İsimlərin quruluşca növləri

İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəbolur.
Sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən düzələnlər və feldən  düzələnlər

İsimdən düzələn isimlər

Aşağıdakı leksik şəkilçilərin köməyi ilə isimdən(bəzən də sifət, say və əvəzlikdən)düzəltmə isimlər düzəlir;
— çı4;- balıq-çı, dəniz-çi, ov-çu, üzüm-çü və s. Bu şəkilçi daha çox peşə, sənət bildirən isimlər düzəldir. Başqa mənalı isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: üsyan-çı, əla-çı, təbliğat-çı və s.
— lıq4- şəkilçisi daha çox yerbildirən isimlər düzəldir: daş-lıq. meşə-lik, çəmən-lik, odun-luq, üzüm-lük və s.
Cansız əşya bildirən bəzi isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: baş-lıq, nəfəs-lik, göz-lük, ön-lük.
-lıq4 -şəkilçisi mücərrəd mənalı isimlər də düzəldir: yaxşı-lıq, insan-lıq, təmiz-lik, gözəl-lik, zərif-lik, dost-luq, çox-luq, ucuz-luq, düz-lük və s. Nümunələrdən göründüyü kimi, bu cür isimlər daha çox sifətdən düzəlir.
-4 şəkilçisi insan anlayışı bildirən isimlər düzəldir: azərbaycan-lı, Sultan-lı, Həsən-li, kənd-li, şəhər-li və s.
-ça2 -şəkilçisi ilə kiçiltmə mənalı isimlər düzəlir: meydan-ça, kitab-ça, bağ-ça, qazan-ça, döşək-çə, dəftər-çə, lüğət-çə və s.
-daş –şəkilçisi ilə insan anlayışı bildirən isimlər düzəlir: əmək-daş, vətən-daş, soy-daş, sir-daş, silah-daş və s.
-stan — (-ıstan4) şəkilçisi ölkə, yer bildirən isimlər düzəldır: Gürcü-stan, gül-üstan, Dağ-ıstan, Özbək-istan, Monqol-ustan və s.
-laq- şəkilçisi də yer bildirən isimlər düzəldir: qış-laq, yay-laq, ot-laq, buz-laq və s.
— cığaz4 — cıq4 şəkilçiləri kiçiltmə və əzizləmə mənalı isimlər düzəldir: qulaq-cıq, ev-cik, gəlin-cik, uşaq-cığaz, quş-cığaz, qız-cığaz, körpə-ciyəz və s.
Az məhsuldar olan -kar, -sana, -zadə, -dar, -şünas, -gər şəkilçiləri də isimlərə qoşularaq düzəltmə isimlər düzəldir: sənət-kar, kitab-xana, şah-zadə, Həsən-zadə, hesab-dar, hüquq-sünas, mis-gər və s.
Qeyd: lıq4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-dıx4], [-nıx4], [-rıx4] şəklində tələffüz olunur. Məsələn:qıtlıx — [qıtdıx], genişlik — [genişdix], sərinlik — [sərinnix], dar-lıq — [darrıx] və s.

Feldən düzələn isimlər


— ış4 (-ş) şəkilçisi fel köklərinə qoşularaq hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir. bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-ıış, vur-uş, gxil-üş. döy-üş, dön-üş, tanı-ş, yeri-ş və s.
— aq (-q, -k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q. sına-q, qayna-q, daya-q, yama-q, boya-q, istə-k, ələ-k, bəzə-k, döşə-k və s.
— ma: şəkilçisi ilə də fel köklərindən müxtəlif mənalı isimlər düzəlir: vur-ma. qovur-ma, dondur-ma, qoş-ma, çək-mə, süz-mə, böl-mə, döşə-mə və s.
4 (-qı, — ki- qu, — kü) şəkilçtsi sonu kar samitlə bitən fei köklərinə qoşularaq, əşya bildirən və mücərrəd mənalı isimlər düzəldir: as-qı, səp-ki, bit-ki, şeç-ki, it-ki, iç-ki, pus-qu, sürt-kü və s. Yuxarıdakı şəkilçinın başqa variantı olan -ğı4 (-ği -ğı, -ğu, -ğü) şəkilçisi isə sonu cingiltili samitlə bitən fel köklərinə qoşularaq, müxtəlif mənalı isimlər düzəldir: çal-ğı, sev-gi, sil-gi, vur-ğu, duy-ğu, böl-gü, hör-gü və s.
— tı4 şəkilçisi müxtəlif mənalı isimlər düzəldır: qaral-tı, qışqır-tı, qızar-tı, bozar-tı, çığır-tı, göyər-ti, cücər-ti, döyün-tü, hönkür-tü, görün-tü və s.
— ıntı4 şəkilçisinin köməyi ilə müxtəlif mənalı isimlər düzəlir: tap-ıntı, qaz-ıntı, yağ-ıntı, tik-inti, çök-üntü, sız-ıntı, qır-ıntı, sıx-ıntı və s.


Mürəkkəb isimlər


Mürəkkəb isimlər aşağıdakı bir neçə yolla yaranır:
1.İki (bəzən də üç) müxtəlif mənalı sözün birləşməsi yolu ilə.Bu yolla yaranan mürəkkəb isimlər bir vurğu altında deyilir və bitişik yazılır.Məsələn:baramaqurdu,sacayaq,balıqqulağı,yerkökü,kəklıkotu,suiti,əlüzyuyan,aşsüzən,yetərsay,soykök və,və s.belə mürəkkəb isimlərdə vurğu ikincihecanın üzərinə düşür(yuxarıdakı nümunələrdə olduğu kimi).Lakin bu tipli bəzi mürəkkəb isimlərdə vurğu birinci sözün üzərinə düşür. Məsələn:Ağdaş,maralgöl,qızılgül və s.
1.bitişik yazılan mürəkkəb isimləri quruluşuna görə bir neçə yerə bölünür:

  • İki sadə sözün birləşməsi ilə yaranan mürəkkəb isimlər:üçbucaq,qaratoyuq,qızılquş,üsarıköynək,qaraquş,qırxayaq,Aygün,Elxan,yarımada
  • Bir sadə,bir düzəltmə sözün birləşməsi ilə yaranan mürəkkəb isimlər: döşəküzü, dünyagörüşü, qanunauyğunluq, üzüyumşaqlıq, kortəbiilik, ayrıseçkilik, Çənlibel, Rüstəmxanlı Əlibəyli, yanmkürəcik, yarımkeçirici və s.
  • Mənsubiyyət şəkilçili sözün iştirakı ilə yaranan mürəkkəb isimlər. Belə mürəkkəb isimlərdə, bir qayda olaraq, mənsubiyyət şəkilçısi ikinci tərəfdə işlənir: meşəbəyi, çobanyastığı, ayaqqabı, quzuqulağı, dəvəquşu, dağkeçisi,  Həsənoğlu ,Azəroğlu. Koroğlu və s
  • Birinci tərəfi isim, ikinci tərəfi feli sifət şəklində olan mürəkkəb isimlər: yelqovan, tozsoran, ağacdələn, günəbaxan və s.

2. Yaxın və ya əks mənalı sözlərin birləşməsi yolu ilə.Bu tipli mürəkkəb isimlər də bir vurğu altında tələffüz olunur, lakin  defislə yazılır: el-oba, oğul-uşaq, söz-söhbət, toyuq-cücə, yorğan- döşək, ev-eşik, dost-düşmən, gediş-gəliş, alış-veriş və s.
3. Tərkibindəki sözlərdən biri ayrılıqda işlənməyən yə heç  bir məna bildirməyən sözün başqa bir sözlə qoşa işlənməsi yol ilə: çör-çöp,  kol-kos, uşaq-muşaq, mer-meyvə, kağız-kuğuz  dəmir-dümür və s. Bu cür mürəkkəb isimlər də defislə yazılır.
4. «Hə», «a» bitişdiricilərinin iştirak etdiyi eyni fel köklərinin təkrarı ilə: gəlhagəl, vurhavur, qaçaqaç, basabas və s.

Qeyd: Ağa, bəy, xanım, şah kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır: Ağabəy, Əlibəy, Xanımana, Anaxanım, Aləmşah və s. Bu sözlər ləqəb, titul bildirdikdə isə ayrı (kiçik hərflə) yazılır: Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir Məhsəti xanım və s.Şeyx, seyid, şah, sultan sözləri rütbə, titul bildirdikdə böyük hərflə yazılır: Şeyx Mahmud Şəbüstəri, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətai, Sultan Süleyman və s.

 

Mürəkkəb adlar


Mürəkkəb adlar söz birləşmələri şəklində olur və həmişə ayrı yazılır.
Məsələn: Qara dəniz, Şah dağı, Birləşmiş Millətlər Təşkilatı, Bakı Dövlət Universiteti, Milli  Məclis və s. İdarə və təşkilatların, bayramların. mükafatların adları, eləcə də coğrafi adlar mürəkkəb adlardır.Mürəkkəb adlar bütövlükdə cümlənin bir üzvü olur.Ölkə adlarının, eləcə də respublika və şəhər tabeliyində olan idarə təşkilatların adlarının tərkib hissələrinin hamısının baş hərfi böyük hərflə yazılır: Azərbaycan Respublikası, Amerika Birləşmiş Ştatları, Bakı Su İdarəsi və s.
Tarixi gün və bayram adlarının, coğrafi adların tərkib hissələrinin isə  yalnız ilk sözlərinin baş hərfləri böyük hərflə yazılır: İyirmi yanvar, Novruz bayramı, Milli dirçəliş günü, Xəzər dənizi, Şəhidlər xiyabanı və s. Bu cür adların tərkibindəki miqdar sayları rəqəmlə yazılanda ondan sonrakı söz böyük hərflə yazılır. 20 Yanvar, 28 May və s.
Mürəkkəb adlar mürəkkəb xüsusi isimlərə bənzəsə də, onlardan fərqlənir. Mürəkkəb xüsusi isimlər ayrı-ayrı sözlərdən ibarət olur və bir vurğu altındadeyilir. Mürəkkəb adlar isə söz birləşmələri (əsasən, 2-ci növ təyini söz birləşmələri) şəklində olur və hər bir sözün öz vurğusu olur.
Mürəkkəb adların bir çoxu ixtisarlar şəklində də yazılır. Məsələn: Birləşmiş Millətlər Təşkilatı — BMT, Bakı Dövlət Universiteti — BDU, Azərbaycan Dövlət Nəşriyyatı — Azərnəşrvə s. Ixtisarlara artırılan şəkilçilər sözdəki son saitin ahənginə uyğun şəkildə yazılır. Məsələn: BMT-nin, BMT-də və s.

 

0 şərh