Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar

Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr )  konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1533, 18 oktyabr - Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;

* 1688 -1700 - şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;

* 1736, 13 oktyabr - ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;

* 1833, 12 noyabr - ABŞ-da güclü ulduz yağışı səbəbi ilə gələcək dünyanın sonunun gözləntisi tarixi;

* 1843, 3 aprel və 7 iyul - Uilyam Millerin ardıcılları tərəfindən Bibliyadakı peyğəmbərliklərin yozumuna uyğun olaraq İsa Məsihin ikinci zühurunun və Məhşərin başlanğıcının gözləndiyi günlər;

* 1919, 17 dekabr - Amerika meteoroloqu Albert Portun hesablamalarına görə 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi;

* 1945, 21 sentyabr, saat 5.33 - amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən Yerin yanması və dünyanın axırı;

* 1954, 20 dekabr - Amerikalı həkim - təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi;

* 1970, 31 dekabr, saat 24.00 - Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən dünyanın sonu;

* 1980, 29 aprel - ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu;

* 1996, 17 dekabr - Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu;

* 1998-2001 - Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu;

* 2001, 11avqust - bəzi Amerikalı astronomların hesablamalarına görə Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu;

* 2009 - Piter Lorinin yozumuna görə Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon ( xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki ( Fələstindəki ) dağ.


Planetimiz şükür ki, hələ duruş gətirir və yalnız Uca Allahın bildiyi ana tarixə qədər dayanıb - duracaq. İndiyədək yaradılmışların " ən alisi və şüurlusu olaraq " bizim üzərimizə düşən vəzifə isə çox sadədir: Xaliqimizin iradəsinə zidd getməmək və Onun yaratdığı nə varsa, heç birinin təkamül qanunlarını pozmamaq. Allahın verdiyi şüurdan ilk növbədə elə Onun özünün bizə nələr demək istədiyini anlamaqdan , doğru - dürüst, halal yaşamaqdan ötrü istifadə etmək , vəssalam. Allah bizi qorusun. AMİN!
 

15 şərh

Gülnar
Bunu oturub hesablayanın ağlına şübhə edirəm )
MaksiMuS
Bu movzu haqda oxuyanda yadima tek 1 fraza duwur: Dunyaya gelen her bir korpe Allahin hele de insanlardan umidini itirmediyine iwaredir…
puma
Heç eşitmisiniz ki,Nostradamus adlı adam olmayıb?Bu- Yəhudilərin uydurmasıdır.Elə dünyanın filan tarixdə dağılacağı da hansı «ağıllılar»ın uydurmasıdır bilmirəm.Allahın işinə qarışmayın, ey, Allahsızlar! Quranımızda- Axirət günü olacaq- yazılıbsa,bu olcaq və ancaq Allah bilir nə vaxt.İnsanların ürəyinə qorxu toxumu səpip,2012 kimi filmlər çəkib,reklam edib,milyonlar qazanan amerikapərəstlərin işidir bunlar.İnsanları ayıltmaq məqsədi ilə yazdığın bu yazıya görə,təşəkkür.
məryam
Mən deyirəm məhşər nədi. Bunlar yalandan hesablayırlar. Sonra isə, biabr olurlar. Nəyə lazım?
rustam_aLiyev
amin! bular icib hesablıylblar)ama bilmirlər nəi))
məryam
Çox maraqlıdı. Nəyə əsaslanaraq hesablayırlar?
Medikamentoz
Dünyanın Sonu gələcək,amma konkret necə olacaq tam bilinə bilinməz,həm elmi,həm də dini tərəfdən.
HeRa_Queen
Dünyanın sonu gələcək, necə olacağı da bilinir sadəcə olaraq nə vaxt baş verəcəyini Allahdan basqa heç kəs bilə bilməz… Necə olacağını hardan bilirsiz? -diyəcəksiniz bunun üçün Qurani Kərimdə Qiyamət surəsin oxumaq bəs edər…
Medikamentoz
Onlar ümumi gedişatdır,səbəbin nə olacağı tam bilinmir,Günəşin qərbdən çıxması məsələsi daha çox ümid verir ki,deyək kometa ilə toqquşmadan sonra başlanılacaq.
HeRa_Queen
Sizcə qiyamətin qopması elə ən böyük səbəb deyilmi?? Qiyamətin İkindi namazı ilə Axsam namazı arasındakı vaxt müddətində qopacağı bildirilib… Ümumiyyətlə siz Qiyamətin böyük və kiçik əlamətləri haqqında diyəsən məlumatınız yoxdur məncə araşdırsanız öz suallarınıza cavab tapacaqsınız…
Zahid_GDMLI
bu siyahıya düz 1 ay sonra yeni bir boşa çıxan proqnoz eləvə ediləcək inşAllah.
umud600
hə mütləq, ayin 22-si əlavə etmək olar
_BUMERANQ_
Dekabrın 22-i siz bu topiki yenidən redaktə etməli olacaqsınız :)
azadmamedov90
maraqli faktlardi=) ama bele seylere inanmaq neye gereklidir, mene helede catmir!!!