixdən sitatlar

  • Kino
Avtomobil. Yaşlı kişilərin sevimli oyuncağı.

Müharibə. Kim müharibədə olmayıbsa onun müharibə haqqında danışmağa haqqı yoxdur.

Uşaqlıq. Xatirələr anbarıdır. Mavi, incə obrazlar ildən-ilə, aydan-aya, gündən-günə daha da güclənərək yenidən və yenidən geriyə baxmağa məcbur edir.

Cins geyim. Bəzi şəhərlər və yerlər ona görə xoşuma gəlir ki, mən orda cins geyə bilirəm.

Mehribanlıq. Mehriban olmaq çox sadədir. Kimisə mühakimə etməmişdən qabaq özünü sadəcə onun yerinə qoymaq lazımdır.

Həyat. Təkcə bayramlardan ibarət deyil. Başqa cür düşünənlər çox bayramları nəzərə almır.
Davamı →

Mətbuat konfranslarında yalan danışmaq xoşuma gəlir

  • Kino
Az danışmağa çalışıram. Çünki axırda, yəni tezliklə özüm-özümə darıxdırıcı görünürəm.

Çox vaxt adamlar məni olduğum kimi tanımırlar. Onlara elə gəlir ki mən ləçərin biriyəm. Hamısı da ona görə ki, hündür və savadlıyam. Axı belələri çox azdır.

Atamın xərçəng xəstəsi olduğunu onun ölümündən sonra bildim. On yaşım vardı və kimsə məni çağırıb heç nəyi izah eləmədi. Məni babamın evinə aparıb orda dedilər ki daha ata yoxdu. Yəqin ki, ilk dəfə onda başa düşdüm ki, hər şey bir anda dəyişə bilər-həm də bu ən gözləmədiyin vaxtda baş verəcək. Sən ananla deyə-gülə oynayırsan, qucaqlaşırsan birdən ən yaxşı paltarını geyindirib səni başqa yerə aparırlar və deyirlər ki, daha atan yoxdur.
Davamı →

Mixail Haneke ilə müsahibə

  • Kino

Siz əhatəli şəkildə psixologiya və fəlsəfə oxumusunuz…

– Nə qədər əhatəli oxuduğumu deyə bilmərəm. Psixologiyadan da, fəlsəfədən də öyrəndiyim bu oldu: Oxumağa başlamazdan əvvəl suallara cavab tapa biləcəyimizi zənn edirik, amma nəticə olaraq əlimizdə cavablar yox, suallar qalır. Mütaliədən öyrəndiyim tək şey budur: sual verməyə davam etsəniz də cavab almayacaqsınız.

“Gizli” filminin sonu filmləriniz arasında ən ümidverici sonluğu olan filmdir. Bu nə ilə bağlıdır?
– Bunu çox fərqli formalarda izah etmək olar. Bu barədə bir-birinə zidd xeyli fikirlər eşitdim. İki uşağın öz aralarında razılığa gələcəklərini söyləyənlər oldu, yəni müsbət yanaşanlar… Məcidin uşağı qaçıracağını düşünənlər də. Çox fərqli şərhlərin olması xoşuma gəldi. Çünki mənim fikrimcə film uçuş xətti kimi olmalıdı. Tamaşaçılar həmin xətlə hara istəyirlərsə ora da uçmalıdırlar.
Davamı →

Əlil arabasında ömrünü başa vuran “Kefcil”

  • Kino
İlk dəfə onu uşaq vaxtı sevərək baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm. Bu filmdə o, zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar digər filmlərdə məşhur rollarını görsəm də, nədənsə yaddaşımda elə Veselçak kimi qaldı...

SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb. 1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir.
Davamı →