Felin quruluşca növləri

Fellər quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə fellər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
Düzəltmə fellər
Sözdüzəldici (leksik)şəkilçilərin köməyi ilə düzələn fellər düzəltmə fellər adlanır.
Düzəltmə fellər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə fellər.
2. Feldən düzələn düzəltmə fellər.
Birinci qrup düzəltmə fellər aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
-la1: baş-la (maq), yağ-la (maq), göz-lə (mək), iş-lə (mək), iti-lə (mək), təmiz-lə(mək), irəli-lə (mək), gecə-lə (mək) və s.
-lan1: ağıl-lan (maq), alov-lan (maq), dil-lən (mək), tük-lən (mək), səs-lən (mək) və s.
-laş1: dost-las (maq), vida-laş (maq), ağır-laş (maq), halal-laş (maq), uzaq-laş (maq), sakit-ləş (mək), bir-ləş(mək), fıkir-ləş(mək), gözəl-ləş (mək), və s.
— al1 (-1): sağ-al (maq), çox-al (maq), az-al (maq), qara-1 (maq), qoca-1 (maq), düz-əl (mək), gen-əl (mək) və s.
— ari: ot-ar (maq), yaş-ar (maq), ağ-ar (maq), boz-ar (maq), göy-ər (mək) və s.
Nümunələrdən göründüyü kimi, — al1 — ar1 şəkilçiləri ilə daha çox sifətlərdən fel düzəlir.
 
İkinci qrup düzəltmə fellər isə fellərə bu şəkilçiləri artırmaqla düzəlir:
— ıl4: aç-ıl (maq), yaz-ıl (rnaq), səp-il (mək), əz-il (mək), vur-ul (maq), qur-ul (maq), süz-ül (mək), döy-ül (mək) və s.
— ın4 (-n): al-ın (maq), çal-tn (maq), bil-in (mək), sil-in (mək), yol-un(maq), böl-ün (mək), döy-ün (mək), qoru-n (maq), dara-n (maq), bəzə-n (mək) və s.
— ış4 (-ş): yaz-ış (maq), qaç-ış (maq), çək-iş (mək), dəy-iş (mək), vur-uş (maq), gör-üş (mək), salamla-ş (maq), ağla-ş (maq), mələ-ş (mək) və s.
— dır4: yaz-dır (maq), çat-dır (maq), sil-dir (mək), din-dir (mək), poz-dur (maq), gül-dür (mək) və s.
Bu şəkilçilər, aşağıda görəcəyimiz kimi, əsasən, felin qrammatik mənə növlərinin şəkilçiləridir.
Qeyd: Aşağıdakı fellər quruluşca sadədir;alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalışmaq, güləşmək s.


Mürəkkəb fellər
Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı bir neçə yolla yaranır:
1. Antonimvə ya yaxın mənalı müstəqil fellərin birləşməsi ilə: atıb-tut (maq), küsüb-barış (maq), oturub-dur (maq), ölçüb-biç (mək, çalışıb-vuruş (maq) və s. Belə mürəkkəb fellər məcazi mənada işlənir və birinci tərəf çox vaxt –ıb4 şəkilçili feli bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feli bağlama şəkilçisiz də işlənir: ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb fellər defislə yazılır və əsl mürəkkəb fellər sayılır.
2. ol(maq), et (mək), elə (mək) köməkçi fellərinin başqa nitq hissələrinə qoşulması ilə: yoldaş ol (maq), yaxın ol (maq); kömək et (mək), məsləhət et (mək), təkrar et (mək) və s. Bu cür mürəkkəb felləri tərkibi fellər də adlandırırlar.
3. — ıb4 şəkilçili feli bağlama şəklində olan fellərlə getmək, gəlmək, çıxmaq, keçmək və s. fellərin qoşulması ilə: uçub get (mək), qayıdıb gəl (mək), gəlib çıx (maq, ötüb keç (mək) Bu cür fellər də tərkibi fellər sayılır.
4. Birinci tərəfi -a1 şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan fellər də tərkibi fellərdir: yaza bil (mək), görə bil (mək) və s.
5. Frazeoloji feli birləşmələrdən ibarət olan mürəkkəb fellər: başa düş (mək), qulaq as (maq), bel bağla (maq), aldm düş (mək), ürəyi yan (maq) və s.
 
 

0 şərh