Qiyməli plov

Ərzaqlar:
Qoyun əti -1 kq.
Düyü – 500 qr. 
Zoğal axtası – 30 qr.
Kişmiş -30 qr.

Qazmaq üçün:
Un – 500 qr.
Yumurta – 1 ədəd
Yağ – 100 qr.

Hazırlanması:
Qoyun əti ətçəkəndən keçirilir, yağda qovrulub, qiymə halına salınır. İçinə zoğalı axtası, kişmiş vurulur.

500 qr. düyü bişirilib süzülür. Qazmaq üçün xəmir yoğrulur, yayılır və qazanın dibinə sərilir. Qazana bir qat düyü, bir qat qiymə olmaqla qat-qat yığılır və sonra dəmə qoyulur. Süfrəyə veriləndə üzərinə zəfəranlı yağ süzülür.
Nuş olsun!
 

0 şərh