İsa Səhrada | İvan Kramskoy

Rus rəssamı İvan Kramskoyun əsas rəsmlərindən biri olan "İsa Səhrada" rəsm əsəri. Rəsm 1872-ci ildə çəkilib və Tretyakov qalereyasının toplusuna daxildir. Rəsmin ölçüləri 180×210 sm.

Əsərin sujeti əhdi-cədiddə təsvir olunan xac suyuna salındıqdan sonra İsanın səhrada qırx günlük oruc tutması və bu oruc zamanı şeytan tərəfindən sınağa çəkilməsindən bəhs edir. Rəssamın sözlərinə görə o, hər bir insanın həyatında qaçılmaz olan dramatik situatsiyanı əxlaqi secim anını çəkmək istəmişdir.

Rəsmdə boz daş səhrasında boz bir daşın üzərində əyləşmiş İsa təsvir edilmişdir. Kramskoy dan yerinin sökülüb səhərin yeni açıldığını göstərmək üçün soyuq rənglərdən istifadə etmişdir. Üfüq xətti kifayət qədər aşağıda yerləşib rəsm əsərini iki yerə bölür. Aşağı hissədə soyuq səhra təsvir edilib, yuxarı hissədə isə işığın, ümüdin, gələçək dəyişikliyin simvolu olan səhər günəş çıxmadan önçə səma təsvir edilib.

Nəticədə qara plaş və qırmızı xirqə geymiş İsanın fiquru rəsmin məkanı üzərində ağalıq edir və eyni zamanda onu əhatə edən sərt landşaftla harmoniyadadır. Əsas diqqət İsanın əllərinə və sifətinə verilmişdir, buda onun obrazının insaniliyinin psixoloji inandırıçılığını təmin edir. Rəsm sükunətdədir, burada hərəkət yoxdur, lakin yaşanmış və hələ yaşanılaçaq əzablara baxmayaraq sınmayan güçlü ruhun və əqlin fəaliyyətini aydın sezə bilirik.

Rafiq
 

0 şərh