Xitab

Xitaba qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur. Cümlə üzvləri ilə mənaca əlaqələnir, amma cümlə üzvü sayılmır.

Xitab xüsusi intonasiya və fasilə ilə ayrılır.

İsmin adlıq halında olur və bu cəhətdən mübtədaya oxşayır.

Cümlədə müraciət olunam bildirən sözlər və birləşmələrdir. Adətən, insana aid sözlərlə ifadə olunur.

Cansız əşyalara da müraciətlə xitab işlədilir.

Nitq hissələri və söz birləşmələri ilə ifadə olunur.

Quruluşca sadə və mürəkkəb olur: sadə xitablar nitq hissələri, mürəkkəb xitablar isə söz birləşmələri ilə ifadə olunur;
Sözüm vardır mənim sizə, durnalar.
Eşq olsun sənə, Azərbaycan əsgəri!

Xitab cümlənin əvvəlində, ortasında və axırında işlənə bilir. Cümlənin əvvəlində işlənən xitabdan sonra vergül, yaxud nida, ortasında işlənən xitabın hər iki tərəfində vergül, axırında işlənən xitabın əvvəlində vergül, axırında isə cümlənin tələbinə uyğun durğu işarəsi işlədilir.

Xitablar çox vaxt ey, ay, a, hey kimi çağırış bildirən nidalarla birgə işlənir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

0 şərh