Hamiləlik zamanı dəridə yaranan çatlardan necə xilas olmaq olar?

  • Qadın
Hamiləlikdə, yaxud kökəlib arıqladıqda dəridə çatlarla rastlaşırıq. Bəzi dərilər elastik olur, bu tip dərilər çatlamır. Dərinin çatlamaması, gözəl olması üçün gündəlik 2.5-3 litr su və duş qəbul edilməlidir. Dəri çatlarına əsasən hamiləlik zamanı rastlaşılır. Belə olduqda hər zaman istifadə etdiyimiz kimi dərinin elastikliyini qorumaq üçün kimyəvi qatqılı kremlərdən yox, təbii yağlardan istifadə etmək lazımdı.

Təbii yağlar bu bitkilərdən əldə olunur:
  • Badam
  • Buğda
  • Kalendula
  • Qoz
  • Çiyələk
  • Gul
  • Qliserin
  • Gicitikan
  • Kakao
  • Ərik tumu
  • Nar tumu
  • Çobanyastığı
  • Küncüt
  • Zeytun
     
Bunlardan alınan yağlar çatların yaranmasına imkan vermir. Hamiləlik zamanı çatlar başlayanda dəri genişləndikcə qaşınır. Hansı nahiyə qaşınırsa, təbii yağ hamilələik bitənə qədər əllə həmin yerə sürtülür. Yox artıq dərin çatlar yaranıbsa, uşaq kremi və mumyanın qarışığından istifadə etmək lazımdır.

Bəs təmiz mumyanı necə təyin etməli? 
Mumya sodalı suya tökülür, qarışdırılır. Suya qarışarsa, təmiz, suyun dibinə çökərsə, qatqılıdı.

Təmiz yağlar isə:
Üzərinə «soyuq sıxma», yaxud «distilə olunmuş» yazılır. Soyuq sıxma yolu ilə alınan yağlar qoxusuz olur, distilə olunmuş yağların isə bəzən qoxusu olur.
Müəllif: Tahirə
 

0 şərh