Centlmen kimdir?

Centlmen kişidə eqo yoxdur. O, dünyanın onun ətrafında fırlanmadığını bilir. Hamıya bərabər yanaşır və eyni cür də hörmət edir.

Centlmenlər görüş yerinə heç vaxt gecikməzlər. Geciksələr belə, aydın bir səbəb göstərib, üzr istəməyi bacararlar.

Centlmen üçün qadın həmişə birincidir. Avtomobilin qapısını açar, qadınlara yol verər, arxa planda qalmaqdan çəkinməz.

Centlmen mənasız zarafatlar və əl-qol hərəkətləri etməz.

Zorakılıq centlmendə əsla olmayan xüsusiyyətdir. Bütün xüsusiyyətləri olsa belə, zorakılığa meyli olan şəxs heç vaxt centlmen sayıla bilməz.

Centlmenlər həmişə baxımlı və kübardırlar. Qarşılarındakı ilə necə davranmaq lazım olduğunu yaxşı bilirlər.


loading...
 

3 şərh

pascal
Bir sözlə, Azərbaycanda nəsli tükənmək üzrə olan kişi cinsi.
azadmamedov90
Həyat heçdə «Gentleman»lərin üzünə gülmür, ətrafındakı insanlar sənə bir qəribə baxır, bəzən sənə paxıllıqlarından hər cürə pislik edirlər, bir çox xanımlara isə gobud və axmaq kişilər gərəklidir, idarə edib, «qoyun» kimi otarmaq üçün.
 Zənn edirəm bir az dərindən fikirləşəndə pişiklər deyil də bəzi quş növləri( var, bir-birləri üçün rəqs edirlər və s.) xoşbəxtdirlər.
pascal
Razıyam bəzi sözlərinlə. Amma çalışaq cəmiyyətdəki əyriliklərə, insanlarda getdikcə yoxa çıxan gözəl əməllərə, antipatik bildiyimiz hərəkətlərə verdikləri yüksək dəyərlərə görə doğru xarakterimizdən, düz bildiyimiz yoldan çıxmayaq. Sən centlmenliyini bunlara görə bada vermə.