Anemiya (qansızlıq)

Qanın tərkibində qırmızı qan hüceyrələri var.Bu qan hüceyrələrində oksigenin paylanmasını  və bu hüceyrələrin qırmızı olmasını tənzimləyən hemoqlabin vardır.Nəfəs alarkən ağciyərdəki oksigen,bu hemoqlabinin sayəsində paylanır.Bu hemoqlabinin qanda lazımi miqdarının olmaması nəticəsində anemiya ortaya çıxır.

Dəmir çatışmamazlığı ən çox rast gəlinən anemiyadır ki,bu vaxt orqanizmdə  yetərincə dəmir olmur.Dəmir qandakı hemoqlabinə bağlanır və oksigenin paylanmasına kömək olur.Əsasən uşaq vaxtlarında ortaya çıxan bir haldır.

Dəmir azlığında xəstələrdə bir o qədərdə gözəçarpan əlamətlər olmur.Qan analizi verildikdə bu haqda diaqnoz almaq olar.Lakin əgər xəstəlik daha ağırdırsa o zaman halsızlıq,yorğunluq,iştahsızlıq,qəbizlik və s. kimi əlamətlər ola bilər.Bu zaman xəstələr torpaq kimi yeyilməyən şeyləri yemək istəyərlər.
Bundan əlavə aşağıdakı əlamətlər də ola bilər.
  • Baş gizəllənməsi,qulaqların çingildəməsi
  • Ağız kənarında çatlar
  • Dırnaqlarda çatlar
  • Dildə qızartı,çatlar
  • Çətin və ağrılı udqunmaq



Dəmir çatışmamazlığı olan uşaqlar,gec danışır,gec gəzir və gec oturur.
Müalicə kimi tərkibində dəmir olan preparatlar qəbul olunur.2 aydan sonra xəstəlik müalicə oluna bilər.Lakin dəmir depolarının doldurulması üçün bir müddət dəmir müalicəsi almaq lazımdır.Bu müalicə isə 1 ilə qədər uzana bilər.Uşaqlarda isə sirop və ya damcı yolu ilə dərman vermək lazımdır.Dərman ac qarına və ya nahar arasında olmalıdır.Çünki bu zaman dəmir daha yaxşı sovrulur.Həmdə C vitamini ilə bərabər dərmanın qəbul olunması sovrulmanı daha da yaxşı tənzimləyir.

Dəmir ət məhsullarında-qaraciyər,dalaq,qırmızı ət, yumurtanın sarısı,yaşıl  tərəvəzlərdə, fındıq,fıstıq,kişmiş, bəhməzdə daha zəngindir.

 

1 şərh

bloqçu
Allah şəfa versin. Anemiya zamanı olan əlamətlərdən biri də dərimizin solğun olmasıdır. Gərək vitaminli ərzaqlarla, minerallar, şirələr, meyvə və tərəvəzlərlə qıdalanaq.

El təbabətində də müxtəlif yollar var ki, bunlar da qansızlığı aradan qaldırmaq üçün xeyirli vasitələrdir.
Məsələn, qidada heç olmasa il ərzində cəfəridən istifadə etmək.

Çiçəklənən vaxt yığılmış zəncirotu yarpağından sok hazırlamaq və hər gün 50-100ml qəbul etmək.

2 çay qaşığı qurudulmuş itburnunu 1 st. qaynar suda dəmləmək dəmləmək və gündə 3 dəfə yeməkdən sonra içmək. Bu C vitamini ilə zəngindir.