Anne Hathaway

Anne Hathaway1982-ci il noyabrın 12-də Bruklində (Nyu York) anadan olan Enin atası Cerard Hatuvey vəkil, anası Keyt Makkalay isə aktrisadır. İki qardaşı da var- Maykl və Tomas. En adını valideynləri ona Şeksprin xanımı şərəfinə veriblər. “Millburn High Scholl” məktəbindən məzun olan En, uşaqlıqda teatr tamaşalarında rollar alıb.

Böyük kinoya gəlişi əksər hollivud ulduzları kimi serial vasitəsi ilə olub. Belə ki, 1999-cu ildə “Özün ol” serialında çəkilən Enin aktrisalıq istedadı produserlərin gözündən yayınmadı. 2000-2001-ci illər ərzində “Disney” şirkətinin uşaqlara aid çəkdiyi filmlərdə rol alan En Qari Marşallın “Şəhzadənin gündəliyi” filmi ilə geniş tamaşaçı simpatiyası qazandı. Onu Odri Hepbern, Culia Roberts kimi ünlü aktrisalarla müqayisə etməyə başlamışdılar. Həmin illərd En vaxt tapıb, bir neçə semetr Vassar (Vassar College) kollecində də təhsil aldı.

2002-ci ildə Hiroyuki Moritanın “Pişiyin dönüşü” animasiyasında rol səsləndirdi. Elə həmin il aktrisa rejissor Duqlas Makqretanın Çarlz Dikkensin eyni adlı əsəri əsasında ekranlaşdırdığı “Nikolas Niklbi” filmində rol aldı.

2004-cü ildə En əvvəlc rejissor Ohayverin “Tilsimlənmiş Ella”, ardınca isə “Şəhzadənin gündliyi” sıkvelinin ikinci filminə çəkildi. Ona “Opera Kabusu” filminə dəvət gəldi. Amma aktrisa vaxtının azlığını səbəb göstərərək, filmdən imtina etdi. 2005-ci ildə En daha bir animasiya filmində rol səsləndirdi- “Qırmızı papaq haqqında həqiqi əhvalat”.

2005-ci ildə aktrisa əvvəlcə “Kreyzi” filmində, ardınca isə 3 nominasiyada Oskar qazanmış Enq Linin “Qozbel dağ” filmində rol aldı. 2006-cı ild isə En “Şeytan Prada geyinir” filmində çəkilir.

2007-ci ildə aktrisa “Ceyn Ostin” dramında əsas rolda çəkilir. 2009-cu ildə isə “Reyçel ərə gedir” filmi ilə Oskar və Qızıl Qlobusa nominant olur.2009-cu ildə “Love Film”in rəyinə əsasən ən yaxşı gənc aktrisa seçilir.
Anne Hathaway
2011-ci ildə Lone Şerfiqin eyni adlı əsər əsasında çəkilən “Bir gün” dramına əsas rol alır. Elə həmin il aktrisa Oskar mükafatının aparıcısı olur. 2012-ci ildə Nolanın “Qara cəngavər” trilogiyasının son filmində “Pişik qadın” obrazını canlandırır. Bu filmin ardınca isə Viktor Hüqonun “Səfillər” əsəri əsasında ekranlaşdırılmış eyni adlı müziklda Fantina rolu onu Oskara ikinci dəfə nominant edir.

Şəxsi həyatı: Aktrisa uzun müddət (4 il) italiyalı məşhur biznesmen Rafaello Folyeri ilə münsibətdə olub. Dövlət pulunu mənimsəmə üzrə açılan cinayətdə iddiham olunan Folyeri ilə aktrisa münsibətləri bitirib. Ardınca aktyor-zinət əşyaları dizayneri Adam Şulmanla görüşməyə başlayır. 2011-ci ilin noyabrında nişanlanan cütlüyün toyu 2012-ci ilin sentyabrında baş tutub.

Müəllif: Məcid Məcidov 
 

1 şərh

asel
Qəşəng qızdı… Bu aktrisanı "Şahzadənin gündəliyi" filmi ilə tanıdım, çox da sevdim :)