Reytinq
99.29
səs: 32

Bloq haqda

Pul qazanmaq, uğur əldə etmək, karyera qurmaq,uğur,uğur qazanmaq,müvəffəqiyyət əldə etmək,inkişaf etmək,fərdi inkişaf üçün hər şey

administratorlar (1)

moderatorlar (1)

Oxucular (50)

kastanka niqulya HTML təpəgöz Arzt Nailə Rzayeva Raskolnikov Dronqo IDEAL mr13 bloqçu Boz ziya_khalil XUSER Əliyev luminat MaksiMuS Ferro kazimzade ORIGINAL

Все читатели блога

Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: «Ailəm» jurnalı

Risk Fəlsəfəsi

Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır.
Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini 
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini 
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini 
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...

Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, dəyişə bilməz, hiss edə, öyrənə bilməz. Zəmanət axtarışıyla zincirlənmiş bir qul olaraq yaşayarkən, azadlığını qurban vermək məcburiyyətində qalar. Ancaq və  Ancaq Risk etməyə cəsarəti olan adam azaddır.

Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir

Hər insanın içində kəşf edilməmiş bir qabiliyyətlər xəzinəsi vardır. Bundan tamamilə faydalana bilən insanların sayı çox təəssüf ki çox azdır. Bunun səbəbi ya bu xəzinənin fərqinə çata bilməyişimiz, ya da onu inkişaf etdirmək üçün lazımlı məlumata sahib ola bilməyişimizdir.
Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir. Bu ağacın, üzərində xeyli çox budaq və yarpaqları olan sağlam bir ağacmı, ya da bəstəboy bir bitkimi olacağına qərar vermək sizin əlinizdədir.
Həyat ağacınız 4 hissədən meydana gələr.
1. KÖKLƏR: Həyata baxış bucağınız
2. TORPAQ: Ətrafınız
3. GÖVDƏ: Fərdi hədəfləriniz
4. BUDAQLAR: Məlumat və bacarıqlarınız

Ardı

Beyninizə bir köpəkbalığı atın!

Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar.
İndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar...
Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz.

Mənbə: «Ailəm» jurnalı

Hər doğru seçimin bir alternativi vardır


Aşağıdakı cavabları oxumadan öncə şəkillərə baxıb düşünün.


Ardı

Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa

Bəli, həyatı layiq olduğu şəkildə yaşamaq lazımdı. «Onsuzda belə yaxud elə yaşadım, fərq etməz, ömürdən gedir» kimi yalnış fikrə qapılmamalıyıq. Çox təəssüfki insan oğlu hər zaman sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarını təəssüfüynən yaşayır. Çox maraqlıdı, elə deyilmi ?!
Sanki özümüz öz həyatımızı pessimistliyə, ruh düşkünlüyünə salmaq üçün yollar axtarırıq. Hər zaman narahatıq.
Belə yerdə mövzuya uyğun bir atalar sözü yadıma düşdü: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Həqiqətən də biz həyatımıza nə qatsaq elə onu da dadacağıq, yaşayacağıq. Elə hey istəyirik, istəyirik..Bir soruşan yoxduki «Sən bu istəklərə layiqsənmi?, haqqın çatırmı ?, Layiq olmaq üçün nəsə etdinmi ?» Siz bu suallara cavab tapana kimi mən sizə bir neçə tövsiyə təqim edirəm. Sadəcə oxumaqla kifayətlənməyin.

1-Ucuz avtomobil istifadə et, amma, ala biləcəyin ən gözəl evi al. 
2-Hər zaman və hər mühitdə danışa biləcəyin üç lətifə öyrən.
3-Sevinməyi əsla təxirə salma.
4-Həyat yoldaşını çox yaxşı və diqqətli seç. Çünki bu seçim xoşbəxtliyivin və ya bədbəxtliyivin 90%-ni özündə ehtiva edir.
5-Hər gün 30 dəqiqə piyada gəz.
6-Hər dəfə yeməyi yeyib qurtardıqdan sonra şükr elə.
7-Bir yoldaşına sirrini danışmamışdan əvvəl iki dəfə düşün.
8-Maaş çekini imzalayan insanları əsla tənqid etmə. 
9-İtirəcək bir şeyi olmayan insanlardan qorx.
10-Gözünün qarşısında həmişə gözəl şeylər saxla.
11-Elə yaşa ki, uşaqların adət-ənənə, menatlitet, ailə dəyərləri sözünü eşidəndə səni xatırlasın..
12-Dininə aid kitabı — müqəddəs Qurani-Kərimi dərinliyinə kimi anlamaq üçün 1 il onu oxumağa vaxt ayır. 
13-Biri səni qucaqladığında ilk buraxan sən olma.
14-Hər gün 6 stəkan su içməyi unutma ..
15-Səni sevən insanları qoru ..
16-Çətin də olsa ailənlə istirahətə, tətilə çıxmaq üçün bütün cəhdləri et. Çünki bu tətildəki xatirələr, həyatındakı ən qiymətli xatirələrdən biri olacaq. 
17-Özünə rəva bilmədiyin bir şeyi başqalarına rəva bilmə.
18-Uğurunu daxili sakitliyi, dincliyi tapdığın, sağlam olduğun və sevildiyin zaman qiymətləndir.
19-Xoşbəxt və uğurlu evliliyin iki şeydən asılı olduğunu unutma:
a) Doğru insanı tapmaq
b) Doğru insan olmaq.
20-Valideynlərini, yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.
21-Evlilik həyatını gözəlləşdirmək üçün hər gün nəsə et.
22-Yaxşılığı özündə ehtiva edən bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.

VƏ SONDA
Həyatındakı pis hadisələri düşünərək vaxtını itirmə; Yoxsa sahib olduğun və baş verən gözəllikləri görməkdə ləngiyə bilərsən… "

Ümidinizə Şans verin

Fars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „ 
Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.
Birincisi: Padişah bu il ölə bilər.
İkincisi: Mən ölə bilərəm.  
Üçüncüsü: At ölə bilər .
Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “

Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...

İradənin gücü

Atatürk7 yaş- Atası ölüb;
8 yaş- Məktəbdən çıxarılıb;
17 yaş- Universititetə daxil ola bilməyib;
24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada saxlanılıb;
25 yaş- Sürgün olunub;
30 yaş- Doğulduğu şəhər işğal olunub;
37 yaş- Böyrək xəstəliyinə tutulub;
38 yaş- İşdən qovulub, haqqında həbs qərarı verilib, beş dostundan üçü ona səs verməyib;
39 yaş- Edam cəzasına məhkum olunub;
42 yaş-Türkiyənin prezidenti olub!
MUSTAFA KAMAL ATATÜRK

Həmçinin bax:
Siz də yumruq tək olun!

Axtardığın cavab sualından asılıdı.!

İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə  düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.

Ardı

Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!

Hər kəs qazanmaqdan bəhs edir. Halbuki itirmək də qazanmaq qədər təbii haldı. Üstəlik hər itgi əslində bir qazancdır. Yaxşı, itgi necə qazanca çevrilir bilirsiniz?
Bu da  cavabı… İtirmək qazanmaq qədər təbiidir. İtirməyi bilmək qazanmağı bilmək qədər əhəmiyyətlidir. Çox kitablar necə qazanacağımız haqda yazır. Həmişə qazanmağı öyrədirlər. Doğrudur. Qazanmaq üçün oynarıq, işləyirik həmişə. Kimsə itirmək üçün heçvaxt öyrənməz, çalışmaz, yaşamaz. Halbuki itirmək həyatın axışı içində var olan və var olacaq bir vəziyyətdir. Hər zaman qazana bilmərik. Itirdiyimiz an da olar, olacaq. 

Yaxşı, Biz itirməsini bilirik? 

İtirməyi bilmək qazanmağı öyrənməkdən daha da əhəmiyyətlidir. Qazanmağa özünü bağlamış birinin itirməsi olduqca çətin bir vəziyyətlə qarşı-qarşıya gəlməsi deməkdir. Bu vəziyyətdə itginin öhdəsindən gəlməlidi. Bu da itirməyi «bilmə»-yi tələb edir. 

«Necə itirməlisən»i deyil, itirincə «nə etməlisən»i bilmək lazımdır.

Bax, bunu bilən az adam var və əksəriyyəti sadəcə qazanmağı bilir. Qazanmağı bilmək ilə itirməyi bilmək eyni xüsusiyyətləri tələb edir. Eyni kamilliyi, cəsarəti, özünlə üzləşməyi, eyni soyuqqanlılıq və analitik düşünmə qabiliyyəti.  
Müvəffəqiyyətin dəyərini itirməyi bilən daha yaxşı anlayır. Müvəffəqiyyətdən öyrəndiyimiz müvəffəqiyyətsizlikdən öyrəndiyimizdən çox azdır. Qazanmağa gedən yol itirməkdən, qorxmamaqdan keçir. Çətin bir yol olsada, itirməyi bilən, itirməkdən qorxmayan insanlar gedə bilir bu yolda.
«Niyə itirdim?» sualını özünə verən və cavablaya biləcək düşüncəyə, intellektə sahib insanlar öz səhvlərindən nəticə çıxara bilər. Hər kəs səhv edə bilər amma axmaq olan eyni səhvi ikinci dəfə edər. BAX, elə buna görə də itirməyi bacaran müvəffəqiyyətli  ola bilər.

İtgini analiz etmək lazımdır. «Harda səhv etdim, bu səhvləri nə etsəm bir də təkrarlamaram, əslində nə etməliydim, bundan sonra necə etsəm bacara bilərəm?» Sualları ancaq və ancaq itirməyi bilən insanlar özlərindən soruşa bilirlər. İtirmək bu mənada qazancdır. Qazanmaq üçün qoyulan bir KAPİTALDIR.

Digər insanların müvəffəqiyyətlərini nümunə götürmək kifayət etməz və bir növ sizi onu təqlid etməyə sövq edər. Ancaq digərlərinin müvəffəqiyyətsizliklərini izləmək və səbəb nəticəsini öyrənmək sizin düşüncə sahənizi genişləndirər və sizi BÜXTƏLƏŞDİRƏR.

İtirməyi bilməmək itirmə hissini daxilimizdə cəmlənməsinə səbəb olur. Bu hal zamanla genişlənib dəf edilməz bir Maneəyə çevrilir, özümüzə olan etibarımız, inamımız azalır. Daha böyük səhvlər etməyimizə gətirib çıxardır. Ard-arda verilən səhv qərarlar bizə dəyərli olan insanların bizdən inciməsinə səbəb olur. 

Daxilimizdə bizi incidən, buxovlayan bir hiss olar. Bizi də hərşeydən küsdürən, uzaqlaşdıran bu hirsdir. Bu Hirs Bizi Ədalət, bərabərlik, əxlaq dəyərlərindən uzaqlaşdıra bilər. İtirmək qorxusu bizi asan, bəsit işlərə meyl etdirər. Başqalarının sözlərinə  kor-koranə inanıb, özümüzün doğru olaraq inandığımız şeylərə şübhə edərik. Nəticədə "özümüzü" itirərik.
Cəsarətli insan itirməkdən qorxmaz. Bu kor-koranə bir cəsarət deyil. İtirdiyi halda nə edəcəyini bilən adamın özünə olan inamının verdiyi bir Cəsarətdir.!
İş həyatı  şahmat oyunu kimidir. Müəyyən hədəflərə, yerlərə çatmaq üçün itirmək məcburiyyətindəyik. Önəmli olan bu itgini qazancın bir parçası etməkdir.

ƏSL İTGi özünə olan inamı, insanların sənə olan etibarını itirməkdir. Çünki bu baş veribsə, deməli Sənin nə itirməyə, nədə qazanmağa bir şeyin qalmamışdır..

P.S xahiş olunur informasiya paylaşılarkən və ya yayımlanarkən mənbə qeyd olunsun… Əməyə hörmət edək