Banklar və onların növləri. Bank əməliyyatları

Kredit sisteminin mərkəzində banklar dururlar. Onların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Mi­sir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müa­sir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etmək­dən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır.
Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi bank­lara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.
Mərkəzi banklar banknot buraxılmasını həyata keçirir və döv­lət müəssisəsi hesab olunurlar. ABŞ-da mərkəzi bank (federal eh­tiyat sistemi) qarışıq mülkiyyətdədir.
Kommersiya bankları sənaye, ticarət və digər müəs-sisələrin kreditləşdirilməsi ilə əlaqədar əməliyyatları həyata keçirən xüsusi və dövlətə məxsus olan banklardır. Onların əsas vəsait mənbəyi əmanət şəklində qəbul etdikləri pul ka-pitalıdır. «Kommersiya bankları» ter­mi­ninin meydana gəlməsi XVII əsrdə onların ticarətə və yeni meydana gəlməkdə olan sənayeyə xidmət etməyə başlamaları ilə əlaqədardır.
Xüsusi kredit təsisatları müxtəlif növ kreditlər veril-məsi sahə­sində ixtisaslaşdırılmış bank və qeyri-bank təşki-latlarından ibarətdir. Məsələn, xarici ticarət bankları əmtəələrin idxal-ixracının kredit­ləş­diril­məsi, ipoteka bankları və şirkətləri daşınmaz əmlak müqabilində uzun­müddətli kredit verilməsi sahəsində ixtisaslaşmışlar.
Bundan başqa, valyuta və pul — kredit münasibətlərini tənzi­m­ləmək məqsədilə dövlətlərarası razılaşma əsasın-da beynəlxalq banklar–Beynəlxalq yenidənqurma və inkişaf bankı (Dünya Bankı) və onun fili­alları–Beynəlxalq Inki-şaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korpora­siyası, Beynəlxalq Hesablaşmalar Bankı, Regional Beynəlxalq Inkişaf Bankı, o cümlədən Avropa Yenidənqurma və Inki-şaf Bankı, Asiya Inki­şaf Bankı, Islam Inkişaf Bankı və baş-qa banklar yara­dılmışdır. Azər­baycan Respublikası bunla-rın hamısının tam hüquqlu üzvüdür.
Mərkəzi bank aşağıdakı vəzifələri yerinə yetirir:
  1. Ölkənin emissiya mərkəzidir. Bu, mərkəzi bankın ən qədim və başlıca vəzifələrindən biridir. Müasir şəraitdə dövriyyədə nəqd pul kütləsinin olması bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, mərkəzi bankın ölkənin emissiya mərkəzi olması öz əhəmiyyətini yenə də sax­la­yır. Çünki hələ də ödəmələr və kredit sistemi üçün nəqd pullar lazımdır.
  2. Kommersiya bankları üçün kassa ehtiyatlarının səfərbərliyə alınması və saxlanılması vəzifəsini yerinə yetirir. Bu, o deməkdir ki, milli kredit sisteminin üzvü olan hər bir bank mərkəzi bankda olan ehtiyat hesabındakı əmanətlərin həcmi nəzərə alınmaqla müəyyən edilmiş nor­mada vəsait saxlamağa borcludur. Ehtiyat normalarının dəyiş­dirilməsi pul-kredit siyasətinin əsas metodlarından biridir. Mərkəzi bank həm də ənənəyə görə ölkənin malik olduğu rəsmi qızıl-valyuta ehtiyatlarını sax­layır.
Kommersiya banklarının vəzifələri isə bunlardır: müddətsiz de­pozitləri qəbul edir, (cari hesabları aparır), ona ünvanlanmış çeklərin dəyərini ödəyir, sahibkarlara kredit verir. Kommersiya banklarını bir çox hallarda «maliyyə univermaqları» və ya supermarket kredit tə­si­sat­ları da ad-landırırlar. Çünki bu kredit təşkilatları da milli iqtisa­diyyat miqyasında hesablaşmaları həyata keçirir və pul tədavülünü təşkil edir­lər. Onların apardıqları əməliyyatlar əsasında kre-dit pulları (çeklər, bank vekselləri) meydana çıxır.
XX əsrin 80-90-cı illərində ayrı-ayrı ölkələrdə kom-mersiya banklarının sığorta biznesinə fəal müdaxilə etməsi prosesi başlamışdır. Bunun nəticəsində kommersiya bankla-rının göstərdikləri xidmət dairəsi daha da genişlənmişdir. Onların universallaşdırılması prosesinin yaxın gələcəkdə davam edəcəyi istisna deyildir.
Ixtisaslaşdırılmış kredit təşkilatları (maliyyə-kredit təsisat­ları) XIX əsrdə meydana gəlmişlər. Lakin onlar uzun müddət pul-kredit dai­rə­sində kommersiya bankları ilə ayaq-laşa bilməmişlər. Buna baxma­ya­raq, ikinci dünya mühari-bəsindən sonra bazar iqtisadiyyatının in­kişaf etmiş olduğu ölkələrdə onların rolu kəskin surətdə artmışdır.  Bu, bir tə-rəfdən onların yerinə yetirdikləri əməliyyatların artması, di-gər tə­rəf­dən isə kommersiya banklarının fəaliyyət dairəsinə nüfuz etmələri ilə əlaqədardır. Buna pensiya fondlarını misal göstərmək olar. Son onillik­lər­də bu fondlarda olan vəsait çox sürətdə artmış və Qərbdə onlar qiy­mətli kağız-ların ən iri alıcılarından birinə çevrilmişlər.
Investisiya bankları emissiya – təsisetmə fəaliyyəti ilə məşğul olurlar. Başqa sözlə, fond bazarlarında yerləşdirmək üçün qiymətli ka­ğızların buraxılması əməliyyatlarını yerinə yetirir və gəlir əldə edirlər. Onların depozitə qəbul etmək və özlərinin xüsusi səhmlərinin satışı, ya­xud da kommersiya banklarının krediti hesabına kapital cəlb etmək səlahiy-yətləri yoxdur. Onlar öz kapitallarından müxtəlif sahələrə uzun­müddətli kredit vermək üçün istifadə edirlər.
Kredit sistemində başlıca yerlərdən birini də kiçik əmanətləri qəbul edən geniş əmanət müəssisələri qrupu tu-tur. Əmanət müəs­sisələ­ri­nin müxtəlif növləri vardır. Bunlara əmanət bankları və kassalarını, qarı­şıq əmanət banklarını (ABŞ-da kooperativ bank müəssisələrinin müxtə­lif növləri), məxfi-əmanət banklarını (Böyük Britaniya), borc-əmanət banklarını (ABŞ), kredit ittifaqlarını və assosiasiyalarını və s. misal göstərmək olar.
Sığorta şirkətləri üçün vəsaiti səfərbərliyə almağın spesifik for­maları–sığorta vəsiqələrinin satışı–səciyyəvidir. Onlar əldə etdikləri vəsaitə digər şirkətlərin istiqrazlarını və səhmlərini, dövlətin buraxdığı qiymətli kağızları satın alır, müəssisələrə və dövlətə uzunmüddətli kre­dit verirlər.
Pensiya fondları özlərinin təşkili və idarə edilməsinə, aktivlərin quruluşuna görə fərqlənirlər. Məsələn, sığorta şirkətləri tərəfindən idarə olunan sığortalanmış müəssisələr, yaxud da onların razılığı ilə banklar tərəfindən idarə edilən sığortalanmış fondlar vardır.
Investisiya şirkətləri öz öhdəliklərini (səhmlərini) xır-da sahib­karlar arasında yayır və bu vəsaitdən müxtəlif sahə-lərin qiymətli kağızlarının satın alınması üçün istifadə edir-lər. Xırda investorlar investisiya şirkətlərinin öhdəliklərini (səhmlərini) həvəslə alırlar. Çünki vəsaitin müxtəlif müəssi-sələrin səhmlərinin satın alınmasına yönəldilməsi nəticə etibarilə əmanətin itirilməsi təhlükəsini azaldır.
Bankların yerinə yetirdikləri vəzifələr öz əksini onla-rın apar­dıqları əməliyyatlarda tapır. Bank əməliyyatlarının aşağıdakı növ­ləri vardır: 1) Passiv əməliyyatlar; 2) Aktiv əməliyyatlar; 3) Xidmət göstə­ril­mə­si ilə əlaqədar olan əməliyyatlar; 4) Bankların xüsusi əməliyyatları.
Bankların apardıqları passiv və aktiv əməliyyatlar daha geniş yayılmışdır və əldə edilən mənfəətəin çox hissəsi onların payına düşür.
Vəsaitin cəlb edilməsi ilə əlaqədar olan əməliyyatlara passiv, bu vəsaitin yerləşdirilməsi və ondan istifadə edilməsi ilə əlaqədar olan əməliyyatlara isə aktiv əməliyyatlar deyilir. Bank ehtiyatları isə onun özünün xüsusi vəsaitindən, cəlb edilmiş vəsaitlərdən və qiymətli kağız­lardan ibarətdir. Bankların bütün ehtiyatlarının cüzi bir hissəsini xüsu­si vəsait (məsələn, ABŞ-da təqribən 8-10%-i), çox hissəsini isə cəlb edilmiş vəsait (depozit1) və qiymətli kağızlar təşkil edir.
Bank yaratmaq üçün əvvəlcə müəyyən məbləğdə xü-susi kapi­tala malik olmaq lazımdır. Lakin bu, xüsusi bank təşkil etmək üçün yal­nız başlanğıc nöqtəsidir. Çünki bank əməliyyatları cəlb edilmiş vəsa­itlərə əsaslanır. Intisadi cəhət-dən inkişaf etmiş ölkələrdə xüsusi kapital­la cəlb edilmiş kapital arasındakı nisbət 1:10–1:100 arasında tərəddüd edir.
Depozit dedikdə bankın müştərilərinin (əmanət qo-yuluşundan başqa) bütün müddətli və müddətsiz əmanətləri nəzərdə tutulur. Depo­zit kimi qoyulan vəsaitin mənbələri müxtəlifdir. Bünlar müəs­sisələrin, dövlət idarə və təşkilatla-rının hesablarında, işçi və qulluqçuların əmək haqqı hesa-bında olan və müvəqqəti istifadə edilməyən vəsait­lərdən iba­rətdir. Depozitlər də iki qrupa bölünür: 1) Tələb olunana-dək; 2) Müd­dətli depozitlər. Əmanət, birinci halda əmanət-çinin ilk tələbi ilə ödənilir. Bu əmanət üzrə faiz dərəcəsi aşağıdır. Bəzi ölkələrdə isə əma­nətin bu növü üzrə faiz hesablanması qadağan olunmuşdur. Depozitin bu növü ilk növbədə cari hesablaşmaları aparmaq üçün nəzərdə tutul­muşdur.
Banklarda hər gün tədiyə hesablaşmalarının aparıl-ması müəy­yən məbləğdə xərc tələb edir. Bankların, bununla əlaqədar olan xərcləri onunla ödənilir ki, bankda «tələb olunanadək» hesabı olan müştərilər özlərinin pul vəsaitin-dən il ərzində birdən-birə, tamamilə istifadə etmir­lər. Başqa sözlə, müştərilərin hesablarında necə deyərlər həmişə qalıq olur ki, banklar bundan mənfəət əldə etmək üçün borc vermək məq­sədilə istifadə edirlər.
Müddətli əmanət isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilir. Bunun iki növü vardır: 1) Xüsusi müddətli əmanətlər; 2) Və­sai­tin götürülməsinə dair qabaq-cadan xəbərdarlıq edilmək şərti ilə qoyulan müddətli əmanətlər. Xüsusi müddətli əmanətlər sahibinə qa­baq­cadan müəyyən olunmuş vaxtda qaytarıla bilər. Deməli, müddət başa çatanadək həmin vəsaitə bankın sərəncam vermək səlahiyyəti vardır. Müddətli əmanət, sahibi tərəfindən müəy-yən olunmuş vaxtda götü­rül­mədikdə bank ona cari hesabda olan vəsait kimi sərəncam vermək səla­hiyyətinə malik olur. Belə əmanətlərin qəbul olunduğu müddət aşağı­da­kı dörd qrupa bölünür: 1) 30 gündən 89 günədək; 2) 90 gündən 179 gü­nədək; 3) 180 gündən 359 günədək; 4) 360 gündən çox müddətə qəbul olunan əmanətlər.
Xüsusi müddətli əmanətlər müqavilə vaxtı qurtar-dıqda, sahibi onu istənilən hər sonrakı gün götürə bildiyi halda, qabaqcadan xəbər­darlıq olunmaqla müddətli əma-nətləri götürmək üçün onun sahibi xüsu­si ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti isə 1 aydan 3 aya­dək, 3 ay-dan 6 ayadək, 6 aydan 12 ayadək, 12 aydan yuxarı ola bilər. Bu əmanətçilər qrupunun hər biri üçün müvafiq faiz norma-sı müəyyən olu­nur.
Əmanət qoyuluşları üçün səciyyəvi olan cəhət ondan ibarətdir ki, onlar ləng artır, sahibinə pulun əmanətdə olma-sına dair vəsiqə-əmanət kitabçası verilir. Ayrı-ayrı ölkələrdə əmanət qoyuluşlarının iki növü vardır. Bunlardan biri əma-nətin götürülməsinə dair qanunla müəy­yən edilmiş, digəri isə müqavilədə nəzərdə tutulmuş müddətlərdə xəbər­darlıq edilməsidir.
Bankların passiv əməliyyatlarına cəlb edilmiş vəsait də (başqa banklardan alınmış kredit) aiddir. Passiv əməliy-yatların bu növü adi kredit sövdələşmələri deməkdir. Bura-da təşəbbüskar bankdır. Çünki ona müəyyən müddətdə, müəyyən məbləğdə pul vəsaiti lazımdır, bu məqsədlə də o, pul bazarına üz tutur.
Passiv əməliyytların bir qrupu da ipoteka və bank istiq­raz­larının buraxılmasıdır. Bu əməliyyatların mahiyyəti ondan ibarətdir ki, onların vasitəsilə bank qiymətli kağızları verməklə pul vəsaitini səfər­bərliyə alır.
Bankların aktiv əməliyyatlarında kredit əməliyyatları və qiy­mətli kağızlarla aparılan əməliyyatlar bir-birindən ayrılır. Bun­lardan birincisinə ssuda, ikincisinə fond əməliy-yatları deyilir. Bundan başqa, banklar kassa, aksept əməliy-yatlarını, xarici valyutalar, daşınmaz əm­lakla əlaqədar söv-dələşmələri də həyata keçirirlər.
Kredit əməliyyatları aşağıdakı əlamətlər üzrə təsnif-ləşdirilə bilər:
  1. Təminatdan asılı olaraq: təminolunma tələb edil-mədən (blank) və təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları. Təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları  da aşa­ğı­dakı növlərə ayrılır: veksel (veksel satın almaqla verilən kredit) əməliy­yatları, əmtəə və ya qiymətli kağızları satın almaqla verilən kreditlər. Təmi­natı olan kredit növlərindən biri də qiymətli kağızların girov qo­yul­ması müqabilində mərkəzi və kommersiya bankları tərəfindən ve­rilən lombard kreditidir.
  2. Ödənilmə müddətinə görə: tələbolunanadək, baş-qa sözlə, borclunun və ya bankın tələbi ilə ödənilən, qısa müddətli (bir ilədək), orta müddətli (1 ildən 5 ilədək) və uzunmüddətli (beş ildən yuxarı) kreditlər.
  3. Ödənilmənin xarakterinə görə: birdəfəlik və hissə-hissə ödə­nilən kredit.
  4. Faizin alınması metoduna görə: faiz, kredit veril-dikdən dər­hal sonra (veksellərin uçotu, istehlak kreditinin verilməsi) və ya kredit qaytarıldıqda, yaxud da kreditin verildiyi müddət ərzində bərabər his­sələrlə tutulur.
  5. Borcluların kateqoriyalarına görə. Bu əlamət üzrə kreditin dövd növü vardır: a) Kommersiya krediti; b) Fond birjalarının vasitə­çi­lə­ri­nə verilən kredit; c) Kənd təsərrüfatı krediti; q) Son istehlakın kredit­ləş­­di­rilməsi ilə əlaqədar verilən kredit.
Kommersiya krediti müəssisələrə müvəqqəti dövriyyə kapitalı çatışmazlığını və əsas kapital üzrə qoyuluşları ta-mamlamaq, istehsalı genişləndirmək və s. məqsədlər üçün verilir. Fond birjalarının vasitə­çilərinə isə kredit, qiymətli kağızları satın almaq və birja əməliyyat­la­rında istifadə et-mək üçün verilir. Kənd təsərrüfatı krediti özü də iki yerə bölünür: 1) Iri kapital xərclərini ödəmək üçün torpaq, tikili-lər və s. gi­rov qoyulması müqabilində verilən ipoteka kredi-ti; 2) Müvəqqəti (mə­sə­lən, məhsul reallaşdırılarkən meyda-na çıxan) ehtiyacların ödə­nilməsi üçün verilən qısa müddətli kredit. Son istehlakın kreditləş­diril­məsi üç formada müm-kündür: 1) Mənzil tikintisinin girov qoyulması müqabi­lin­də verilən kredit; 2) Hissə-hissə ödənilməklə istehlak əmtəə­lə-rinin sa­tın alınması üçün verilən kredit; 3) Müddəti başa çatdıqda bir­dəfəlik ödənilən kredit.
Bankların borcvermə əməliyyatları olduqca mürək-kəb və çox­pil­­ləli prosesdir. Borc götürən, banka kreditin məqsədi, müddəti, ödə­nil­məsi qrafiki və s. məlumatlar olan rəsmi sənədlə müraciət edir. Bun­dan başqa o, özünün istehsal və maliyyə fəaliyyətinin bütün tərəfləri (is­tehlak kreditində isə şəxsi vəsaiti, gəliri, iş yeri və i.a.) haqqında ətraflı məlumat verməyə borcludur. Kiçik firmalar «təmi-nat», həmçinin zəma­nətçi (zəmanət verən) təqdim etməlidir. Kreditin verilməsinə dair sifa­rişlər bankın «uçot-ssuda» əməliyyatları idarəsinə daxil olur. Bura­dan isə onu borc götürmək istəyənin ssudanı ödəyə biləcəyinə dair imka­nı­nın qiymətləndirilməsi üçün kredit şöbəsinə göndərirlər. Sifariş iki-üç direktordan ibarət olan uçot-ssuda komitəsində nəzərdən ke­çirilir. Bü­tün sifarişlər üzrə bu orqanın tövsiyələ-ri vaxtaşırı direktorlar şurasına bildirilir. Direktorlar şurası isə kreditin verilib-verilməməsi haqqında qərar qəbul edir.
Xarici ölkələrin əksəriyyətində şirkətlərə kredit, limi-tin-«kre­dit xəttinin»-açılması formasında verilir. Məsələn, Ingiltərədə «Over­draft» üzrə limit müəyyən edilir. «Over-draft» bank tərəfindən müştəriyə onun cari hesabındakı qa-lıqdan artıq məbləğdə kredit verilməsi demək­dir. Kredit xət-tinin açılması bankla borc götürən arasında razılıq əldə edil-diyini göstərir. Limit müəyyən müddətə, məsələn, bir il müd-dətinə təyin edilir. Bu müddət ərzində borc götürən, bankla əlavə danışıqlar aparmadan istənilən vaxt ssuda götürə bilər. Lakin borc götürənin və­ziyyəti pisləşdiyi halda, bank təsdiq olunmuş limit daxilində ssuda ver­məkdən imtina etmək səlahiyyətini özündə saxlayır. «Kredit xət­tinin» açılması bir qayda olaraq bankın borc götürən qarşısında müəy­yən tə­ləb qoyması ilə müşayiət edilir.  Bu tələb ondan ibarətdir ki, borc götü­rən özünün cari hesabında adətən kreditin 20%-dən az olmayan məb­lə­ğini saxlamalıdır. Bununla da bank bütün kredit məbləğini götürməyə, yaxud da, onun başqa banka köçürülməsinə imkan ver­məməklə borc­lu­nu özündən asılı vəziyyətdə saxlayır.
Ölkələrin çoxunda banklar ilkin və ya baza faiz dərə-cələri (ingiliscə prime rate, base rate) müəyyən edirlər ki, bunlar da birinci dərəcəli borclular tərəfindən təminat veril-miş ssudalar üzrə hesablanır. Bu, kreditlər üzrə faizin ən aşağı səviyyəsidir.
Kreditlər üzrə faiz dərəcələri onun növü və həcmin-dən, borc götürənin kapitalının kəmiyyətindən, onun bank-la olan əlaqələrindən asılı olaraq fərqləndirilir. Faiz dərəcə-sinin artmasına görə kreditləri aşağıdakı kimi sıralamaq olar: birinci dərəcəli borclular üzrə təminat verilməyən kreditlər (ilkin faiz dərəcələri), birjalarda qiymətli kağızlara, əmtəələrə və avadanlıqlara görə verilən kreditlər, debitor borclarına görə verilən kreditlər, təminat tələb olunmayan kənd təsərrüfatı krediti, istehlak krediti.
Bankların fond əməliyyatlarına qiymətli kağızlarla aparılan müxtəlif əməliyyatlar, məsələn, xüsusi investisiya-lar üçün qiymətli ka­ğızların satın alınması, təzə buraxılmış qiymətli kağızların ilkin yerləş­dirilməsi, müştərinin tapşırığı ilə qiymətli kağızların satın alınması və satılması, qiymətli kağızlar müqabilində ssuda verilməsi və s. kimi əmə­liyyatlar aiddir.
Qiymətli kağızların alqı-satqısı banklara dividend və faiz şək­lində əlavə mənfəət əldə etmək imkanı verir. Dövlət borclarının yerləş­dirilməsində də bank sisteminin rolu böyükdür. Belə ki, banklar dövlət istiqrazlarını öz vəsaitləri hesabına satın alır, onların yenidən satışını təşkil et­məklə ikinci bazarı yaradırlar. Bu bazarda aparılan əməliyyatlar adə­tən ən iri bankların (məsələn, ABŞ-da 6 kommersiya və 13 in­ves­tisiya bankının) əlində cəmlənmişdir. Bunlar alqı və satqı məzən­nələri ara­sındakı fərqdən ibarət olan böyük məbləğdə mənfəət əldə edirlər.
Banklar həm də başlıca vasitəçilik–inkasso, akkredi-tiv, kö­çür­mə və ticarət–komisyon əməliyyatlarını yerinə yetirirlər. Bunların içə­ri­sində vəkalətnamə (trast) və lizinq əməliyyatları xüsusi yer tutur. Vəkalətnamə əməliyyatları zahirən vasitəçilik əməliyyatları ilə oxşar olsalar da, onun çərçivələrindən kənara çıxır. Inkasso əməliyyatları o demək-dir ki, vasitəçilik edən bank öz müştərisinin tapşırığı ilə pul və əmtəə–pul sənədləri üzrə vəsaiti qəbul edir. Çeklər, vek-sellər, qiymətli kağızlar, xarici valyutalar və i. a. inkasso üçün qəbul edilə bilər. Bank inkasso əməliyyatlarını apar-maqla komisyon haqqı alır. Bu haqqın kəmiyyəti yerinə ye-tirilən əməliyyatın növündən asılıdır.
Akkreditiv–akkreditiv haqqında sənəddə göstərilən şərtləri yerinə yetirərkən müəyyən məbləğdə pulun xüsusi şəxsə, yaxud da şirkətə ödənilməsinə dair tapşırıqdır. Bu əməliyyatlarda, akkreditiv açıl­ması haqqında tapşırıq verən müştəri; akkreditivi açan bank; akkre­ditivin açıldığı və onun şərtlərinin yerinə yetirilməsinə nəzarət edən bank; akkreditivin alıcısı iştirak edirlər.
Pul və əmtəə akkreditivləri bir-birindən fərqlənir. Pul akkre­ditivi müəyyən məbləğdə pulu ölkənin başqa şəhərin-də, yaxud da xa­ricdə almaq üçün bank tərəfindən onu qo-yan şəxsə verilən adlı sə­nəd­dir. Əmtəə akkreditivləri top-dansatış dövriyyədə əmtəələrin sa­tıcıları ilə alıcıları arasında hesablaşmalar üçün qəbul edilir.
Köçürmə (barat) əməliyyatları o deməkdir ki, bank təqdim olun­muş pulu başqa yerdə olan şəxsə çatdırır.
Banklar xüsusi şəxslər üçün aşağıdakı vəkalətnamə (trast) əmə­liyyatlarını yerinə yetirirlər: əmlakın idarə olun-ması hüququndan məh­rum edilmiş şəxslərə (dul qadın və kişilər, həddi-buluğa çatmamış şəxs­lər) müvəqqəti kömək etmək; varislərin mənafelərinə uyğun olaraq və­fat etmiş şəxslərin əmlakını idarə etmək; daha çox mənfəət əldə et-mək məqsədilə kapitalı idarə etmək (səhmlərin, yaxud da daşınmaz əmlakın satın alınması); qiymətliləri yanmayan seyfdə saxlamaq və s. və i.a. Şir­kətlər üçün vəkalətnamə əməliyyatları xüsusi şəxslər üçün eyni əməliy­yat­lardan fərq-lənir. Belə ki, bank şirkətlər üçün borclar üzrə zəmanət ve-rən olduğu halda, bazar üçün buraxılan səhmlərin qey­diyya-tı üzrə agent kimi, korporasiyaların pensiya fondlarındakı və­saitinin idarə olun­ması üzrə isə idarəedən kimi çıxış edir.
Son illərdə sənaye şirkətləri arasında maliyyə lizinq-ləri, yəni çox bahalı maşın və avadanlıqların satın alınması və icarəyə verilməsi geniş miqyas almışdır. Adətən bank, yaxud da ona tabe olan lizinq şir­kəti maşın və avadanlıqları tam dəyərlə satın alır və onları istifadə üçün icarəyə verir. Icarədar isə bunun müqabilində vaxtaşırı (ayda və ya rüb­də bir dəfə) haqq verir ki, bunun hesabına da avadanlığın dəyəri ödəni­lir, sövdələşməni kreditləşdirən müəssisənin mənfəət əldə etməsi təmin olunur.
Müasir dövrdə banklar bir-biri ilə qarşılıqlı əlaqədə olan yüz­lərlə əməliyyatı və xidmətləri yerinə yetirirlər. Bun-dan başqa aktiv və passiv əməliyyatlar arasında da asılılıq vardır. Banklar əsas etibarilə baş­qalarına məxsus olan kapi-talla əməliyyat apardıqlarına görə onların kreditləşdirdikləri və investisiya qoyduqları vəsaitin  məbləği xeyli dərə­cədə kredit müəssisəsinin sərbəst pul vəsaitləri və əmanətlərini səfər­bərliyə almaq qabiliyyətindən asılıdır. Eyni zamanda bank sisteminin inkişafı ilə əlaqədar olaraq passiv əməliy­yat­ların aktiv əməliyyatlardan asılılığı zəifləyir.
Aktiv əməliyyatlarla passiv əməliyyatlar arasındakı ümumi əlaqə ilə yanaşı, ayrı-ayrı əməliyyat növləri arasında da asılılıq vardır. Bankın müştəriləri, xüsusilə də sənaye mü-əssisələri və iri fərdi vahidlər və əmanətçilər, bir qayda ola-raq bankların müxtəlif növ xidmətlərindən istifadə etməkdə maraqlıdırlar. Borc kapitalı bazarında gedən kəskin rəqa-bət mübarizəsi bankları yeni xidmət növlərindən istifadə et-məyə, hətta bəzi hallarda pulsuz xidmət göstərmyə məcbur edir.
Müasir dövrdə bank fəaliyyətinin inkişafında nəzərə çarpan meyllər aşağıdakılardan ibarətdir: müasir banklar müxtəlif müddətlərə kredit verir, kommersiya veksellərini uçota alır, qiymətli kağızlar bura­xır və onları reallaşdırır, vergiləri hesablayır və tutur, müştərilər üçün amortizasiya ayırmalarının uçotunu, digər mü­hasibat və hesablaşma əməliyyatlarını aparırlar. Onların məsləhət və informasiya-vermə sahəsində xidmətləri daha da genişlənir. Bank, müəs­sisələrin, sənaye və ticarət firmalarının başlıca investisiya layihələrinin seçilməsində iştirak edir, maliyyə əməliyyatla-rının aparılmasına kömək göstərir.
Banklar bu məqsədlə özlərinin güclü EHM ilə təchiz olunmuş hesablama mərkəzlərindən istifadə edirlər. Bank-ların apardıqları «pə­rakəndə», yəni ayrı-ayrı əmanətçilərlə əlaqədar olan əməliyyatları av­tomatlaşdırmaq üçün son dövrlərdə avtomat kassa qurğularından istifadə edilir. Belə qurğular kredit müəssisələrinin binalarında, böyük mağaza-larda, aeroportlarda, avtobus dayanacaqlarında və s. yerlər-də qoyulur. Gələcəkdə bütün tədiyələrin xeyli hissəsinin nəqdsiz hesab­laşmalar (bank çekləri, kredit vərəqələri) və «elektron pullar» (müş­tə­rilərin tapşırığı ilə EHM çərçivə-sində kredit müəssisələri tərəfindən həyata keçirilən köçür-mələrin köməyilə) vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Banklar kommersiya hesabı prinsipləri əsasında işləyir, gös­tərilən xidmət müqabilində daha çox mənfəət əldə etməyə çalışır və buna nail olurlar. Çünki depozitlərə görə verdikləri faizə nisbətən ssuda üzrə daha yüksək faiz alırlar. Alınmış və verilmiş faiz məbləğləri ara­sındakı müsbət fərq bankın ümumi mənfəətini əmələ gətirir. Bankın ümumi mənfəətinə yuxarıda göstərilən xidmət növlərinə görə əldə edilən faiz də daxildir. Mənfəətin bir hissəsi bankın xərclərinin (əmək haqqı, dəftərxana xərcləri, binaların saxlanması və s.) ödənilməsinə sərf olu­nur, yerdə qalanı isə onun xalis mənfəətini əmələ gətirir. Xalis mənfə­ətin bankın xüsusi vəsaitinə faizlə olan nisbəti mənfəət  norması adlanır.
 

0 şərh