Qrammatik əlaqə vasitələri

Təkrarlar
Dünya dillərində geniş yayılan qrammatik vasitələrdən bir də təkrarlardır. Təkrarlar dildə müxtəlif məqsədlər üçün işlədilir. Hansı məqsədlə işlədilməsindən asılı olmayaraq, təkrarlar dildə qrammatik məna ifadə etməlidir. Eyni sözün təkrarı həmişə qrammatik məna daşımır. Məsələn,

Edəmən tərki Füzuli səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. (Füzuli)

Burada eyni sözün dörd dəfə təkrar olunmasına baxmayaraq, qrammatik məna yaratmaq deyil, üslubi ekspressivliyi gücləndirmək məqsədi güdülmüşdür.

Amorf dillərdə ismin cəm şəklini almaq üçün söz təkrar olunur. Məsələn, Çin dilində xalqlar demək üçün — xalq (jenmin) sözünü iki dəfə «jenminjenmin» — deyə təkrar etmək lazımdır.

Malayziya dilində «oranq» adam «oranq oranq» adamlar, şumer dilində «kur» ölkə, «kur kur» ölkələr deməkdir.

Bəzi dillərdə təkrar mənanı gücləndirmək üçün işlədilir. Məsələn, ga-ga, hət-hət, bot-bot, nyT-nyT və s.

Azərbaycan dilində də sözlərin təkrarına rast gəlmək olur. Dilimizdə təkrarlar çox az halda cəmlik məqamında işlənir. Məsələn,

1. Bakı dialektində (bu hal dilimizin tarixində də olub) təkrarlar məhz cəmlik anlayışı bildirir. Məsələn, Duran-duran komendantı tənqid etdi. Gələn-gələn qabaqda oturur, arxa qalıb boş.

2. Dilimizdə elə sözlər vardır ki, onlar yalnız təkrar edilərək işlədilir. Onları tək işlətmək olmur. Məsələn, Düş oğul, bura Çənlibel deyərlər mən cavanlıqda buraları qarış-qarış gəzmişəm (Koroğlu). Padşahın bir oğlu oldu, sarayda uşağı əl-əl gəzdirdilər. (Nağıllar).

Bu iki misalda təkrar olan sözləri «qarış» və «əl» formasında təkdə işlətmək olmaz.

3. Mənanı qüvvətləndirmək üçün sözlər təkrar edilir: yekə-yekə, xırda-xırda, asta-asta, tez-tez, allah-allah, yana-yana və s. Məsələn, Allah-allah deməyincə işlər dönməz. (D.Q.) Yapa-yapa qarlar yağsa, yaza qalmaz. (D.Q.)

4. Təkrar olunan sözlərə ba-bə və ha morfemleri artırmaqla xüsusi davamlılıq mənası alınır. Məsələn, Gethaget, gethaget gəlib bir qalaçaya çıxdılar. O, qoyunları birbəbir bayıra buraxdı.

5. Təkrarın bir növü də yarımçıq təkrarlardır. Belə təkrarlar qrammatik mənadan daha çox üslubi məna daşıyır. Məsələn, uşaq-muşaq, çör-çöp, kitab-mitab.


QƏZƏL (Nəsimi).

Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər,

Götür, götür, götür ol çəngi, bir nəva göstər.

Verim, verim, verim öz canımı mən ol yarə,

Opüm, öpüm, öpüm ol ləli şəhdilə şəkkər.

Ləbin, ləbin, ləbinizdən əqiq ləlilə mat,

Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.

Sözün, sözün, sözünüzdən utandı qəndü nəbat,

Üzün, üzün, üzünüzdən tutuldu şəmsü qəmər.

Məni, məni, məni qəmzə oxilə öldürdü!

Sənin, sənin, sənin ol cadu gözlərin yeksər.

Saçın, saçın, saçınızdan Xətayi müşk xəcil,

Qaşın, qaşın, qaşınızdan bu kirpiyinlə cigər.

Yəqin, yəqin, yəqinindən Nəsimiyə bilgil,

Həbib, həbib, bu həbibdir ki, dildə şol söylər.

* * *

Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən Məhi-Çini,

Za, za, za, zar olubam mən çə, çə, çə, çənd nişini.

Dü, dü, dü dür təki dilər, ve, ve, ve, verdi sana həq,

Sə, sə, sə, səvsə gərəkdir di, di, di, dişləri sini.

Sö, sö, sö, sözlərin elər şə, şə, şə, şəkkəri kəsad,

Gö, gö, gö, gözlərin elər se, se, se, sehri mübini.

A, a, a, al ki, yeridir kö, kö, kö, könlümü mənim,

Sa, sa, sa, sal ki, yeridir zü, zü, zü, zülfünə çini.

Qa, qa, qa, qalmışam axır a, a, a, ahilə sayru,

No, no, no. nola ki, sorsan za, za, za zari-həzini.

Yü, Yü, Yu, yüzünü gördum a, a, a, ayə sataşdım,

Ne, ne, ne, necə ürəkdir qa, qa, qa, qalmaya çəni.

Xə, xə xə, xəstə Nəsimi sö, sö, sö, söyləyən oldum,

Ne, ne, ne, neylərəm axır dü, dü, dü, dürri-səmini.


Söz sırası.
Dil özü sistem halında müəyyən xətti xarakterdə olduğu üçün sözlərin nitq axını prosesindəki sırası da əhəmiyyətsiz deyildir. Elə dillər vardır ki, söz sırası onlar üçün əhəmiyyətsizdir. Yeni söz sırasının dəyişdirilməsi üslubi dəyişiklik yaratdığı halda, qrammatik dəyişiklik yaratmır.

Azərbaycan dilində bu cümlələrdəki sözlərin yerini dəyişmək oğlunu ata sevir, sevir ata oğlunu, qızını ana sevir, sevir ana qızını və s. şəklində ifadə etmək olar. Burada qrammatik cəhətdən heç nə dəyişmir. Ata, ana mübtəda, oğlunu, qızını sözləri tamamlıq, sevir sözü isə bütün hallarda xəbərdir.

Azərbaycan dilində söz sırasmı pozmaq bədii üslubda mümkündür. Amma bədii effekt xatirinə, xüsusilə nəsrdə söz sırasını süni surətdə pozmaq olmaz. Məsələn, Dedilər kəndə gəlir Omaroqlu. Tanıyanların, içindən keçdi bu xəbər. (V.Nəsib). Bu, çox uğursuz yerdəyişmədir.

Amma şerdə, vəzn və qafiyə xatirinə söz sırasının dəyişməsi nəinki mümkündür, habelə zəruridir. Məsələn,

Eşq düşsə daşın da qəlbinə əgər,

Gövhərdən özünə məşuq düzəldər (Nizami).

Bunu nəsr dili ilə ifadə etsək, «Əgər eşq daşın da qəlbinə düşsə, özünə gövhərdən məşuq düzəldər» kimi ekspressivliyi zəifləmiş çümlə alınar.

Görkəmli Amerika dilçisi E.Sepir ingilis dilində söz sırasından danışaraq yazır ki, «...başqa dillərdə hər bir cümlə üzvü özü haqqında müstəqil məlumat verir. Amma bizim dilimizdə hər bir cümlə üzvü öz qonşusuna möhtacdır». Doğrudan da, bu belədir. İngilis dilində sözlərin sırasını dəyişdikdə mübtəda tamamlığa, təyin xəbərə və s. çevrilir.

Azərbaycan və başqa dillərdə isə söz sırası ciddi qrammatik mahiyyət daşımır. Məsələn, adam at gördü, qurd quzu yedi və s. cümlələrində atla adamın, quzu ilə qurdun yerini dəyişdikdə cümlənin həm məntiqi, həm də qrammatik məzmunu dəyişəcək. Amma at və quzu sözlərinə müəyyən təsirlik hal şəkilçisi artırsaq, cümlə üzvlərinin yerini dəyişsək də, cümlə üzvləri öz funksiyasını dəyişməyəcək.

Vaxtilə prof. Peşkovski 5 üzvdən ibarət olan cümləni 120 cür dəyişməyin mümkün olduğunu qeyd edirdi. Yəni 5 üzvdən ibarət olan cümləni 120 cür qurmaq olar. Məsələn, Dünən Humay Əziməni məktəbə apardı cümləsini 120 cür dəyişmək olar. Dilimizin xüsusiyyətinə görə 120 dəfə dəyişmiş bütün cümlələrdə Humay mübtəda, Əzimə tamamlıq olacaq. Başqa üzvlər də öz funksiyasını dəyişməyəcək (apardı — xəbər, dünən — zaman zərfliyi, məktəbdə — yer zərfliyi).

Amorf dillərdə isə söz sırası aparıcı rol oynayır. Məsələn, Çin dilində Çjunqo jenmin (Çin xalqı), jenmin Çjunqo (xalq Çini) mənasını verir.


Vurğu.

Məlumdur ki, vurğu fonetik hadisədir. Bəs ondan qrammatik vasitə kimi necə istifadə etmək olar? Vurğu o vaxt qrammatik vasitə rolu oynayır ki, o, dəyişən olsun. Bir söz bir neçə vurğu ilə ifadə edildikdə onun mənası dəyişirsə, bu qrammatik məna ifadəçisi hesab edilir. Söz daxilində vurğunun yer dəyişməsi ilə məna dəyişməsi bir çox dillərdə geniş yayılmışdır. Məsələn,

1. Oxu, atan kimi tənbəl olma.

Oxu atan kimi, tənbəl olma.

2. Gəl, bizə uşaqları gətirmə.

Gəl bizə, uşaqları gətirmə.

Azərbaycan dilində vurğunun yerini dəyişməklə məna dəyişməsi bir qrammatik vasitə kimi inkişaf etməmişdir. Bu, bütün turk dillərinə aiddir. Türk və türkmən dilində cəmi bir neçə sözdə vurğu dəyişməklə məna dəyişir.

Omoqraflar yaradılmasında da vurğunun rolu vardır. Məsələn, alma-alma, qazma-qazma, qovurma-qovurma, doğrama-doğrama, qaralama-qaralama və s. İngilis dilində vurğunun yerdəyişməsi fellərdə və birhecalı sözlərdə mümkündür.

Fransız dilində sözün əlahiddə vurğusu olmadığı üçün o, qrammatik vasitə kimi çıxış edə bilməz. Bu dildə vurğu «sözlərin ritmik qrupu»nu müşayiət edir.


İntonasiya.
Sözün intonasiyası olmaz. İntonasiya tonlar tonudur. O, ifadəlilik, modallılıq vasitəsidir. İntonasiya cümlə və onun qurulmasından dolayı qrammatik vasitə rolu oynayır. Təsadüfi deyil ki, cümləni növlərə ayırmağın bir parametri də intonasiya avazıdır. Avaza görə cümləni müxtəlif cür ifadə etmək olar. Məsələn, Anam gəldi. Anam gəldi? Anam gəldi!

Xəbərlik kateqoriyasını intonasiya vasitəsilə bildirmək mümkün olan dillərdə (məsələn, rus dilində) cümlə daxilində sadə və mürəkkəb cümləni də intonasiya vasitəsilə ifadə etmək olar. Məsələn, I loooıııe.ı noe3d U3 MocKBa (sadə), I loooıııe.ı -noe3d U3 MocKBbi (mürəkkəb).

İntonasiya vasitəsilə tabelilik əlaqəsini tabelilikdən ayırmaq mümkündür. Bu vaxt intonasiya bağlayıcını əvəz edir. Məsələn, Adamları döyür, şüşələri sındırır, hər tərəfə atəş açırdılar.

Məntiqi vurğu adlanan xüsusi vurğu cümlənin intonasiyasını müəyyənləşdirir. Nəqli cümlələrə nisbətən sual cümlələrində daha tez diqqəti cəlb edən məntiqi seçilmə cümlənin intonasiyasına da təsir edir. Məsələn,

Kəmalə, sabah evə gedəcəksən?

Kəmalə, sabah evə gedəcəksən?

Kəmalə sabah evə gedəcəksən?

Bəzən ara sözlər və ara söz birləşmələri öz intonasiyasının tempinə görə cümlənin başqa üzvlərindən seçilir. Məsələn, Aida, şübhəsiz, ağlamaqda haqlıdır.

SABİRƏ NƏZİRƏ (Bayraməli Hammal)83.

Əşhədübillahül-əliyyül-əzim,

Milləti-iranam, a… iranlılar.

Mən də sizin tək gəzirəm çölləri,

Sahibi palanam, a… iranlılar:

Şeyx həsən nitq deyib, anladım, Yazmış idim, sonra peşimanladım. Fikr eləyib, öz-özümü danladım. İndipəşimanam, a… iranlılar. Sahibi-palanam, a… iranlılar.

Yazmış idim mən onu, tehranlılar-

Sakit olub, tey olub iranlılar.

Sabirə də söylədi şirvanlılar:

Ruhuna qurbanam, a… iranlılar,

Sahibi-palanam, a… iranlılar. Saldı İrana kişi, hürriyyəti (?!) Zülmdən azad elədi milləti.

Təqdirə şayandır onun qeyrəti!?

Taəti-fərmanam, a… iranlılar: Sahibi-vicdanam, a… iranlılar.

Sizdən uzaq köhnə müsafir mənəm,

Bir başı şex, baldırı kafir mənəm.

Söz yazan hammali-mücavir mənəm.

Xoş sifət insanam, a… iranlılar.

Sahibi-palanam, a… iranlılar.

Sual və tapşırıqlar V®46.

A. Vurğu və intonasiya fonomorfologiyada hansı rolu oynayır?

B. Vurğunu dəyişməklə (təhrif etməklə) nitqdə nə yarana bilər?

C. Şeirdə vurğu və intonasiyanı təhrif edin.

Ç. Şeirdə ritorikanın hansı əlamətləri daha qabarıq nəzərə çarpır?


KÖMƏKÇİ SÖZLƏR

Dildə qrammatik mənanın daşıyıcısı, ifadəçisi olan vasitələrdən biri də köməkçi sözlərdir. Köməkçi sözlər başqa qrammatik vasitələrdən öz tərkibinə, məna müstəqilliyinə görə seçilir. Köməkçi sözlər əsas üzvlərə aid olub, onlara müxtəlif qrammatik məna verməkdən əlavə, bütövlükdə cümlənin qrammatik strukturuna da təsir göstərirlər. Köməkçi sözlər formaca avto-semantik sözlərə oxşasa da, funksiyaca onlardan fərqlənir. Köməkçi sözlərin nominativ mənası, adlandırma funksiyası olmur. Dünya dillərində köməkçi sözlərin aşağıdakı növləri vardır: önlüklər, qoşmalar (noenenor), bağlayıcılar, ədat, artikl, köməkçi fellər, boş sözlər.

 

Bağlayıcılar. Köməkçi nitq hissələri bəhsində öyrənilir. Çox vaxt bağlayıcılardan qrammatik məna ifadəçisi — köməkçi söz kimi də bəhs edilir. Doğrudan da, əgər dildə bağlayıcılar olmasa, avto-semantik sözlərlə qurulan cümlə üzvləri və cümlələr arasında qrammatik münasibət yaratmaq olar. Belə münasibətlər təkcə eyni qrammatik vəzifə daşıyan üzvlər arasında deyil, habelə cümlələr arasında da qrammatik əlaqə yaradır. Qrammatik münasibət dedikdə iki üzv və ya iki cümlə arasında qarşılaşdırma, ziddiyyət aydınlaşdırma, tabelilik əlaqəsi ilə birləşən söz, söz birləşməsi, cümlələr arasındakı tabeliyin ifadə edilməsi nəzərdə tutulur. Bağlayıcı cümlə üzvü olmasa da cümlədə mühüm rol oynayır. Onların müsbət mənası olmur, ayrılıqda suala cavab vermir, söz düzəldici şəkilçi qəbul etmir. Dilimizdəki bağlayıcılar 3 parametrə görə qruplaşdırılır: a) quruluşuna görə, b) mənasına görə, c) sintaktik funksiyasına görə.

A. Quruluşuna görə bağlayıcılar sadə (ki, həm, ya, da, də, amma, ancaq, lakin, nə, yəni, gah, əgər və s.).

Dülətmə bağlayıcılar sözdüzəldici şəkilçilər vasitəsilə ilə düzələ bilməz. Çünki sözdüzəldici şəkilçilər müstəqil mənalı sözlərə qoşula bilir. Düzəltmə bağlayıcılarm tərkibində sadə bağlayıcı ilə ya morfem, ya da söz birləşir. Buna görə də bəzən bağlayıcının düzəltmə növünü qəbul etmirlər. Amma hər halda onlar quruluşca sadə və mürəkkəb bağlayıcılardan seçilir. Məsələn, ya+ın+ki, hər+gah, çün+ki, yox+sa, hər+çənd.

Mürəkkəb bağlayıcılar iki və daha artıq sözün — bağlayıcının birləşməsindən əmələ gəlir. Məsələn, həm də, həm də ki, yaxud da və həm də ki.

Bu və o işarə əvəzlikləri əsasında da mürəkkəb bağlayıcı yarana bilər. Buna görə, buna görə ki, ona görə, ona görə də və s.

B. Mənasına görə bablayıcılarm növləri daha çoxdur. Məsələn,

1) Birləşdirmə bağlayıcılar: və, ilə.

2) Qarşılaşdırma bildirənlər: amma, ancaq, lakin.

3) İnkarlıq bildirənlər: nə, nə də.

4) İştirak bildirənlər: həm, həm də, həmdə ki və həm də ki.

5) Bölüşdürmə bildirənlər: ya, ya da, gah, gah da, istər, istərsə, yaxud.

6) Aydınlaşdırma bildirənlər: ki, belə ki, yəni, yəni ki.

7) Müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki.

8) Səbəb bildirənlər: çünki, ona görə ki, ona görə də, ondan ötrü ki, və s.

9) Şərt bildirənlər: əgər.

C. Sintaktik funksiyasına görə bağlayıcılarm bağladığı tərəfləri tabe edib etməməsi nəzərdə tutulur.

Bağlayıcılar cümlə və cümlə üzvlərini ya ayırır, ya da tabe edir. Buna görə də onlar tabe edən və tabe etməyən olmaqla iki qrupa bölünür. Məsələn,

Tabe edənlər — ki, sanki, elə ki, və s.

Tabe etməyənlər — ancaq, amma.

Artikllərin köməyi ilə müəyyənlik və qeyri-müəyyənlik ifadə edilir. Artikl olmayan Azərbaycan dilində qeyri-müəyyənliyi ifade edən «bir» sözüdür.


Qoşma.

Önlüklərin vəzifəsini bəzi dillərdə qoşmalar yerinə yetirir. Bütün türk dillərində qoşmalar vardır. Qoşmaların önlüklərdən bir neçə fərqi vardır. Əvvələn, qoşmalar aid olduğu sözdən sonra gəlir, önlüklər isə aid olduğu sözün əvvəlində gəlir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir, önlüklər isə cümlə üzvü olmur. Qoşmaları idarə etdiyi hallar üzrə və qoşulduğu sözlərlə yaratdığı əlaqə və münasibətlərə görə təsnif edirlər.

1) Adlıq, yiyəlik, yönlük halda idarə edən qoşmalar: kimi, qədər, dək, təkin.

2) Yalnız yönlük halda idarə edənlər: sarı, tərəf, doğru.

3) Yalnız çıxışlıq halda idarə edənlər: savayı, ötrü, qeyri, bəri və s.

4) Aid olduğu sözlərlə yaratdığı münasibətlərə görə:

5) Zaman bildirənlər: qədər, dək, sonra, can, cən, qabaq;

6) İstiqamət-məkan bildirənlər: bəri, doğru, tərəf, sarı, can, cən

7) Məqsəd bildirənlər: üçün, ötrü

8) Səbəb bildirənlər: görə, üçün

9) İstisna bildirənlər: qeyri, savayı və s.

Eyni qoşamalar türk dilində də vardır və həmin vəzifələri yerinə yetirir. Məsələn, için, ile, evvel, önce, sonra, kadar, kibi və s.

Qoşmalarla bağlayıcılarm ümumi cəhətləri vardır. Amma onları eyniləşdirmək olmaz. Onların bir sıra fərqləri vardır. Məsələn, qoşmalar aid olduğu sözdən sonra gəlir, bağlayıcı isə iki üzvün arasında işlənir. Bağlayıcılar idarə etmir qoşmalar idarə edə bilir. Bağlayıcılar heç bir şəkilçi qəbul etmir, qoşmalar xəbərlik şəkilçisi qəbul edir və s.

Qoşmalar vaxtilə müstəqil mənalı söz olmuşdur. Məsələn, son+ara (sonra), bu+irəli (ləri) və s.


Funksional fəaliyyət dairəsinə görə qoşmaları aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Hələ tamamilə əsas nitq hissəsindən ayrılmayan, qoşma səviyyəsində çıxış edənlər. Məsələn, bəri, qədər, başqa, sonra, özgə, ayrı və s.

2) Bağlayıcı səviyyəsinə keçərək qoşma kimi də işlənənlər. Bu ilə qoşmasıdır. Bağlayıcı funksiyasında işləndikdə ona və bağlayıcısı ilə əvəz etmək olur.

3) Tamamilə qoşmalaşmış sözlər (sabit qoşmalar: üçün, ötrü, görə, doğru, kimi, tək, sarı və s.).

4) Artıq şəkilçiləşmiş — şəkilçi kimi sabitləşmiş qoşmalar. Məsələn, la, lə, can, cən, dək.

 

Ədatlar rus dilində «nacT^a» deyilən qrammatik vasitələr kimi, cümlənin mənasını qüvvətləndirməyə, cümləyə ekspressivlik və buna paralel modallıq verir. Rus dilinin hissəciyi ilə Azərbaycan dilinin ədatlarmın yaxınlığını aşağıdakı kimi müqasiyə etmək olar:

Təsdiqin güclənməsi: axı, ki,

İnkarlıq: əsla, qətiyyən

Sual: bəs, mı, mi, mu, mü

Şərtilik: sa, sə, əgər

Arzu: kaş, barı, tək

Şübhə: bəlkə

Əmr-nida: qoy, gəl, gör

Qeyri-modallıq bildirən ədat hissəciklər. Bunların miqdarı dildə o qədər də çox deyil.

1. Məhdudlaşdırıcı: yalnız, tək, təkcə, ancaq

2. Təyinlik bildirən: məhz

«HƏR İŞİ ÖZ ƏHLİNƏ TAPŞIRMALI» («Həqiqət» qəzeti, 5-1-, 1910, V3.).

Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap «qabıq qoyur». Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm qismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.

Bu nədəndir?

Çünki üzərinə götürdüyü işin əhli deyildir. İşdən başı çıxmır. Onun üçün də nerədə zəhmət çəkmək, qüvvət sərf etmək, fəaliyyyət göstərmək lazım olduğunu bilməyib, lazım olmayan yerdə nahaq yerə o qədər zəhmət və əziyyət çəkir ki, axırda tamamilə yorulur.

Halbuki əgər haman iş öz əhlinə tödi olunsa, yəni o işi müxtəs bilən bir adama həvalə olunsa, əvvəla, həm iş irəli gedər, həm də iş sahibi heç də özünü əbəs yerə yormaz.

Məşrutəli dövlətlərdə, yəni o dövlətlərdə ki, bütün dövlət idarəsindən məqsud əhaliyə olduqca artıq mənfəət yetirib ehtiyacatını rəf etməkdir, həmişə ona diqqət olunur ki, hər işin başında əhl adam olsun. Məsələn, nəqdiyyə və maliyyə işlərini gözəlcə bilən bir adama maliyyə vüzəratı qoyub da heç vaxt hərbiyyə vəzirliyi verməzlər. Yaxud nəşri və təmin maarif işlərində ixtisas sahibi olan bir kəsi maarif vüzəratı qoyub da heç bir halda xariciyyə vəziri etməzlər. Sair vəzifələrdə bu nöqteyi-nəzərdən öz əhli adamını tapar. Ona görə də haman dövlətlərdə millət və dövlət getdikcə tərəqqi tapmağa və istirahətlə yaşamağa başlar. Amma o dövlətlərdə ki, onların tərzi-idarəsi camaat mənafeyini gözləmək əsası üzrə qurulmayıbdır, orada artıq əhli adamlara o qədər diqqət yetirməzlər və bir işə birisini təyin etdikdə onun bu işdə əhli olduğunu, ixtisas sahibi olduğunu axtarmazlar. Bəlkə camaata zərrəcə mənfəəti olmayan başqa fikirləri nəzərdə tutub hər kəsi nerəyə olsa soxarlar. Odur ki, o cürə dövlətlərdə də camaat miskin və zəlil bir halda olar. Məsələn, İranın, Türkiyənin keçmiş halları və sairə...

İştə bizlərə də vacib və lazımdır ki, hər bir işdə öz əhli adamını axtara və o işi ona tapşıra. İndi o adam öz hal və ozainə görə nə payədə olursa-olsun, heç fərqi yoxdur. Təki öhdəsinə verilən işin əhli olsun.

Belə mühüm bir əmrdə xatir gözləmək, birisinin cah və rütbəsini nəzərə almaq, birisinin xoşuna gəlmək kimi bir rəsd ilə meydana girmək haman mühüm işə və bütün millətə xəyanət etməkdir.

Madam ki, bir şəxs bir işi bacarmır, o işdən heç bir xəbəri yoxdur, o halda ona haman işi həvalə etməyin mənfəəti-ümumi yetirmək nöqteyi-nəzərindən heç bir məqu mənası ola bilməz. Yox, əgər haman əziz şəxsin nə tövr olursa-olsun bir iş başında durması və ya bir işə təyin edilməsi lazım isə, o halda onun uçün elə bir iş seçməlidir ki, o işi bilir, o işin əhlidir. Zənn edirəm ki, o surətdə həmin əziz sayılan şəxs bizim içimizdə daha əziz və daha möhtərəm ola bilər. Və illa bilmədiyi və bacarmadığı işə qoyularsa, daha da o izzət və hörməti itirər və xalq yanında məhcub olar.

Bundan başqa, madam ki, bir şiə əhli adam seçildi və işdə ona tapşırıldı, ondan sonra həmin əhli adamı tamam və kamal sərbəst buraxmalıdır; heç bir halda onun işinə qatışmamalıdır. Onun əl-ayağına dolaşmamalıdır. Təəssüflər olsun ki, bizlərdə — nerədə olursa-olsun elə bədxülq adamlar var ki, bilməyə-bilməyə özgəsinin işinə qarışmaq onun üçün bir adətdir. Gərək nə tövr olsa, hər yerə əl qatsın. Bu adamlar müzürrdürlər, Ona görə əhli adamları belə müzürr şəxslərdən qorumaq da ümdə şərtlərdəndir.

Bundan başqa, bizim boşboğaz tənqidçilərimiz də az deyildir.

 

ƏFSANƏLƏR.

Böyük Çillə qırx gün çəkir — dekabrın 22-dən yanvarın axırına kimi.

Kiçik Çillə iyirmi gün çəkir — fevralın 1-dən 20-ə kimi.

Boz ay fevralın 21-dən martın 21-ə qədər olur. Boz aya — ala-çalpov da deyirlər.

Bir qarının bir neçə çəpişi varıymış. Mart girəndə qarı deyir ki, çəpişləri martdan salamat çıxardım, bu ala çəpişi qurban deyirəm.

İl yaxşı gəlir, martın axırında hər yan gül-çiçək olur. Qarı marta acıq verir, deyir:

Mart, gözünə barmağım,

Oynaşır oğlağlarım.

Mart acıqlanır, apreldən üç gün borc alıb, qar yağdırır. Qarının çəpişləri qırılır.

* * *
Novruz bayramına açılacaq gecə, gündüzlə gecə tən yarı olur. Həmin dəqiqədə çay bir an dayanır, yenidən axır. Kim həmin vaxt nə arzu eləsə, dilində hansı sözü desə o iş hasil olur.

Araz qırağındakı kəndlərdən birində bir təzə gəlin yaşayırmış. Bu gəlin ilin axır gecəsi, Dan ulduzu doğan zaman qalxıb çayın qırağında gözləyir. Birdən görür ki, coşğun Araz çayı dayandı. Gəlin tələsik deyir: İndi gedəm ki, ərim qızıl olub.

Sonra gəlin qayıdıb evə gəlir, yatağına uzanır. Bir qədərdən sabah açılır, hava işıqlaşır. Gəlin yerindən qalxır, ocaq qalayır, bayram süfrəsi bəzəyir, bayram aşı bişirir. Amma görür ki, əri oyanmır. O, ərini çağırır, silkələyir, ancaq əri yuxudan oyanmır ki, oyanmır. Üzündən yorğanı götürəndə görür ki, əri qızıl olub. Gəlin ağlaya-ağlaya onu götürüb farmaşa qavlayıb yükə qoyur. Qohum-qonşulara da deyir ki, ərim bayram aşını yemədi, gecə ikən çıxıb ayrı məmləkətə işləməyə getdi.

Sahibsiz qalan gəlin gecə-gündüz ağlayır, peşmançılıq çəkirdi. Bir müddətdən sonra gəlinin yeməyi-içməyi tükənir. Gəlin bilmir dərdini kimə desin. Axırda naəlac qalır. Gecənin birində qalxıb farmaşı açır, ərinin çeçələ barmağını kəsir, səhərisi aparıb zərgərə verir, əvəzində pul alıb gətirir, xərclik edir və birtəhər dolanır. Nəhayət, ilin axır gecəsi gəlib çıxır. Gəlin lap axşamdan oturur Arazın qırağında, gözünü dikir çaya. Dan ulduzu doğan zaman birdən Araz yenə dayanır. Gəlin deyir: «Ay su, gedim görüm ki, ərim yenə çevrilib adam olub!» Sonra gəlin qalxıb evə gəlir, görür ki, farmaş tərpənir. Tez farmaşın ağzını açır, ərini ordan çıxarır. Başına gələn əhvalatı ona danışır. Bundan sonra əkin-biçin eləyib firavan dolanırlar. Amma yazıq gəlin öz ərinin kəsik barmağını görəndə hər dəfə xəcalət çəkirdi.

* * *
Bir arvad çərşənbə gecəsi səhərə çox qalmış səhəngi götürüb çaya su dalınca gedir. Səhəngi nə qədər suya basır, səhəng suya batmır. Sən demə, su yatıbmış. Arvad qayıdıb evə gəlir. Sonra bir də gedir. Görür, su şırhaşırla axır. Səhəngi doldurub qayıdır.

* * *
Bir çərşənbə gecəsi bir arvadla bir kişi yatmışdılar. Gecənin bir vaxtında arvad ayılıb ərinə deyir:

-Ay kişi, yadımdan çıxıb buzovu bağlamamışam.

Arvad yuxulu-yuxulu çölə çıxıb görür ki, həyətdə böyrü üstə bir ağac yıxılıb. Buzovu gətirib həmin ağaca bağlayır, qayıdıb yerinə girib yatır.

Kişi səhər yuxudan duranda görür ki, buzov ağacın başından sallanır. Tez arvadını çağırır. Arvad gəlib bu vəziyyəti görəndə gecə baş vermiş hadisəni ona danışır. Adamlar yığışıb fikirləşirlər ki, bu necə olan işdi?! Sonra qocalardan biri deyir ki, çərşənbə axşamı hər şey yatır, yəqin ağac da yatıbmış. Arvad buzovu gətirib ona bağlayıb, ağac oyananda buzovu da özü ilə qaldırıb.

* * *
İlin axır çərşənbəsində Qədir gecəsi olur. Bu elə gecədi ki, yalnız yaxşı adamların gözünə görünür. Həmin gecədə hər şey təpəsi üstə dayanar. Özü də o, yaxşı adamların gözünə görünəndə onların nə diləyi olarsa, o saat yerinə yetir.

Belə deyirlər ki, həmin adamlardan biri Qədir gecəsini görür. Tez ürəyində nə varsa, başlayır istəməyə. Əvvəlcə deyir ki:

Qadir mövlam, budu səndən diləyim,

Sağına gələydi qırx min inəyim.

Kişi baxıb görür ki, düz-dünyanı bunun inəkləri tutub. Sayı-hesabı yoxdu. Sevincək tez dalını deyir:

Qızıldan evlərim, gümüş dirəyim.

Baxıb görür ki, gümüş dirəkli evlər hazır oldu. Baxanda adamın gözünü qamaşdırır. Bir gözəlliyi var ki, dillə demək olmaz. Tamahı güc gəlib dalını deyir:

İçində də nazlı yarım olyadı.

Belə deyəndə bu dilək Qədir gecəsinin xoşuna gəlmir. Nə yerinə yetiribsə, hamısını qaytarır. Kişi baxıb görür ki, nə qırx min inəyi var, nə də gümüş dirəkli qızıl evi. Bir dizinə vurur, bir də başına.

* * *
Bir kasıb oğlan axır çərşənbənin səhərisi sübhdən durub görür ki, həyətdəki söyüd başını əyib, daşı yerə dəyir. Özünü itirib deyir:

-Gedim görüm, anam qızıl olub.

Evə girib görür ki, anası dönüb qızıl olub. Başına-gözünə döyə-döyə başlayır ağlamağa. Oğlan anasının qızıla dönmüş heykəlini bir il evdə saxlayır. Yenə axır çərşənbə gəlir. Oğlan sübh çağını gözləyir. Görür həyətjəki söyüd yenə başını əydi. Tez deyir:

-Anam dönüb adam olsun.

Oğlan qayıdır evə, görür anasının qızıl heykəli dönüb adam olub.

* * *
İl təhfil olanda ağaşdar başdarın əyir yerə dəyir. Bı vaxdı nə niyyət eləsən, yerinə yetəcəh. Bir gəlin bını görür, tez isdiyir desin ki, dirəyim qızıl olsun, karıxıp deyir ki, ərim qızıl olsun.

Sora qayıdır evə ki, əri çönüp olub qızıl heykəl. Ağlıyır, baş-gözünə döyür, ancax əli hara yetişəcəh ki?! Arvat birtəhər bir il dolanır, amma kasıbçılıx ucundan ərinin çeçələ barmağın qırıb xərşdiyir.

O biri il axır çərşənbədə arvat yenə görür ki, ağaşdar başdarın yerə vırdı. Tez deyir ki, ərim adam olsun.

Sonra qayıdır evə ki, əri adam olub, ancax çeçələ barmağı yoxdu.

* * *
Deyirlər, köhnə ildən təzə ilə keçəndə su dayanır, at kişnəyir, ağaclar səcdəyə gəlir. Söyüd deyir: «Mən də, mən də». Bu vaxt kim nə niyyət eləsə, niyyəti qəbul olur.

Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ağaclar səcdəyə gəldi. Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir, deyir ki, boynum sınaydı, bə mən evə susuz necə gedəcəyəm. Arvadın boynu sınır.

* * *
Bir dəfə ilin-ayın axır gecəsi bir qızın nişannısı onun yanına gəlir. Elə olur bir azdan oğlan yatır. Gejənin bir vaxtı qız görür ki, at göyşədi. Təntiyir, deyəsidi ki, «kürək qızıl olsun», deyir: «Allah, bu oğlan qızıl olsun». Oğlan qızıl olur. Deyillər ki, bu qaldı bir də gələn Novruza. Bir gün qıza qızıl lazım olur. Sınağ üçün oğlanın çeçələ barmağını götürür. Vaxt gəlir, genə ilin-ayın axır gejəsi olur. At göyşüyəndə qız diləh diliyir. Oğlan genə dönüp adam olur. Deyir, mən nə qədər yatmışam. Bir də deyir ki, mənim barmağım niyə belədi, yerində niyə yoxdu? Təzədən qohum-qardaş başa salır ki, belə-belə...

 

 

Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

 

0 şərh