Cümlənin növləri

Cümlə bitmiş bir fikri ifadə edir və insanlar arasında fikir mübadiləsinin əsas vasitəsidir. Qrammatik əsası var və quruluşca həm sadə, həm də mürəkkəb olur.

Cümlənin məqsəd və intonasiyaya görə dörd növü vardır: nəqli, sual, əmr, nida.

1. Nəqli cümlə

Biriş, hadisə, əlamət haqqında məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir. Nitqdə nəqli cümlələr daha çox işlənir. Yazıda nəqli cümlələrin sonundanöqtə qoyulur: Dünyada əlli milyona qədər azərbaycanlı var.

2. Sual cümləsi

Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Sual cümlələri üç formada və aşağıdakı üsullarla düzəlir:

1. sual əvəzlikləri ilə: Nə vaxt yola düşəcəyik? — Sabah.

2. sual ədatları ilə: Bu cavan oğlana deyimmi indi? —

3. sual intonasiya ilə: Şəhərə gedəcəyik? — Bəli.

Sual cümlələrinin sonunda sual işarəsi qoyulur.

3. Əmr cümləsi

Təkid, tələb, məsləhət, nəsihət və s. ifadə edən cümlələrə əmr cümləsi deyilir. Əmr cümləsinin xəbəri, adətən, felin əmr şəklində olur. Bu, qrammatik göstərici hesab olnur: Təcili nəticə çıxar. Yeni qərar ver!

Nəqli cümlələrin sonunda nöqtə və ya nida işarəsi qoyulur.

4. Nida cümləsi

Yüksək hiss və həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Nəqli, sual, əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir.

Nida cümlələri iki yolla əmələ gəlir:

1. İntonasiya vasitəsilə: Böyüklərə hörmət etmək lazımdır!

2. Nidaların köməyi ilə: Bəh-bəh, bir evin yaraşığıdır!

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

0 şərh