Kariyesin qarşısını alan maddə icad edilib

“Keep 32” adlanan molekulu yeməyin içinə belə əlavə etmək olacaq “Keep 32” adlanan molekulu yeməyin içinə belə əlavə etmək olacaq ABŞ və Çili Universitetlərindən olan alimlər kariyesin (diş çürüməsi) qarşısını birdəfəlik alan maddə icad ediblər. Tədqiqatçılar hazırladıqları maddənin dişlərdə çürümə yaradan bakteriyanı cəmi 60 saniyə ərzində məhv etməyə qadir olduğunu bildirirlər. “Keep 32” adlanan molekul Yelsk Universitetinin professoru Xose Kordova və Çili Universitetindən olan həmkarı Erix Astudillo tərəfindən hazırlanıb. Onların yaratdıqları molekul dişin mina qatını dağıdan “Streptococcus mutans” adlı bakteriyanı məhv edərək şəkəri tez bir zamanda süd turşusuna çevirir. Hələlik bu maddənin kimyəvi xüsusiyyətləri və təsir mexanizmi açıqlanmır. Amma alimlər artıq “Keep 32”ni patentləşdirmək niyyətindədirlər. Alimlərin sözlərinə görə “Keep 32” maddəsinin diş məcunlarına və yeməyin içərisinə belə əlavə etmək mümkün olacaq.

10 September, 2012

Mənbə: http://az.itv.az/saglamliq/33944.html

 

0 şərh