Tərəzi bürcü

200 min il bundan əvvəl payız gecə-gündüz bərabərliyi nöqtəsi TƏRƏZİ bürcündə idi. O zaman TƏRƏZİ bürcü misirlilər üçün «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlaşdıran» işarə idi.
TƏRƏZİ Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Qədim Misirdə astronomlar TƏRƏZİ bürcündə Nil sularının hündürlüyünü ölçən cihazın bir parçasını tərəzi qolu şəklində təsvir edirdilər. Bədirlənmiş Ay TƏRƏZİ bürcündə olanda misirlilər məhsulu tərəzidə çəkirdilər. Şərqin bir çox miflərində tərəzi ilahi ədalət mühakiməsinin rəmzi sayılırdı. Əhd-ətiq və xristian təsəvvürlərinə görə məlaikə Mikayıl ölənlərin ruhunu tərəzidə çəkir. TƏRƏZİ bürcü Hindistanda da məlum idi. Burada TƏRƏZİ bürcünü Misir mərasiminə bənzəyən və mərhumun mənəvi ləyaqətini müəyyən edən bir mərasimlə əlaqələndirirdilər. Qədim hindlilər tərəzinin bir gözünə müttəhimi qoyur, o biri gözünə torpaq tökürdülər.

TƏRƏZİ bürcü səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. TƏRƏZİDƏ parlaq ulduzlar yoxdur. Bu bürcün hətta alfa ulduzu da ancaq üçüncü ölçülü ulduzdur. Ərəblər ona Zubən əl-Cənubi yəni CƏNUB TƏRƏZİSİ deyirdilər. Bürcün betası Zubən-əl həmali, yəni ŞİMAL TƏRƏZİSİ adlanır.

Babil astroloqları belə hesab edirdilər ki, TƏRƏZİ işarəsi altında dünyaya gələn adamların hamisi Venera planetidir, buna görə də onlar romantik və incədirlər, asanlıqla ünsiyyət tapırlar və çox ustadırlar. Lakin TƏRƏZİ qətiyyətsiz və dəyişkəndir. Şən və nikbin olduğuna görə tək qala bilmir. Yoldaşlıq onun şüarıdır. Buna görə astroloqlar TƏRƏZİYƏ aşağıdakı peşələri seçməyi məsləhət görürdülər: dərzi, bərbər, diplomat, zinət şeyləri alverçisi, tərəziyə açıq-mavi, habelə çəhrayı paltar geyməyi, sapfir ilə işlənmiş bəzək şeyləri taxmağı tövsiyə edirdilər. Ad günündə onlara iri gül bağışlayırdılar. ŞİR ilə nikah uğurlu, OĞLAQ ilə nikah uğursuz sayılırdı.

Həmçinin bax: Tərəzi bürcü haqqında məlumat

 

2 şərh

zamin83
Bütün bu yazılanları mən özümdə görürəm, ancaq sizdəm xahiş edirəm ki tərəzi bürcü haqqında daha da dolğun informasiya yazasınız. Təşəkkür edirəm!
təpəgöz
Çalışacam ki,yaxın müddət ərzində çin,yapon qoroskopu və s. yerləşdirilsin. Tərəzi bürcü haqda da hər şey olacaq.