Reklamlar-Beyin Yuyumu

Reklamlar-Beynimiz daim hücum altındadır.
«Beyninizə edilən hücumların böyük qismi artıq inkişaf edən texnologiya sayəsində şüuraltı edilməkdədir. Satıcılar müxtəlif şüuraltı texnikaları istifadə etmək üzrə training keçirlər. Müxtəlif açar sözləri istifadə edirlər və satış işlərini həyata keçirirlər.
Hər gün bəziləri tərəfindən beyninizə girilib istiqamətləndirməyə çalışıldığınızı desəm və bunun gündə ən aşağı əlli dəfə edildiyini iddia etsəm nə deyərdiniz. Bu günki mövzumuz Reklam haqqındadır. Reklam nədir? Reklam müəyyən böyük karteller tərəfindən çıxarılan,  həqiqətdə ehtiyacınız olmadığı, böyük qismi keyfiyyətsiz məhsulları, çox bahalı qiymətlərlə və sizi banklara borclandıraraq satın almağa razı salınmanız üçün beyniniz üzərində tətbiq olunan psixoloji əməliyyat materiallarının toplusudur. Reklamlar yalanın elmiləşdirilmiş halıdır. Reklamlardakı saxta dünyalarda səma hər vaxt mavi, bütün kişilər yaraşıqlı, bütün qadınlar cazibədar və hər kəs sizi əsəbiləşdirəcək qədər xoşbəxtdir. Televiziya kanallarındakı serial, əyləncə və idman proqramlaşdırarının arasına reklamlar qoyulmur, tam tərsinə bu proqramlar əslində reklamların arasına qoyulur. Bütün medianın nəşr etdiyi ana proqram reklamlardır və televiziyaların qurulma məqsədi də budur.

Reklamlar sizə bədəninizin heç bir işinə yaramayacaq şəkərli boyalı suyu həyatınızın mənası, itin belə yemədiyi içi müxtəlif kimyəvi dolu partlamış popkornu uşaqları dahii edən möcüzə yemək, danışıq haqqı dünyada ən bahalı olan „geydirmə“ telefon xəttini yaxşılıq pərisi olaraq uddururlar sizlərə. Televiziyaların müxtəlif şiddət və döyüş səs-küylə dolu olmasının səbəbi insanları ən asan razısalma anlarının həddindən artıq duyğular yaşadıqları zamanlar olduğu bilindiyi üçündür. Bir futbol proqramında böyük- böyük adamlar bir-birlərinə müxtəlif cinsli təhqirlər düzərkən və siz də istər istəməz özünüzü müzakirəyə  qapdırmışkən, tam ən qızdırmalı anda girəcək reklamlar tərəfindən təsirlənməniz, sakit bir zamanınızdan daha effektlidir. Bu səbəblə bütün proqramlarda ən davakar insanlar ən çox pulu qazanarlar. Çox izlənilən bir proqramın arasına reklam girdiyində bundan qaçmaq üçün o biri kanalı açdığınız zaman qarşınıza yenə reklamların çıxması təsadüf deyil. Çünki böyük firmalar kanallarla müqavilə imzalayıb və hansı kanala qaçsanız qaçın qarşınız da həmişə reklamları tapacaqsınız

Bunlar işin bilinən qismi. Bilinməyən yəni şüuraltı qismi isə daha  rəzildir. Beyninizə edilən hücumların böyük qismi artıq inkişaf edən texnologiya sayəsində şüuraltı formada təşkil olunmaqdadır.
Böyük mağazalar və avtomobil firmalarının satıcıları müxtəlif şüuraltı texnikaları istifadə etmək üzrə treyninqlərə cəlb olunurlar. Müxtəlif açar sözləri istifadə edərək sizə məhsulu satmaq tək məqsədləridir və pulunuz yoxsa bu daha yaxşıdır, çünki sizi banklara borclandırsalar çox daha çox qazanırlar. Test sürüşü etdiyiniz bir avtomobildə yanınızda oturan satıcı siz bütün diqqətinizi yola vermişkən dönüb sizə „Belə bir avtomobilə sahib olmaq istərdinizmi“ deyə soruşsa çox diqqətli olun, çünki bu cümlə içinə şüuraltı söz tətikləyiciləri yerləşdirilmiş və xüsusi olaraq satıcılara öyrədilmiş bir cümlədir. Bu tip nümunələri saysız dərəcədə çoxaltmaq olar
Həkiminiz sizə müəyyən bir marka dərmanı „tövsiyə“ edirsə o həkimin dərman şirkətindən bir çox hədiyyə və pulsuz tətillər qazandığını güman edə bilərsiniz. Bəzi dərman firmaları o qədər irəli getmişdir ki, saxta xəstəliklər belə yaratmışlar. 1998 ilində Amerikada bütün reklam pannoları və qəzetlər SAD ,yəni „Social Anxiety Disorder“ adlı bir xəstəliyə sahib ola bilərsiniz, diqqətli olun» növündən elanlarla dolduruldu. Bildiyimiz utancaqlıq mənasını verən bu saxta xəstəlik adı insanların başına yaxşıca yerləşib, insanlar görəsən məndə də belə bir şey varmı deyə düşünməyə başladığı anda bir dərman firması SAD xəstəliyinə müalicə vasitəsi şüarıyla tanıtdığı dərmanı bazara tanıtdı. Dərmanın əlbəəl satıldığını təsəvvür edə bilərsiniz. Düşünün görüm,son illərdə qəzetlərdə və avtobus dayanacaqlarında müxtəlif xəstəliklə sizi qorxudan reklamlar kimlərin əsəridir.

Bir gün marketə getdiniz və heç ağlınızda olmamasına baxmayaraq «n»  qədər gərəksiz şey alıb  çıxdınız və sonra da özünüzü günahlandırdınız. Boşuna kədərlənməyin, günah sizdə deyil, günah marketlərdə istifadə edilən və sizi satın almağa razı salan bir çox şüuraltı texnikasındadır. Məsələn marketlərdə çalınan musiqilər xüsusi olaraq hazırlanıb və sizin eşidə bilməyəcəyiniz amma beyninizin dərhal götürəcəyi şüuraltı əmrlər ehtiva edirlər ,həm də musiqinin tempi sizi xüsusi olaraq satın almağa təhrik edən bir ritmdə nizamlanmışdır. Market içində sizi rahatlaşdıraraq düşünmədən alver etməyə təhrik edən qoxular və rəflərin xüsusi olaraq quraşdırılmış nizamı nəticəsində sizi müəyyən məhsullara yönəldən rəf planlama texnikaları da işin bir parçasıdır.

İnternetdə gəzdiyiniz vaxtlarda brauzerlərdən alınan xüsusi məlumatlar xəbəriniz belə olmadan toplanır və böyük firmalara satılır, onlar da sizin girdiyiniz səhifələrə baxaraq psixoloji profilinizi təyin edir və sizə ən çox bəyənəcəyiniz  şeylərin reklamlarını göndərirlər. Xüsusi olaraq hazırlanmış və xəbər görünüşündəki reklamlar da sizi hər gün aldatmağa xidmət edir. Xəbərə görə ya möcüzə bir dərman aşkar olunub ya da ən sevdiyiniz artist yeni açılan bir restoranda qonaq olub. Xəbər sandıqlarınızın böyük qismi əslində reklamdır. İdman müsabiqələri və müxtəlif sərgilərdə ,qısası insanların toplu olaraq yığışdıqları yerlərdə yeni çıxmış bir paltar markasını geyən ya da yeni bazara dürtülmüş cib telefonlarını istifadə edən insanların müəyyən yerlərdə sıxlaşdığının fərqinə varsanız, bilin ki bunlar o şirkətlər tərəfindən tutulmuş və insanları şübhələndirmədən məhsul reklamı edən işçilərdir. Bu texnikanı Türkiyədə təzə-təzə tətbiqə keçiriblər. Bir paltar tipi ya da bir cib telefonu markası sizcə necə məşhurlaşdırılır? Bu gün hər kəsdə o telefonu gördüm" cümləsini sizə qurdurmaq üçün nələr edilir heç düşündünüzmü?

Qısası artıq şəxsi həyatınız qalmayıb. Evinizdə, avtomobilinizdə, mindiyiniz avtobusda və yemək yediyiniz restoran da belə reklamlar sizi tapacaq. Yaxşı görəsən insanların bir təcrübə siçanı olaraq istifadə edilməsinə qarşı, «təməl vəzifəsi» bizi qorumaq olan dövlət nə edir? Cavabı siz verin.

 

Müəllif: Serdar Kuru

 

 

0 şərh