Рейтинг
+45.27

Yazıçılar

51 üzv, 150 topik

Eqzüperinin duası

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, Eqzüperinin duasıəndən hər günüm üçün güc verməyini diləyirəm. Mənə kiçik addımların sirrini öyrət.

Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə. Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Davamı →
 

Pulun yaxşı yazmağa təsiri varmı? | Tim Parks

Puldan danışaq. E.H.Qombriç dünya sənət tarixindən bəhs edən kitabında bir-birinə uyğun gəlməyən rəsmlər çəkən müəmmalı bir İntibah rəssamını yad edir; sənət tarixçiləri axırda həmin rəssamın gəlir-çıxarla bağlı hesablamalarını tapırlar və buna əsasən rəssamın əsərləri ilə qazancı arasında qarşılaşdırma aparanda müəmma çözülür: Rəssam aşağı əmək haqqı alanda həvəssiz işləyib, yaxşı pul alanda özünü də aşıb keçib. Son illərdə yazıçıların gəlirindəki düşüşü nəzərə alsaq (bir az kitab bazarının durğunluğundan, bir az da internetin dinamizmi ilə piratçılıqla bağlı olan müstəqil jurnalistlərin əmək haqqının və əksər romançıya verilən avanslardakı düşüş yada düşür), oxuduqlarımızın keyfiyyətində buna adekvat düşüş varmı? Aradakı bağlantı, əlaqə doğurdan bu qədər bəsitdirmi? Digər tərəfdən, hər hansı sənətkarlıq işinin iqtisadi məsələlərdən təsirlənməməsi mümkündürmü?

Mənə oxucu kütləsi daha geniş olan müxtəlif saytlara bloq yazmaq təklifi gələndə “Nyu-York Revyuda” qalmağı seçdim, bir az əski zamanlara söykənən sədaqət hissiylə, bir az da daha çox pul ödədikləri üçün. Daha az pul müqabilində daha populyar bir sayta yazmağa başlasam, daha pismi yazacaqdım? Yoxsa saytın geniş oxucu kütləsi məni izlədiyi üçün həyəcanlanıb daha yaxşı yazacaqdım? Və bu geniş oxucu kütləsi daha sonra başqa cəhətdən, tutalım, amerikalı bir naşirə kitabımı satanda mənə daha çox pul kimi geri dönəcəkmi? Fərz edək ki, populyar saytdakı bloqdan müştəri çəkmək üçün istifadə edərək kitabdan yaxşı pul qazandım, bu o deməkdir ki, növbəti kitabım daha yaxşı olacaq? Yoxsa qazancdan asılı olmadan həmişə eyni şəkildə yazıram; yəni bu maddi əməliyyatlar və bundan irəli gələn qərarlar bank hesabıma, narahatlıq səviyyəmə təsir edir, amma gördüyüm işin keyfiyyətinə təsir etmir?
Davamı →
 

Tolstoydan məsləhətlər

Tolstoy 1828-ci ildə böyük torpaq sahibi, əsilzadə bir ailənin övladı olaraq doğulub. Uşaq yaşlarında ata-anası öldüyü üçün onun tərbiyəsi ilə qohumları məşğul olub. 16 yaşında Rusiyadakı Kazan Universitetinə daxil olub, amma bir müddət sonra buradakı rəsmiyyət, sərt təlimatlarla ayaqlaşmadığı üçün universitetdən qovulub.

Bir yandan ona qalan torpaqları idarə edərkən, bir tərəfdən şəxsi inkişafı ilə məşğul olmağa başlayıb. Bu inkişaf prosesində saysız-hesabsız kitab oxuyan Tolstoy bəzi yazarların öz həyatlarını, bəzilərinin yaratdıqları qəhrəmanları örnək alaraq «tərbiyələnib”. Tolstoyun özünüinkişafdan keçmək istəyənlər üçün məsləhət gördüyü yazarları təqdim edirik.
Davamı →
 

Yazıçı sənəti | Yuhan Borgen

Yazıçı olmaq – öz qəlbini, duyğularını insanlara etibar etmək deməkdir. Əlbəttə, fikiri ifadə etməyin digər yazı formaları da mövcuddur. Onlar istənilən sahəni – elmi, texnikanı, sənətkarlığı, fəlsəfəni, siyasəti, dini əhatə edə bilər. Sonuncu üç sahənin əsasən müəyyən üslub istiqamətləri barədə danışa bilərik. Təşviqat, təbliğ etmə də məhz belə əmələ gəlir. Nəticədə isə ifadə etməyin qarışıq formaları yaranır. Onlar asanlıqla transformasiya olunaraq bizim adlandırdığımız bədii ədəbiyyata çevrilə bilirlər. Bu anlayışlar arasındakı fərqi həmişə asanlıqla aradan qaldırmaq olmur. Zəmanəmizdə taleyini bədii ədəbiyyata bağlamış insanlar bu ifadəni işlətməyi heç də xoşlamırlar. Çünki bu söz olduqca təmtəraqlı səslənir. Əvəzində isə biz həvəslə “balletristika” (“uydurma”) terminini işlədirik. Əslində bu termini çox da uğurlu saymaq olmaz.
Davamı →
 

Stefan Sveyqin intihar məktubu

Avstriyalı yazıçı Stefan Sveyqin intihar məktubu İsrail Milli Kitabxanası tərəfindən internetdə dərc olunub. Kitabxana məşhur yazıçının ölümünün 70-ci ildönümündə aralarında intihar məktubunun da olduğu bir neçə sənədi internet üzərindən oxuculara təqdim edib.

1881-ci il təvəllüdlü Stefan Sveyq1934-ci ildə Adolf Hitler və Nasist ideologiyasının hakimiyyətə gəlməsindən sonra Avstriyanı tərk etmişdi. Əvvəl İngiltərəyə, sonra ABŞ-a gedən Sveyq 22 fevral 1942-ci ildə həyatına son verdiyi Braziliyaya yerləşib.
Davamı →
 

Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun

Elə insanlar var, onlar üçün kitab yazmaq bir peşə, «dolanışıq vasitəsi»dir; amma onlar yalan danışmırlarsa, bir şeyi olduğundan pis göstərmirlərsə, — bunun özü də yaxşıdır. Daha da yaxşısı isə odur ki, onlar məhrəm hesab etdikləri insanı kobud dillə ifadə etsək, azca bəzəyib-düzəyirlərsə, bunu sadəcə oxucuya olan sevgilərindən edirlər, zənnimcə, oxucular özlərini nə qədər az sönük görsələr, o qədər faydalıdır; gözəl lələkli insan xoruz kimi bir şeydir, amma nə olsun, uçmağı unudan bu quş yerdə hələ də qürurla gəzir və dünyaya təkcə milyonlarla damazlıq yumurta ərmağan etdiyinə görə yox, həm də rəqabətin mədəni əhəmiyyətini çox yaxşı dərk etdiyinə görə hörmətəlayiqdir.

 «Sifətləri tərdən islanmış» halda işləmək «istedadı» azarına tutulan, olduqca normal və bioloji cəhətdən bəraəti olan "şöhrət" qazanmaq yolunda narahat bir canfəşanlıqla kitablar yazmağı özlərinə məcbur edən, öz şəxsiyyətlərini «sadə insanlar» xaotik kütləsindən ayırıb ortaya çıxaran, bu insanlar arasında yaradıcıya, təsəlli verənə, zarafatcıla diqqət mühiti və rəğbət yaradan yazıçılar da var.
Davamı →
 

Lev Nikolayeviç Tolstoy

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.
Davamı →
 

Kitabın sehri | Hеrman Hеssе

İnsanın öz ruhunun gücü ilə yaratdığı və əvəzində təbiətdən heç bir bəxşiş almadığı aləmlərin ən qüdrətlisi kitab dünyasıdır. Yazı taxtasına ilk hərfləri köçürərək, ömründə birinci dəfə onları oxumağa cəhd göstərən uşaq insan ömrünün onun qanunauyğunluqlarından baş çıxarmağa bəs etmədiyi bu çətin və mürəkkəb dünyada ilk addımlarını atır. Söz, yazı və kitablarsız tarix olmadığı kimi, bunlarsız “bəşəriyyət” anlamı da yoxdur. Və əgər hər kimsə kiçik bir məkanda, deyək ki, evdə və ya otaqda, bütün bəşər tarixini bir yerə toplamağa tamah etsə, o öz məqsədinə yalnız bir vasitə ilə – kitabxana yığmaqla çata bilər.

Söz və yazı bütün xalqlar üçün müqəddəs və sehr anlayışını kəsb edir. Şeylərə ad verilməsi və yazı sehrli əməl kimi qəbul olunub. Məhz bunun vasitəsilə insan ruhu təbiətə hakim kəsilib; yazı tanrıların hədiyyəsi kimi dəyərləndirilib.
Davamı →
 

Kafkanın Felisaya məktubları

Frans Kafka Felisa ilə 1912-ci ildə Kafkanın dostu Maks Brodun evində tanış olurlar. Qısa vaxtda məktublaşmağa başlayırlar. Beş ilə yaxın vaxta qədər münasibətləri davam edən cütlüyün cəmi 2 görüşü baş tutur. Həm də Kafka nişanlı ikən.

Bu dövrdə Kafka “Çevrilmə” başda olmaqla bir çox əsərlərini də yazmışdır. Kafkanın Felisaya göndərdiyi məktublardan qalan 500 məktub ölümündən sonra yayımlanmışdır. Həmin məktublardan bəzi parçaları təqdim edirik:

“Münasibətlər, yəqin ki, bizim ən yaxşı təcrübələrimizdir” bir dəfəsində intellektual bir qadın demişdi. Rilkenin eşq üçün unudulmaz elanını gurultulu səslə demişdi: “Eşq bütün vəzifələrin bəlkə də ən çətini… Digər bütün məşğuliyyətlər, işlər sadəcə onun üçün bir hazırlıqdır.”

Davamı →
 

Nobel nitqi | Con Steynbek

Zatı-aliləri, Min Vackra Fru, Xanımlar və Cənablar!
İsveç Akademiyasına mənim əsərimi bu yüksək mükafata layiq gördüyü üçün təşəkkür edirəm. Dərin hörmət və ehtiram bəslədiyim digər ədiblərdən daha çox Nobel mükafatına layiq görüldüyüm üçün ürəyimdə şübhə var, lakin özümə qarşı duyduğum fəxr və qürur hissi ilə bağlı heç bir şübhə yoxdur.

Bu mükafatı qazanan şəxs üçün ədəbiyyat sahəsi və onun istiqaməti ilə bağlı şəxsi, yaxud elmi fikir söyləmək ənənəvi bir hadisədir. Ancaq belə bir xüsusi gündə, ədəbiyyat adamlarının yüksək vəzifə və öhdəliklərini müzakirə etmək daha yaxşı olardı.

Minnətdar olan və özünü günahkar hiss edən bir siçan kimi ciyildəmək üçün deyil, lakin peşəmdə və illər boyu bu işlə məşğul olan dahi və istedadlı şəxslər qarşısında fəxrlə bir şir kimi nərildəmək üçün həvəsləndirilməyimin səbəbi, dayandığım bu yerin və Nobel mükafatının bu cür şöhrətidir.
Davamı →