Göytürk dövləti

I Göytürk dövləti  (552-588)
Böyük Hun dövlətinin dağılmasından sonra Altay, Mərkəzi Asiya və Böyük çöldə yaşayan bir sıra türk tayfaları jujfaların təsiri altına düşdü. 546- cı ildə Teles tayfasının üsyanı nəticəsində Jujan dövləti zəiflədi. Bundan istifadə edən Bumın Jujan hökümdarı Anaxuana qarşı üsyan qaldırdıraraq 552-ci ildə I Göytürk dövlətini qurdu. Dövlətin paytaxtı Ötükən şəhəri idi. Göytürk hökmdarları “ilxaqan” titulu daşıyırdılar. Muğan və İstəmi xaqanın dövründə I Göytürk dövləti xeyli qüvvətləndi. VI əsrin 80-ci illərində I Göytürk dövləti zəiflədi. Dövlətin zəifləməsinin səbəbləri:
*     Xaqanların Çin qızları ilə evlənməsi;
*     Hakimiyyət uğurunda mübarizə;
*     Çinlilərin göytürklərin daxili  işlərinə qarışması;
*     Bir çox göytürk şahzadəsinin buddizimi himayə etməsi;
*     Daxili ziddiyyətlər və hakimiyyət uğrunda mübarizə.

Qeyd: 588-ci ildə I Göytürk dövləti iki hissəyə parçalandı. Şərq və Qərbi Göytürk dövlətləri yarandı. Hər iki dövlət Çinin əsarətinə düşdü. Əsarətlə barışmayan Kür Şad Çinə qarşı qiyam qaldırdı.

II Göytürk dövləti (682-744)

Göytürk imperiyasının bayrağıII Göytürk dövlətinin qurucusu İltəris xaqan olmuşdur. İltəris xaqanın dövründə:
*     Göytürk Çin əsarətindən çıxaraq müstəqil oldu;
*     Göytürk şahzadələrinin çin qızları ilə evlənmək ənənəsi ləğv edildi;
*     Ordu qüvvətləndirildi.

Qapağan xaqana aiddir:
*     Ordunun möhkəmlənməsi;
*     Çinin asılı hala salınması;
*     Qırğız və türkeşlərin tabe edilməsi;
*     Qarluqların məğlub edilməsi;
*     Ərəblərlə toqquşmanın baş verməsi;
*     Dövlətin sərhədlərinin Sakit okeana qədər genişlənməsi;
*     Mərkəzi Asiyadakı türklərin tabe edilməsi;
*     Kidanların tabe edilməsi (697-ci il).

Bilgə xaqanın dövrü
*     Bilgə xaqana aiddir:
*     Dövlətin qüvvətlənməsi;
*     Qırğız və turkeşlərin tabe edilməsi (709-cu il);
*     Qarluqların məğlub edilməsi(715-ci il);
*     Doqquz oğuzların məğlub edilməsi.
Qeyd: 734-cü ildə Bilgə xaqan zəhər-lənərək öldürüldü. 744-cü ildə II Göytürk dövləti süqut etdi.

Göytürklərə aiddir:
*     Xaqanın varisi yabqu adlanırdı;
*     Xaqan ailəsinə mənsub şahzadələr tigin titulunu daşıyırdı;
*     Əhali budun adlanırdı;
*     Ayrı-ayrı qəbilə və tayfaları bəy, xan və buyruq idarə edirdi;
*     Xaqan ailəsi göy adlanırdı;
*     Bütün azad kişilər döyüşçü hesab olunurdu;
*     Dəmirçilik peşəsi geniş yayılmışdı;
*     Qullardan ev sənətkarlığında və çoban  kimi istifadə edilirdi;
*     Şəhərlər balıq adlanırdı;
*     Xaqanların şərəfinə bəngüdaş ad-lanan abidələr qoyulurdu;
*     Əlifba tərtib etmişdi;
*     Orxon-Yenisey abidələri tikilmişdi (725-735-ci illərdə).
Həmçinin bax:
Göytürk imperiyası
 

0 şərh