Reytinq
16.78
səs: 16

Bloq haqda

bəstəkarlar,onların həyat və yaradıcılığı

Motsart,Bethoven,Çaykovski,Haydn,Ravel və s. klassik bəstəkarların,musiqiçilər haqqında

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (21)

Cavid TM-çi IDEAL Dior Azərbaycan Əliyev Ferro Bilici bahar Gülnar kulturoloq luminat ORIGINAL Nurane Shahbazova yravil Qiyasli AykaJackson Aristotel Aysel218 Abdulyar

Все читатели блога

Maestro Niyazi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir. Sənətkarın ömür kitabından bəzi səhifələrə nəzər salaq.

Niyazi Zülfüqar oğlu Tağızadə — Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun musiqi sənətini seçməyində istedadı ilə yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri olub.

Ardı

Vladimir Vısotski

Vladimir Semyonoviç Vısotski (Владимир Высоцкий) 1938-ci ilin 25 yanvarında Moskvada doğulmuş, 1980-ci ilin 25 iyulunda elə orada dünyasını dəyişmişdir. Aktyor, şair, mahnıların müəllifi və ifaçısı idi. Moskva İnşaat-Mühəndislər İnstitutunda oxumuşdu. Moskva Bədaye Teatrı (MXAT) məktəbini bitirəndən sonra paytaxtın Taqanka teatrında aktyor işləməyə başlayır. Hamlet roluna görə məşhurlaşır. Öz mahnılarının ifası ilə bütün ölkədə tanınır və onun mahnıları yazıflmış maqnitafon lentləri nəinki ən müxtəlif ölkələrə, ittifaqın özündə ən uzaq aullara da gedib çıxır.

Ardı

Rəşid Behbudov

Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.



Ardı

Üzeyir bəy Hacıbəyli | Azərbaycan peşəkar musiqisinin banisi

Azərbaycanın musiqi mədəniyyətinin inkişafı daim zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti bir tərəfdən milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən zaman-zaman dəyişən, yeniləşən tarixi-mədəni kontekstin diktə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir.

XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin — bəstəkarın iradəsi, təxəyyülü və enerjisi ilə istiqamətləndirilməyə başlayır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Tarixin bu mərhələsində gedən proseslərin təsir və dəyər miqyasının həm lokal, həm də qlobal müstəvidə güclü əks-səda oyatmasının nə əlavə isbata, nə də müzakirəyə ehtiyacı yoxdur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan musiqisində iki konteksti — həm Şərq, həm də Qərb mədəni çevrəsini əhatə edərək, ortaq məxrəc axtarışlarında inkişafa başlayır.



Ardı

Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar

Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir.



Ardı

Şövkət Məmmədova

Şövkət Məmmədova dahi Azərbaycan opera müğənnisidir. Klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa  edən ilk peşəkar  milli sənətkarımızdır. Görkəmli  musiqi  xadimi,  pedaqoq  və  təşkilatçı  idi. Yüksək səhnə mədəniyyəti vardı. Həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.




Ardı

Müslüm Maqomayev

O, 1942–ci il avqustun 17–də pioner və oktyabryatlar dövründə, fəhlə uşağının ən nüfuzlu institutlarda təhsil aldığı bir zamanda anadan olmuşdu. Baxmayaraq ki, bu -bütöv dünya bildiyimiz, kommunizm riyası altında yaşadığımız, ümidsiz, sabahsız SSRİ dövrü idi…
Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər.
Babasının və həyat yoldaşı Bəydigülün iki övladı dünyaya gəlmişdi. Kiçik oğul, yəni Müslümün atası — Məhəmməd Maqomayev tanrıdan vergili insan idi, baxmayaraq ki, musiqi təhsili almamışdı, royalda çalırdı və həm də oxuyurdu, onun çox ürəyəyatımlı və xoşagələn səsi vardı. İstedadlı teatr rəssamına atasından mətanət və kişilik əzmi miras qalmışdı. Məhz belə insan sevdiyi hər şeyi atıb vətəni qorumağa gedə bilərdi. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular.



Ardı

Üzeyir Hacıbəyli

Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.



Ardı

Mosart (Motsart)-dahi bəstəkar

Balaca Volfqanq Motsart təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o da atası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağı valideynləri evdə olmayanda Volfqanq alətə yaxınlaşıb bütün barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünü turşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çox məmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir. 3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isə bütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi.



Ardı

Nikkolo Paqanini

Paqaninin atası boş vaxtlarında mandalinada çalmağı sevirdi. Aləti əlinə alan kimi arvadı qulaqlarını tutub evdən qaçardı ki, mandalinanın monoton donquldanmasını eşitməsin. 4 yaşlı Nikkolo atasının səhvlərini tapıb: «Ata, sən bu yerində xaric çalırsan...» deyərək atasına necə çalmağın yolunu həmən göstərə bilmişdi…
Cılız Nikkolanı skripkanı ciyildətməklə əldən salmağında uzaqgörən kişinin məqsədi vardı. Bilirdi ki, böyüyəndə uşağın bir parça çörəyi olacaq. Doğuşdan bir az əvvəl Nikkolanın anasının gözünə mələk görünmüş və doğulacaq oğlunun bütün İtaliyada məşhur olacağını demişdi.



Ardı