Qrammatik əlaqə vasitələri

Təkrarlar
Dünya dillərində geniş yayılan qrammatik vasitələrdən bir də təkrarlardır. Təkrarlar dildə müxtəlif məqsədlər üçün işlədilir. Hansı məqsədlə işlədilməsindən asılı olmayaraq, təkrarlar dildə qrammatik məna ifadə etməlidir. Eyni sözün təkrarı həmişə qrammatik məna daşımır. Məsələn,

Edəmən tərki Füzuli səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. (Füzuli)


Davamı →

Köməkçi nitq hissələri

Köməkçi nitq hissələrinin əsas xüsusiyyətləri:

  • leksik mənaya malik olmur.
  • ayrılıqda cümlə üzvü kimi işlənə bilmir və müstəqil suala cavab vermir.

Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.


Davamı →

"Da", "də" haqqında

 Qrammatikamızın qlobal problemlərindən biri də «da», «də» ədatları və bağlayıcılarının "-da", "-də" yerlik hal şəkilçilərindən fərqləndirilməməsi, bitişik yazılmasıdır. 
Əslində, məsələ çox sadədir:
1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.
2. Söz Kimdə? Nədə? Harada? sualına cavab verirsə, deməli, -da, -də şəkilçidir və bitişik yazılır.
3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də ədatları isə ayrı yazılır.
Davamı →