Qan qohumlarının nigahı

Qan qohumları arasında bağlanan nigah uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan hesab olunur. Səbəblərini izah edək.

İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcüddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom).

Xromosomlar genlərdən ibarətdir və bu genlər hər bir insan orqanizminin bütün xüsusiyyətlərdən (saç, dəri və gözlərin rəngi, mübadilə proseslərin xüsusiyyətləri, irsi xəstəliklər və s.) məlumat daşıyırlar.

İnsan orqanizmində hər bir əlamət haqqında informasiyanı 2 gen-cütlük daşıyır. Əgər cütdəki genlərdən biri insanın hər hansı bir əlamətinin təhrif olunmuş, mutasiyalı, patoloji informasiyanı (açıq desək, xəstəliyi) daşıyırsa, digər gen isə sağlamdırsa, insan sağlam doğulur. Uşaq hər bir valideynlərin hər gen-cütlüyündən bir gen alır. Qan qohumlarında çoxsaylı ümumi genlərin olması ona gətirib çıxara bilər ki, bu nigahda doğulan uşaqlar öz valideynlərindən iki eyni təhrif olunmuş, patoloji informasiyanı daşıyan gen qəbul edə bilərlər. Nəticədə uşaq xəstə doğulur.

Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı çox azdır.
 

16 şərh

azadmamedov90
Məncə bizim kənd və ətraf rayonların çoxunda belə hallar çoxdur. Ama heç bilə də bilmirsən ki, kiminlə ailə qurasan ki, gələcək üçün sağlam nəsil sahibi olasan, heç olmazsa sənin goruva gətirib peyin tökməsinlər.
pascal
Qohum evliliyi ittifaqında mənfi effekt verən, dünyaya gələn neçə-neçə xəstə uşaqları qoyub, 1-2 qohum ailənin təsadüfən sağlam doğulan uşağını nümunə göstərərək yenə də qohum evliliyinə razılıq verənlərə heyrətdəyəm. Təsadüf və Allahın ümidinə buraxılan qəti qərarlar... "Əşşi, heç nə olmaz. Filankəs də qohumdur da, heç onların uşağı xəstə deyil, bizimki də olmaz."
Ferbara
Qohum nigahından doğulan uşaqlar sağlam olsalar da gözlənilən təhlükə nəvələrdə üzə çıxır.
pascal
Elədir. Amma gəl, bunu bəzilərinə anlat…
Ferbara
Dayan, gəlirəm. Hardadılar? :))
MURAD_SEYFULLAYEV
Nəvələrdə üzə çıxan xəstəliklər elə qohum nigahından doğulan evladın hiss olunmayan ciddi problemlərinə görə yaranır. Amma heç kəs öz istəyilə doğulmur və heç kəs belə problemlər istəməz, amma Pascal demiş gəl indi bunları nənəyə, babaya anlat. :)
MURAD_SEYFULLAYEV
Əvvəllər çox olsada, indi bu cür düşüncələr əsasən informasiya qıtlığı çəkən ucqar bölgələrdə çoxluq təşkil edir. Oralarda utancaqlıqdan qaynaqlanan əks cinslilərin öz istəyi ilə ailə qurma problemi, evlənmə vaxtı çatanda valideyinlərin ən yaxşı münasibətdə olduğu qohumların uşaqlarını hədəf almasına səbəb olur. 
Ferbara
Deməzdim hər yerdə informasiya qıtlığı var. :) Məsələn, bizim qonşu kənd ancaq qohumlardan ibarətdi. Elə bizim kənd də qonşu kəndlərlə qohumdu. Amma o qohumları ən yaxın qohumları ilə (xala, bibi, əmi, dayı uşaqları) ailə qurmurlar.
Nə ana babam, nə də ata babam tərəfdə qohumla evliliyə icazə var. Hər ikisi də ayrı-ayrı rayonların kəndlərində yaşamış adamlar olub. 
MURAD_SEYFULLAYEV
Bu cür icazə məsələsi biraz sərtdir məncə. Əsasən təhsilə ehtiyac var, amma buna da kimsə icazə vermir. 
Ferbara
Onlar kor-koranə qadağa qoymayıblar ki. :) Əlbəttə ki, səbəbini də bilirlər. :) 
MURAD_SEYFULLAYEV
Təki hər yerdə bilsinlər. :) Onsuzda bu dünyaya gəlib əzab-əziyyət çəkmək bəs eləmirmiş kimi bir də gəl valideyinlərinin səhvi ucbatından əziyyət çək. 
MURAD_SEYFULLAYEV
Nənə-babanın daha doğrusu. :)
azadmamedov90
Nigaran olmayın!!! Artıq dövlətimiz qanun qəbul edib indi, əvvəlcə həkimdən keçəcək evlənmək istəyənlər, ya pul ilə ya da qan ilə)
istorik_c
Salam. Heç kiçin xətrinə dəymək istəmirəm. Amma şərhlərdən başa düşdüm ki, əksəriyyətiniz məsələni heç anlamayıb. Qan qohumluğu nəticəsində doğulmuş xəstə uşaqların sayı qan qohumluğu ilə doğulmayan xəstə uşaqların sayı ilə bərabərdir. İndiyə qədər hələ heç bir elmi sübut yoxdur bunu təsdiqləsin. Sadəcə məqalədə bu frazanı diqqətlə oxuyun-Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı çox azdır.
Vəssəlam. Mənim öz dayıoğlum kənddə yaşayır və onunla heç bir qohumluğu olmayan əsli şəhərli bir qızla evlənib. İki uşağı var hər ikisi talasemiya xəstəsidir.
azadmamedov90
Dəyməzsiz. Əleykə salam. Mən də sizinlə razıyam hardasa, ama təbii olaraq bu məsələləri mütləq həkimdən keçirmək lazımdır, tibbi olaraq yəqin ki, bizdə də olmasa qonşu ölkələrin birində tutarlı bir məsləhət verərlər…
Don_Elnur
Qısaca desək insanda genlər allel şəkildədi, məsələn ya AA (hər ikisi dominant), ya Aa (biri dominant, biri resessiv) ya da aa ( hər ikisi resessiv ). İnsanda xətəlik daşıyan hər hansı bir resessiv gen olarsa, ona allel olan gendən asılı olaraq bu xəstəliyin üzə çıxıb çıxmama ehtimalı var. Əgər allel geni dominantdırsa xəstəlik üzə çıxmaz, dominant gen buna icazə verməz. Qohum insanlar da oxşar genlər daşıdığı üçün, bu yaxınlıqda ressessiv genlərin görüşmə ehtimalı çoxalır və allel olaraq resessiv bir genlə birləşdikdə xəstəlik olaraq özünü göstərə bilir. Yəni nə edirsiz edin qohumla ailə həyatı qurmamağa çalışın :) maarifləndirici yazıdı, təşəkkür