Zaman sağaltmır....

Bəzən insanlar deyirlər ki, zaman ağrıları, acıları sağaldır. Xeyr... Zaman sağaltmır... Sağaldır - spirlti içkilər və təsadüfi tanışlıqlar, sağaldır - kimləsə  keçirilən saniyələr. Sağaldır - uzun küçələr, arxasında yorğun gözlərin görünmədiyi böyük eynəklər və şəkillər...

Sağaldır - yay haqqında, yeni həyat haqqında  və ..... yatmadan öncə sənə yaxın, sənin üçün vacib olan bir insan haqqında olan arzular.
Sağaldır - yad insanların sənə olan heyranlıqları, dostlarının gülüşü, hansı ki, bu gülüşlərə gülüşlə qarşılıq verməmək qeyri mümkündür, ilk novruzgülü, hansı ki, qara sinə gərərək boy atır və sanki bizə demək istəyir ki, " əgər onlar qışa qalib gələ bildilərsə, deməli biz də qəlbimizdə olan soyuğa, şaxtaya qalib gələ bilərik....
Sağaldır - xoşbət anlar.... qəfil gözlənilməyən xoşbəxlik .... bizim həyatımızda, qəlbimizdə artıq uzun müddətdir olmayan biri...
Sağaldır - yeni Sevgi ... hər zamankı kimi qəfil gəlişi ilə.... özünün dəyişməzliyi, təravəti ilə və yenə də yaşamaq istəyirsən, xoşbəxt  baharı, uzun sakit axşamları yaşayaraq... sadəcə sükut ...
Sağaldır - çoxdan məhv olub getmiş, lakin yenidən həyata qaytarılmış xatirələr, harda ki, yalnız uşaqlıq sevincləri var ... adi bir möcüzəni gözləyən uşaqlıq...

Zaman isə... Zaman sağaltmır... O sadəcə ötüb keçir, sadəcə.... sadəcə,  heç bir şeyi dəyişməyərək...

 

Tərcümə: Rzayeva Nailə

 

7 şərh

papatürk
Heç bilmirəm nə deyim yazım.
HTML
heç nə yazma.Sadəcə oxu. Nailənin postları məndə artıq bookmarkdadır.
Dior
Bax;r o zamanı necə və hansı şəraitdə müalicə edirsən.
bloqçu
Axı həmin arzular, xoş baxışlar, gülüşlər, xoşbəxt anlar və yeni sevgi də o zamanın içinə daxil deyilmi?! Sadəcə olaraq bir sözlə «zaman sağaldır» deyirlər.
Nailə_Rzayeva
Mən düşünürəm ki, onlar zamanla birgə addımlayırlar,  təsəvvürünüzə gətirin ki, onlarsız yalnız zamanla irəliləmək istəyirsiniz, o zaman yaralar sağalmayacaq, əksinə daha da dərinləşəcək. Deməli əsas təbib zaman yox, o zamanla bir addımlayan arzular, gülüşlər, xoşbəxt anlardır…
Arzt
İstər kədəri,acısı,göz yaşı, istərsə də sevinci,xoş anı, gülüşü ilə olsun.Zaman məncə hər iki halda axıb gedir.Fərq sadəcə axib gedən zamanın sənə görünən tərəfinin uzun və qısalığındadi.Bu da səndən asılıdı.Kədərin düşündürür səni,tək olduğun bir anda zaman hec kecib getmir sanki.Əksinə xos anlarını düşünmədən yaşayırsan.Zamanın necə gəlib kecdiyini bilmədən.Əslində zaman nə uzun, nə də qısadır.Hər iki halda və ümumilikdə nə etməyimizdən və necə yaşamağımızdan asılı olmayaraq zaman üçün daha düz olan bir cümlə var: Zaman axıb gedir.
nərgiz
Aylar ötür,fəsillər fəyişir.Artıq qış gəlir.Zaman dəyişir. Amma bizə qalan elə bu zamanlarda keçirdiyimiz xoş anlar,mehribançılıq,xoş sözlər olur.
Bu topiki oxuyanda həmişə xatirələr yada düşür.