Kənd təsərrüfatı 70-80-ci illərdə

XX yüzilliyin 70-80-ci illərində respublikanın kənd təsərrüfatında əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli artmışdı.
Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş, geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks tədbirlər görülmüşdü.
Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci ilin iyulunda «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında», 1975-ci ilin iyulunda qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək tədbirləri haqqında», 1979-cu ilin fevralında qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərarlar mühüm rol oynamışdı. Bu qərarlarda respublikada kənd təsərrüfatının vəziyyəti hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri müəyyənləşdirilmiş, əkinçilik və heyvandarlığın inkişafında mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin etmək məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait qoyuluşunun artırılmasına xüsusi diqqət verilmişdi.
70-ci illərdə və 80-ci illərin birinci yarısında respublika rəhbəri Heydər Əliyevin fədakar əməyi nəticəsində respublikanın iqtisadiyyatında kənd təsərrüfatıınn xüsusi çəkisi artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun sürən geriliyə son qoyulmuş, kənd təsərrüfatının bütün sahələrində dinamik inkişafa nail olunmuş, həmçinin bu sahənin gələcək illərdə daha intensiv inkişafı üçün möhkəm bünövrə qoyulmuşdu.

1969-1979-cu illərdə respublikanın kənd təsərrüfatında çox böyük irəliləyişlər baş vermişdi. Bu illərdə taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,5 dəfə, üzüm istehsalı 3,8 dəfə, tərəvəz istehsalı 2,4 dəfə, tütün istehsalı 2,1 dəfə, çay istehsalı 2,1 dəfə artmışdı.
Heydər Əliyevin prinsipial rəhbərliyi və iş təcrübəsi əsasında 1969-1982-ci illərdə İttifaq üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1,5-1,7 faizi respublikamızın payına düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, o cümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29 faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz, heyvandarlıqda 31 faiz yüksəlmişdi.
70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzümçülüyün və taxılçılığın xüsusi çəkisi artmış, bu sahələrdə ixtisaslaşma və mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm maddi-texniki baza yaradılmışdır.
Pambıqçılıqda 70-ci ilə qədər orta illik məhsul yığımı 327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8 min ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci illərdə isə Heydər Əliyev tərəfındən yaradılan möhkəm madditexniki baza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim şəraitinə uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar göstərir ki, pambıqçılıq Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi.
1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin etməyin mümkünlüyünü sübut etdi.
1979-cu ildə Azərbaycanda 1,4 milyon hektar suvarılan torpaqdan 1982-ci ildə 305,7 min hektarda pambıq əkilirdi. Heydər Əliyevin böyük və zəngin iş təcrübəsi əsasında pambıq istehsalçıları ilə pambıq emalı müəssisələrinin sıx əməkdaşlığı yarandı və emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndi.
Pambıqçılıq respublikada və bütün keçmiş SSRİ məkanında böyük şöhrət qazandı. Respublikada pambıqçılıq sahəsində çox zəngin, qabaqcıl təcrübə məktəbi yarandı.
Nəticədə Orta Asiya pambıqçıları ilə təcrübə mübadiləsi genişləndi.
1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədər respublikada pambıq istehsalı ilbəil artaraq, pambıq istehsalı ən gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik pambıq istehsalı 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner, 1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3 sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur. Respublikada 1981-ci ildə pambıq istehsalı 1 milyon 315 min tona çatdırılmışdı. 1980-ci illərdə istehsal olunan pambığın 43 faizi Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Salyan rayonlarının payına düşürdü. 1970-1979-cu illərdə əvvəlki on ildəkindən 2 milyon tondan çox pambıq istehsal olunmuş, orta illik artım 1,6 dəfə artmışdır.
1970-1980-ci illərdə respublikada 5,5 milyon ton pambıq istehsal olunmuşdu.
1983-cü ildən başlayaraq respublikada pambıq istehsalı azalmağa başlamış və 1986-cı ildə istehsalın miqdarı 783,7 min tona, 80-ci illərin sonunda isə 350-400 min tona enmişdi.

Kənd təsərrüfatının ən gəlirli sahələrindən biri kimi, respublikada üzümçülüyün bərpa və inkişaf etdirilməsinə çox ciddi diqqət və qayğı göstərilmişdir. Hər şeydən əvvəl, bu illərdə H.Əliyevin rəhbərliyi və şəxsi köməyi ilə bir tərəfdən üzümçülükdə vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilmiş, digər tərəfdən isə geniş miqyasda yeni üzümlüklər salınmışdı. Həmçinin üzümçülük iqlim və torpaq xüsusiyyətlərindən asılı olmayaraq respublikanın bir sıra rayonlarında və bölgələrində cəmləşdirildi. 60-cı illərdə üzümçülükdə yaranmış ağır vəziyyəti qısa müddətdə aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycan KP MK-nın bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə olunmuş və əhəmiyyətli qərar qəbul edilmişdi.
Görülən kompleks tədbirlər sayəsində 1969-1982-ci illərdə üzümçülük misli görünməmiş sürətlə inkişaf etdi. 1969cu ilə qədər orta illik üzüm istehsalının həcmi 232 min ton olduğu halda 1971-1975-ci illərdə bu rəqəm 431,9 min ton, 1976-1980-ci illərdə isə 945,0 min ton olmuşdu. 1982-ci ildə respublikada 1815,6 min ton üzüm istehsal olunmuşdu. Məhsuldarlıq isə 1969-cu ildəki 43,6 sentnerdən 1982-ci ildə 101,5 sentnerə, əkin sahəsi isə 57,1 min hektardan 174,9 min hektara çatmışdı.
Üzümçülükdə ixtisaslaşma və təmərküzləşmə başa çatdırılmışdı. Belə ki, bu sahə Cəlilabad, Şamaxı, Qazax, Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda cəmləşdirilmişdi. Təkcə 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə çox məhsul istehsal edilmişdi. 1971-1975-ci illərdə Heydər Əliyevin qayğısı və köməyi ilə üst-üstə 353 min ton üzümü ilkin emal edən şərab zavodları tikilib istifadəyə verilmişdi.
Həmçinin respublikada üzümçülüyün 1976-1982-ci illərdəki inkişafında H.Əliyevin prinsipial mövqeyi və tələbi əsasında Sov. İKP MK-nın SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək haqqında» və 1979-cu il fevralın 22-də «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərarlar əhəmiyyətli rol oynamışdır. Məhz bu qərarların həyata keçirilməsi və H.Əliyevin fədakar əməyi nəticəsində respublikada üzüm əkini sahəsi 174,9 min hektara, üzüm istehsalı isə 1 milyon 815 min tona çatmışdı. Üzümün emalı və şərabçılıq genişlənmişdi. 1970-1979-cu illərdə respublikada bir məhsul yığımı ilində 860 min ton üzüm emal edən çoxsaylı zavodlar tikilmişdi. Ümumiyyətlə, 1971-1975-ci illərdə respublikada 28 yeni şərab zavodu istifadəyə verilmişdi. Bu zavodlar içərisində şampan və konyak zavodları müasir texnologiyaya daha uyğun idi. Bakı şampan zavodu ilk məhsulunu 1944-cü ildə buraxmışdı. Bu zavodda 1944-cü ildə 53 min şüşə şampan buraxılmışdı. 1965-ci ildə 739 min, 1970ci ildə 1,129 min, 1979-cu ildə isə 2.400 min şüşə şampan istehsal edilmişdi.
70-ci və 80-ci illərin birinci yarısında şərab emalında konyak istehsalı da mühüm yer tutmuşdu. Bu içki növünə tələbat çox olduğundan həmin illərdə respublikada konyak spirti və konyak istehsalı ilbəil artmışdı. Əgər 1970-ci ildə 0,5 milyon litr konyak istehsal edilmişdisə, 1979-cu ildə bu rəqəm 1,3 milyon litrə çatdırılmış və 4,3 dəfə artmışdı. 70-ci illərdə və sonrakı dövrdə respublikada «Moskva», «Şirvan», «Göygöl», «Azərbaycan» «Yubiley», «Gəncə» və s. adlı yeni konyaklar buraxılmışdı.
1980-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində 375 müəssisə və təşkilat, o cümlədən 298 ixtisaslaşdırılmış üzümçülük sovxozu var idi ki, bunlardan da 105-i üzümün ilkin emalı zavodu idi. Respublikada 8 müstəqil zavod var idi ki, onlar da üzümün birinci və ikinci emalı ilə məşğul olurdu. Həmçinin, il ərzində respublikada tədarük edilən üzümün 86,6%-i Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin tabeliyində olan sovxozların payına düşürdü.
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» keçmiş Sov.İKP MKnın və SSRİ Nazirlər Sovetinin 1975-ci il 9 iyul tarixli qərarında və 1977-1980-ci illərdə respublikanın iqtisadi və sosial inkişaf planında müəyyən olunmuş tapşırıqların müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində, 1979-cu ildə
üzüm istehsalı 1,045 min tona çatdırıldı.
Dövlətə üzüm satışı 1969-cu ildəkinə nisbətən 1983-cü ildə 8,4 dəfə artmış, həmçinin bu ildə keçmiş İttifaq üzrə üzüm tədarükündə Azərbaycanın payı 4,3 dəfə çoxalıb 7%-ə çatmışdı.
1976-1980-ci illərdə dövlətə, təqribən, 5 milyon ton üzüm satılmış, Azərbaycanda iri üzümçülük rayonları yaranmışdı ki,bu da onların iqtisadi və sosial tərəqqisində çox böyük irəliləmə və perspektivlərə gətirib çıxarırdı. 1980-ci ildə yalnız Cəlilabad və Şamaxı rayonları dövlətə 1969-cu ildə bütün respublikanın təhvil verdiyindən 1,6 dəfə çox üzüm satmışdı.
1984-cü ildə respublikada üzüm istehsalı 2 milyon tona, hər hektardan məhsuldarlıq 95 sentnerə çatdırılmışdı.
Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında keçmiş Sov.İKP MK-nın məlum qərarı ilə əlaqədar olaraq üzümçülüyün istiqamətini dəyişdirmək sahəsində görülən tədbirlərin uğursuzluqları respublikada üzümçülüyün son-rakı inkişafına pis təsir göstərmiş, min hektarlarla bol məhsul verən üzüm bağları məhv edilmiş, üzümçülüyə diqqət xeyli azalmış və nəticədə, iqtisadiyyatın bu mühüm sahəsində məhsul istehsalının, onun emalının inkişaf dinamikası pozulmuşdu.
Üzümçülüyün inkişaf etdirilməsinin yenidən qurulması proqramı qəbul edilsə də, bu sahədə görülən tədbirlər sona çatdırılmamışdı. Həmçinin üzümçülüyün üzləşdiyi yeni problemlərin həllində aidiyyatlı orqanlar və təşkilatlar lazımi qətiyyət və ardıcıllıq göstərmirdilər. Nəticədə, üzümçülüyə pis münasibət yarandı. 80-ci illərin sonuna yaxın böyük əmək və zəhmət hesabına, külli miqdarda dövlət vəsaiti hesabına yaranmış aqrar bölmənin aparıcı sahələrindən biri olan üzümçülük təsərrüfatı məhv olmaq təhlükəsi ilə üzləşdi.

Problemlər və çətinliklər

80-ci illərin ortalarından respublika iqtisadiyyatında dinamik inkişaf pozulmağa, istehsalın sürəti aşağı düşməyə başladı. Bunun səbəbi, ilk növbədə, keçmiş SSRİ-də gedən ictimai-siyasi proseslərlə, həm də respublikaya rəhbərliyin zəifləməsi ilə bağlı idi.
70-ci illərə nisbətən 80-ci illərin ikinci yarısında istehsalın artım surəti sənayedə 1,8-2, kənd təsərrüfatında isə 2,3 dəfə azalmışdı.
İnzibati-amirlik metodu ilə rəhbərlikdən uzaqlaşa bilməyən sovet hökumətinin iqtisadiyyatda yaranmış problemləri, çətinlikləri həll etmək cəhdi baş tutmadı.

Taxılçılığın inkişafı

Respublikada taxılçılığı daha da inkişaf etdirmək üçün əlverişli iqlim və təbii şəraitin olmasına baxmayaraq 60-cı illərdə bu sahəyə diqqət zəif idi.
Azərbaycan KP MK-nın avqust (1969-cu il) və sonrakı plenumlarında taxılçılığa bəslənən yanlış və zərərli münasibət ciddi tənqid edildi, həmçinin taxılçılığın inkişaf perspektivləri göstərildi.
Respublikada kənd təsərrüfatının inkişafını yüksəlt-mək məqsədilə keçmiş Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qəbul etdiyi «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında» 1970-ci il 23 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli qərarlarının həyata keçirilməsi nəticəsində Azərbaycanda taxılçılığın inkişafına diqqət xeyli artırılmışdı.
70-ci illərdən başlayaraq taxılçılıq, əsasən, aran və dağətəyi rayonlarda cəmlənmişdi.
Respublikanın ümumi torpaq sahəsi 8 mln. 642 min hektardır. Bunun 191 min hektarı kənd təsərrüfatı üçün yararlıdır. 70-ci illərdə bu sahənin 1 milyon 348 min hektarı əkin, 255 min hektarı isə çoxillik bitkilər - bağlar, üzümlüklər altında olmuşdur. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1 milyon 142 min hektar olmuş və bunun da 860 min hektarından əkin üçün istifadə edilmişdir.
Nəticədə 1970-1982-ci illərdə taxılçılıqda böyük irəliləyişlər baş vermişdi. Belə ki, əgər taxıl əkini 1969-cu ildə 604,1 min hektar, istehsal 573,9 min ton, hektardan məhsuldarlıq isə 9,5 sentner təşkil edirdisə, 1982-ci ildə 511,9 min hektar əkin sahəsindən 1.211,3 min ton taxıl əldə edilmiş, məhsuldarlıq 24,6 sentnerə çatdırılmışdı.
Respublikada taxıl istehsalı 1980-ci ildə 136,5 min ton, 1981-ci ildə 1150,8 min ton, 1982-ci ildə isə 1211,3 min ton təşkil etmişdi. Dövlətə taxıl satışı 1980-ci ildə 360,9 min ton, 1981-ci ildə 402,7 min ton, 1982-ci ildə isə 353 min ton olmuşdu.
1982-ci illərə qədərki dövr üçün qəbul edilmiş ərzaq proqramının yerinə yetirilməsi taxılçılığın durmadan inkişafını tələb etsə də, həmin illərdə respublikada bu sahənin inteqrasiyasına, dinamik, sabit inkişafına diqqət zəif olmuşdu.
Yalnız 1985-ci ildə respublikada taxıl istehsalı 1.300 min ton, orta illik məhsuldarlıq 25 sentner olmuşdu. İnkar etmək olmaz ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım omuşdu. Lakin respublika əhalisinin taxıla olan ehtiyacı baxımından taxıl əkinini genişləndirmək, ümumi taxıl yığımını milyon tona çatdırmaq olardı. Bu nəticəni əldə etmək üçün taxıl əkini sahələrini genişləndirmək, becərmə qaydalarına, meliorasiya işlərinə başlıca diqqət yetirmək, torpaqdan səmərəli istifadə etmək, hər hektardan məhsuldarlığı 40-45 sentnerə çatdırmaq, məhsul yığımını qısa müddətə və itkisiz başa çatdırmaq lazım idi.
Respublika əhalisinin taxıl məhsullarına olan tələbatına uyğun istehsal strukturu müəyyənləşdirilməli idi. Respublika əhalisinin taxıla olan tələbatını tam ödəmək üçün 3,6 milyon ton taxıl istehsal etməli idi. Bu məlum olduğu halda, nədənsə uzun müddət respublikamızda taxıl istehsalına başlıca diqqət yetirilməmişdi.
80-ci illərin sonuna yaxın bu sahəyə diqqət bir qədər də zəifləmişdi. Yalnız SSRİ-nin iflasından sonra müstəqillik əldə etmiş respublika hökuməti iqtisadi strukturda taxılçılığın inkişafına diqqəti artırmağa başladı. Taxıl əkini sahələri genişləndirildi. Nəticədə, 1992-ci ildə 1 milyon 363 min ton taxıl istehsal edildi. Bu da respublikada taxıla olan ehtiyacın 30-33%-ni təşkil edirdi. Respublikada taxılçılığın inkişafına münasibət kökündən dəyişməlidir.

Bostançılıq və tərəvəzçiliyin inkişafı

1970-1980-ci illərdə respublikada kənd təsərrüfatını kompleks inkişaf etdirmək tədbirləri sistemində bostançılıq və tərəvəzçiliyin inkişafı özünəməxsus yer tutmuşdu. 70-ci illərdə bu sahənin inkişafı üçün görülən tədbirlər daha geniş miqyas almış, respublikamızda tərəvəz istehsalının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində səmərəli iş aparılmışdı. Bu məqsədlə respublikamızda 1975-ci ildə təşkil edilmiş Azərbaycan Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin iş təcrübəsi müsbət olmuşdu. Tərəvəzçilik və meyvəçilik sovxozları, çay yetişdirən sovxozlar, konserv, tədarük, nəqliyyat və tara müəssisələri, çay emalı müəssisələri, elmi-tədqiqat meyvəçilik və tərəvəzçilik institutları, iki sovxoz-texnikum onun ixtiyarına verilmişdi. 17 rayonda aqrar-sənaye və aqrar-satış birliyi təşkil edilmişdi.
«Azərmeyvətərəvəzsənaye» Aqrar-Sənaye Birliyi 160 ixtisaslaşdırılmış sovxoza, 14 konserv zavoduna, 12 aqrarsənaye və 7 aqrar-satış birliyinə mərkəzləşdirilmiş qaydada rəhbərlik etmişdi.
70-80-ci illərdə təsərrüfatlararası birlik və müəssisələrin təşkili əməyin xarakterində dərin keyfıyyət dəyişiklikləri yaradılmasını sürətləndirmişdi. Bu faktı demək kifayətdir ki, «Azərmeyvətərəvəzsənaye» Birliyi respublika üzrə kənd təsərrüfatı məhsullarının 13,3%-ni verirdi və respublikada tərəvəz istehsalıınn 83%>-i burada cəmləşmişdi. 70-ci illərin ikinci yarısında tərəvəzçiliyin inkişafına diqqət daha da gücləndirilmişdi. Tərəvəz, orta illik istehsalı 835 min tona çatmış, 70-ci illərin birinci yarısına nisbətən 58% artmış, 1980ci ildə hər hektardan məhsuldarlıq 198 sentner olmuşdu.
1981-ci ildə isə dövlətə 644 min ton tərəvəz təhvil verilmişdi. Respublikanın əkinçilik məhsulunda tərəvəzçiliyin xüsusi çəkisi 70-ci illərdə ilbəil artmışdı. 70-ci illərin ikinci yarısı (1976-1980-ci illərdə) respublikada tərəvəzçiliyin inkişafında daha yeni, yüksək mərhələ olmuşdur. 1980-ci ildə hər hektardan məhsuldarlıq 1975-ci ilə nisbətən 27% çoxalmışdı. Tərəvəzin çeşidi genişlənmiş, keyfıyyət isə bir qədər yüksəlmişdi. Tərəvəzçiliyin rentabelliyi 65%>-ə çatdırılmışdı. 1976-1980-ci illərdə tərəvəzçiliyin inkişafı sahəsində Lənkəran, Masallı, Xaçmaz və digər rayonlar mühüm rol oynamışdı.
Respublikada 1970-ci ildə 234,3 min ton tərəvəz istehsal edilmişdisə, 1971-1975-ci illərdə orta illik istehsal 324,1 min ton, 1975-ci ildə 369,5 min ton, 1976-1980-ci illərdə 477,1 min ton, 1980-ci ildə 458,1 min ton, 1981-1985-ci illərdə 522,9 min ton və 1985-ci ildə 540,2 min ton, 1986-cı ildə 508,4 min ton, 1987-ci ildə 443,9 min ton olmuşdu.
1980-ci ildə tərəvəz məhsulları tədarükü 1975-ci ildəkinə nisbətən 36%-ə qədər artmış, 1976-1980-ci illərdə respublikanın tərəvəzçilik təsərrüfatlarında 4,2 mln ton məhsul istehsal olunmuşdu. Digər tərəfdən, tərəvəzin məhsuldarlığı da bu illərdə xeyli artmış, orta hesabla illik məhsul istehsalı hər hektardan 200 sentner olmuşdu ki, bu da 1966-1970-ci illərdəki göstəriciləri 1,7 dəfə, 1971-1975-ci illərdəki göstəriciləri 1,4 dəfə ötüb keçmək demək idi.
1981-1985-ci illərdə respublikada kənd təsərrüfatının kompleks inkişafı üçün dövlət tərəfındən 1 milyard 350 milyon manat, meliorasiya təsərrüfatı qurğuları tikintisi üçün 1 milyard 200 milyon manat məbləğində əsaslı vəsait ayrılmışdı. Bunun nəticəsində su təminatı yüksək və sabit tərəvəz məhsulu götürmək üçün möhkəm təməl yaradılmışdı. Nəticədə, 1985-ci ildə tərəvəzçilik məhsulları tədarükü 1975-ci ilə nisbətən 36%dən çox artmışdı. Lakin bu inkişaf sürətini uzun müddət saxlamaq mümkün olmamışdı. Tezliklə iqtisadiyyatın ayrı-ayrı sahələrində müşahidə olunan mənfı meyllər öz təsirini tərəvəzçiliyin inkişafında da büruzə vermişdi.
80-ci illərin ikinci yarısından başlayaraq, bostançılıqda və tərəvəzçilikdə yenə də nöqsanlar və neqativ hallar yaranmağa başlamışdı. Belə ki, tərəvəzçiliyin inkişafında mühüm əhəmiyyəti olan istixana təsərrüfatının gücündən daha məhsuldar istifadə edilməmiş, örtülü təsərrüfatlarda - torpaqda tərəvəz istehsalına lazımınca diqqət yetirilməmişdi. Nəticədə, 1986-cı ildən başlayaraq tərəvəzçiliyin inkişafında - istehsalda geriləmə başlamış, sabit inkişaf dinamikası pozulmuşdu. Su ehtiyatlarının azlığı da istehsala pis təsir göstərmişdir. Həmçinin, istehsalın azalmasının qarşısının alınması üçün kompleks şəkildə heç bir tədbir görülməmiş, belə bir şəraitdə istehsala köhnə münasibətlər, arxayınçılıq psixologiyası özünü göstərmişdi.
1976-1980-ci illərdə, demək olar ki, kənd təsərrüfatında əmək məhsuldarlığının orta illik artımı 6,7% olmuşdu. 1980-ci ildə kənd təsərrüfatında əmək məhsuldarlığı 1975-ci ilə nisbətən 138%) artmışdı. O cümlədən, hər hektardan məhsuldarlıq aşağıdakı inkişaf səviyyəsində olmuşdu:
1970-1980-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı əhəmiyyətli dərəcədə artmış, istehsalın rentabelliyi yüksəlmişdi. Məsələn, 1976-1980-ci illərdə kolxoz və sovxozların xalis gəliri 1971-1975-ci illərə nisbətən 2,1 dəfə, 1966-1970-ci illərə nisbətən isə 5 dəfə çoxalmışdı. 1980-ci ildə kənd təsərrüfatında rentabellik keçmiş İttifaqın orta səviyyəsindən yuxarı qalxmış, kolxozlarda 35%, sovxozlarda 30% olmuşdu.
70-ci illərdə respublikanın kənd təsərrüfatı istehsalı sürətlə artmış və nəticədə, keçmiş İttifaq üzrə olan göstəriciləri ötüb keçmişdi. Beləliklə, respublikanın iqtisadiyyatında kənd təsərrüfatı istehsalının xüsusi çəkisi xeyli yüksəlmişdi.
70-ci illərin ikinci yarısında birinci yarımilliyə nisbətən ölkəyə 1,5 dəfə çox taxıl, pambıq, tərəvəz, 2,2 dəfədən çox üzüm, 16% çox ət, 20% çox yun, 36% çox yumurta və 33% çox süd verilmişdi.
Bununla yanaşı, faktiki və statistik sənədlər göstərir ki, 80-ci illərin ortalarına yaxın iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatının aparıcı sahələrində də obyektiv və subyektiv səbəblərdən artım sürəti pozulmuş, istehsal azalmağa başlamışdı. Buna başlıca səbəb Sovet cəmiyyətində baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın idarə edilməsində yaranan mənfı meyllər, ciddi nöqsanlar, həm də respublikanın öz daxilində kənd təsərrüfatına qeyri-ciddi münasibətin, arxayınçılığın yaranması idi.

70-80-ci illərdə Azərbaycan SSR-də tütünçülük, baramaçılıq, çayçılıq

1969-cu il avqust və sonrakı plenumlarda respublikada tütünçülüyün, baramaçılığın və çayçılığın vəziyyəti geniş təhlil olundu, uzun sürən geriliyin səbəbləri müəyyənləşdirildi və bu təsərrüfat sahələrinin inkişaf perspektivləri göstərildi.
Azərbaycanda tütün, barama və çay istehsalının vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi Azərbaycan KP MK-nın XVIII, XXIX, XXX və XXXI qurultaylarının qərarlarında da öz əksini tapdı.
70-80-ci illərdə respublikada tütün istehsalına diqqət xeyli gücləndi. Bu illərdə tütünçülük təsərrüfatlarında kompleks tədbirlər görüldü, mərkəzləşmə və sahənin ixtisaslaşması aparıldı. Tütünçülük əsasən Qəbələ, Qazax, Lerik, Qubadlı, Balakən, Oğuz, Şəki, Zaqatala, Zəngilan və digər rayonlarda cəmləşdirildi.
Respublika rəhbəri Heydər Əliyevin düzgün, məqsədyönlü siyasəti nəticəsində 70-80-ci illərdə tütünçülükdə böyük irəliləyişlər başladı. Respublikada tütün istehsalı 1969-cu ildəki 24,4 min tondan 80-ci illərin ortalarında 67 min tona, məhsuldarlıq müvafıq olaraq 18 və 35,3 sentnerə çatdırılmışdı.

70-80-ci illərdə çayçılıq. Azərbaycanın kənd təsərrüfatının ən mühüm sahələrindən biri də çayçılıqdır. 7080-ci illərdə çayçılığın inkişafına böyük diqqət yetirilmişdir. 70-ci ilə qədər respublikada cəmi 7,5 min hektar sahədə çay bitkisi əkilmiş, bu sahədən 9,9 min ton yaşıl çay yarpağı istehsal olunmuşdu. Bu zaman bir hektardan orta məhsuldarlıq 16,9 sentner təşkil etmişdir. Respublika rəhbəri Heydər Əliyev kənd təsərrüfatı işçilərinin respublika toplantılarında kənd təsərrüfatının digər bölmələri ilə yanaşı, çayçılığın da inkişaf etdirilməsi üçün konkret göstərişlər vermiş, təkliflər irəli sürmüşdü. Nəticədə, çayçılığın zonalar üzrə ixtisaslaşdırılması və təmərküzləşdirilməsi istiqamətində böyük işlər görülmüşdü. 1978-ci ildə dövlətə 48 min ton yaşıl çay yarpağı təhvil verilmiş, əmək məhsuldarlığı 1970-ci ilə nisbətən 31,3 faiz artmışdı. 70-80-ci illərdə çayçılıq sahəsində Lənkəran, Astara, Masallı rayonları ixtisaslaşdırılmışdı. 1977-ci ildə Azərbaycanda 14,2 min ton yaşıl çay yarpağı tədarük edilmişdi ki, bu da 1940-cı ildəkindən 33 dəfə çox idi.
70-80-ci illərdə respublikada istehsal olunan çay yarpağının 97 faizi Azərbaycan Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar Sənaye Birliyinin sovxozlarında istehsal edilmişdi və Aqrar sənaye inteqrasiyası əsasında çaybecərmənin ixtisaslaşdırılması Lənkəran, Masallı və Astara rayonlarının iqtisadiyyatının inkişafına böyük təsir göstərdi. Bu rayon təsərrüfatlarında «Azərbaycan - 2», «Azərbaycan - 4» və Gürcüstandan gətirilmiş «Kolxida» kimi məhsuldar çay sortlarının əkini genişləndirildi.
70-ci illərdə Azərbaycan çayı keçmiş sovet imperiyasının 200-dən çox şəhərinə, xarici ölkələrə göndərilirdi.
1979-cu ildə çay istehsalı 20 min tona çatdırıldı ki, bu da
1969-cu ildəkindən 2,1 dəfə çox idi.
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 1982-ci il dekabrın 2-də «1982-1985-ci illərdə respublikada çay təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 saylı qərar qəbul etmişdi ki, bu da çayçılığın sonrakı inkişafında başlıca rol oynamışdı. Nəticədə, 1981-1985-ci illərdə respublikanın çayçılıq təsərrüfatlarında 108,4 min ton əvəzinə 146 min ton yaşıl çay yarpağı toplanmışdı. Bu illərdə respublikada çay becərilən sahələr 12,3 min hektara, hektardan məhsuldarlıq isə 45 sentnerə çatdırılmışdı.
Azərbaycan çayı dəfələrlə beynəlxalq yarmarkalarda və sərgilərdə, o cümlədən 1975-ci ildə Macarıstanda, 1982-ci ildə Anqolada, Efıopiada, Çexoslovakiyada və digər ölkələrdə nümayiş etdirilmiş və mükafatlar almışdı.
Lakin 1988-ci ildən respublikada yaşıl çay yarpağı istehsalı ilbəil azalmağa başlamışdı.

Baramaçılıq

70-80-ci illərdə Azərbaycan kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan baramaçılığın inkişafına da diqqət artırılmışdı. Bu illərdə baramaçılığın inkişafından daha səmərəli istifadə olunmasının yolları müəyyən edilmiş, yeni baramaçılıq təsərrüfatları yaradılmışdı.
Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin 17 martında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin «Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında» qərar qəbul olundu ki, bu da ipəkçiliyin sonrakı inkişafında böyük əhəmiyyətə malik oldu.
İpəkçilik Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, Cəbrayıl və digər rayonlarda cəmləşdirildi. 70-80-ci illərdə Azərbaycan ipəyinin şöhrəti özünə qaytarıldı.
Respublikada barama istehsalı 1969-cu ildəki 3569 tondan 1982-ci ildə 5272 tona çatdırıldı. 1970-1982-ci illərdə dövlətə satılan baramanın miqdarı 1,4 dəfə artmış, barama istehsalı 1983-cü ildə 5039 ton, 1986-cı ildə isə 5678 ton təşkil etmişdi. Sonrakı illərdə respublikada barama istehsalına diqqət zəiflədiyindən istehsalın miqdarı azalmağa başlamışdır. 1993cü ildə barama istehsalı 3202 tona endi.
1969-1982-ci illərdə respublika iqtisadiyyatında, o cümlədən sənaye və kənd təsərrüfatında sıçrayışlı, misilsiz inkişaf, maddi istehsalın öz strukturunda mütərəqqi keyfıyyət dəyişiklikləri, həm də əhalinin maddi rifah halının durmadan yaxşılaşmasını təmin etmiş, həyat səviyyəsi, mədəni və mənəvi həyatı yüksəlmişdi. İqtisadi həyatdakı uğurlar əhalinin milli gəlirinin artmasına səbəb olmuşdu. 1970-ci ildə Azərbaycanda adambaşına milli gəlir orta ittifaq səviyyəsinin 62 faizini təşkil edirdisə, 1980-ci ildə bu rəqəm 80 faizə yüksəlmişdi.
Respublikada milli gəlir 1965-ci ilə nisbətən 1975-ci ildə 2 dəfə, 1982-ci ildə 4,1 dəfə artmışdır.
Xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1970-ci ildəki 125 manatdan 1982-ci ildə 164 manata qaldırılmışdır. Kolxozçuların orta aylıq əmək haqqı müvafıq olaraq 80 manat və 208 manat olmuşdu.
«Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfıyyətcə yeni mərhələyə keçirilməsinə görə IX, X və XI beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yer tutur». 80-ci illərin ortalarından başlayaraq, respublika rəhbərlərinin bacarıqsızlığı və səhlənkarlığı nəticəsində, keçmiş ittifaqda gedən proseslərin təsiri altında respublikada 1969-1982-ci illərdə formalaşmış iqtisadi inkişaf dinamikası pozulmuş, intensiv inkişaf ekstensiv xarakter almış, istehsalın səviyyəsi bütün sahələrdə aşağı düşməyə başlamışdır.
Cədvəl 1
1969-1982-ci illərdə Azərbaycanda bararna istehsalı barədə


İllər

İstehsal (ton)

İllər

İstehsal (ton)

1969

3569

1976

4856

1970

3661

1977

5007

1971

4055

1978

4740

1972

4095

1979

4848

1973

4456

1980

4984

1974

4455

1981

4901

1975

4385

1982

5272

Cədvəl 2
1969-1982-ci illərdə Azərbaycatı Respublikasında mal-qaranın sayı (ilin axırına min baş)


İllər

Mal

O cümlədən inək, camış

Davar

Quş

1960

1373,0

505,3

48845

7422,0

1965

1460,3

576,3

3864,9

6850,5

1969

1560,3

615,0

3960,6

8623,8

1970

1576,8

605,1

4371,2

8780,8

1980

1806,2

675,8

5361,6

20687,6

1982

1887,1

723,1

5332,4

24470,0

70-80-ci illərdə kənd təsərrüfatının ən əhəmiyyətli sahələrindən biri heyvandarlıq idi. Bu illərin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, heyvandarlığın inkişafında ciddi kəmiyyət və keyfıyyət dəyişiklikləri baş vermişdi.
Digər tərəfdən, əhalinin ərzağa olan ehtiyacının ödənilməsində heyvandarlığın inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir. Bu sahədə geriliyin aradan qaldırılması, heyvandarlıq      təsərrüfatının mexanikləşdirilməsi, ixtisaslaşdırılması, möhkəm yem bazasının yaradılması, malqaranın tərkib və cinsinin yaxşılaşdırılması, zoobaytarlıq xidmətinin yüksəldilməsi və s. məsələlər dövlət və hökumət orqanlarının daha çox diqqət yetirdiyi problemlər olmuşdu.
Respublikada heyvandarlığın inkişafında Azərbaycan KP MK-nın avqust (1969-cu il), Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tələbləri haqqında» 1970-ci il 23 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli, «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu il 22 fevral tarixli və sonrakı digər qərarlarının yerinə yetirilməsi başlıca rol oynamışdı.
1975-ci il 25 sentyabrda Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin iclasında «Muxtar Respublikanın kolxoz və sovxozlarında iribuynuzlu mal-qara üzrə inkişaf vəziyyəti haqqında» məsələ müzakirə edilmişdi. Qeyd olunmuşdu ki, 1975-ci ildə 1974-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 845 baş artdığı halda, Naxçıvan rayonunda inək-camışın ümumi sayı 245 baş, Ordubad rayonunda 70 baş, Şahbuz rayonunda 62 baş, Culfa rayonunda 68 baş azalmışdı.
1975-ci il dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Sovetində «1974-1975-ci illərdə ictimai heyvandarlıq sahəsində baş vermiş cinayət hadisələri haqqında» məsələyə baxılarkən qeyd olunmuşdu ki, bu müddətdə 19 cinayət hadisəsi baş vermiş, dövlətə 27371 manat zərər dəymiş və onun 20672 manatı cinayətkarların hesabına ödənilmişdir. 1974-cü ildə 277 baş xırdabuynuzlu, 40 baş iribuynuzlu mal-qara və 1975-ci ilin 9 ayında 702 baş xırdabuynuzlu, 56 baş iribuynuzlu mal-qara mənimsənilmişdi.
Məhsuldar mal-qaranın cinsləşdirilməsinə respublikanın heyvandarlıq təsərrüfatlarında diqqət xeyli artırılmış, SSRİ-nin müxtəlif yerlərindən respublikaya 34 min baş məhsuldar cins mal-qara gətirilmişdi. Nəticədə, respublika üzrə 1975-ci ildə 1965-ci ilə nisbətən ət istehsalı 1,3 dəfə, süd istehsalı 1,8 dəfə artmışdı.
Heyvandarlığın inkişafı sahəsində qazanılmış nailiyyətlərin nə dərəcədə böyük ictimai-iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu daha ətraflı, dolğun təsəvvür etmək üçün, qısaca da olsa, 70-ci illərə qədərki on illik dövrdə respublikamızda kənd təsərrüaftının bu mühüm sahəsinin heyvandarlığın inkişaf səviyyəsinə nəzər yetirək: 1959-1965-ci illərdə kolxozlarda, təsərrüfatlararası müəssisələrdə, sovxozlarda və digər dövlət təsərrüfatlarında heyvandarlıq məhsullarının orta illik istehsalı 169,2 milyon manata, 1966-1970ci illərdə isə 175,5 milyon manata bərabər idi. Həmçinin, heyvandarlığın məhsuldarlıq göstəriciləri çox aşağı idi. 1969-cu ildə kolxoz və sovxozlarda hər inək və camışdan cəmi 677 kq süd sağılmış, hər yumurtlayan toyuqdan 92 yumurta alınmışdı. Dövlətə satılmış hər baş qaramalın orta diri çəkisi cəmi 209 kq idi. Hər 100 doğar inəkdən 49 buzov, hər 100 ana qoyundan 43 quzu alınmışdı.
Respublikada ictimai heyvandarlığın sonrakı illərdə inkişaf prinsipləri keçmiş Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il iyulun 9-da qəbul etdiyi qərarda öz əksini tapmışdır. Bu qərar respublikanın mərkəzi və yerli idarəetmə orqanlarında geniş şəkildə müzakirə edildi. Müəyyən olundu ki, hələ də bir çox heyvandarlıq təsərrüfatlarında ciddi nöqsanlar qalmaqdadır. Süründürməçilik, rəqəmlərin şişirdilməsi, saxta sənədləşmə və s. heyvandarlıq təsərrüfatında tam ləğv edilməmişdi.
1979-cu ildə respublikanın heyvandarlıq təsərrüfatları 136 min ton ət, 768 min ton süd, 690,4 milyon ədəd yumurta istehsal etmişdi. 1975-ci ilə nisbətən 1980-ci ildə süd istehsalı 31%, ət - 14%, yumurta - 26% və yun - 21% artmışdı.
1980-ci ildə dövlətə 121,2 min ton mal-qara və quş əti, 326,1 min ton süd, 278,4 milyon yumurta, 11,8 min ton yun tədarük edilmişdi. Heyvandarlığın inkişafı ilə bağlı materialların və sənədlərin təhlili göstərir ki, kolxoz və sovxozlarda 1980-ci ildə 10 il əvvəldəkinə nisbətən 1,5-3 dəfə çox heyvandarlıq məhsulu istehsal edilmişdi.
70-ci illərin ikinci yarısında respublikada heyvandarlıq məhsulları istehsalı 641 milyon manata, ictimai təsərrüfatlarda isə 286 milyon manata çatmışdı ki, bu da 1966-1970-ci illər üzrə müvafıq göstəricilərdən 203 və 110,4 milyon manat çox idi. 1976-1980-ci illərdə isə kənd təsərrüfatı müəssisələrində heyvandarlıq məhsulları istehsalının 1971-1975-ci illərə nisbətən mütləq artımı 65 milyon manat olmuşdu ki, bu da 1959-1970-ci illərdəki müvafıq göstəricidən 10 dəfə çox idi.
Görülmüş tədbirlər nəticəsində, 1976-1980-ci illərdə respublikamızda heyvandarlıq məhsullarının tədarükü də yaxşılaşmış, məsələn, mal-qara və quş əti tədarükü 14%, yumurta tədarükü 26%, süd tədarükü 31%, yun tədarükü 21% artmışdı.
80-ci illərdə zoobaytarlıq xidmətinin aşağı səviyyədə olması, mal-qara üçün bina və tövlə təminatının pis olması kimi nöqsanlar və çətinliklər də mövcud idi. Belə nöqsanlar Yardımlı, Zərdab, Sabirabad, Ucar, Göyçay rayonlarının heyvandarlıq təsərrüfatlarında daha dözülməz vəziyyət əmələ gətirmişdi.
80-ci illərdə respublikada heyvandarlığın inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdi. 1981-ci ilin martında «Heyvandarlıq məhsullarının istehsalının artırılması, dövlətə satılması və yem bazasının möhkəmləndirilməsi sahəsində Abşeron, Şəki, Xanlar, Beyləqan və İsmayıllı rayonlarının heyvandarlarının təşəbbüsü haqqında», 1981-ci ilin iyununda «Sov. İKP XXVI qurultayının tələbləri ilə əlaqədar ictimai heyvandarlığın inkişafı sahəsində Abşeron və Balakən rayonlarının partiya təşkilatlarının işi haqqında» Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarlar Azərbaycanda heyvandarlığın inkişafı sahəsində təsərrüfat orqanlarının fəaliyyətinin güclənməsinə səbəb olmuşdu.
Heyvandarlığın intensiv inkişafını təmin etmək üçün möhkəm yem bazasının yaradılmasına xüsusi əhəmiyyət verən Şamaxı heyvandarları yem bitkiləri əkinlərini genişləndirmişdilər. Rayonda tez-tez heyvandarların müşavirələri keçirilirdi. Müşavirələrdə bu sahənin problemləri ciddi şəkildə müzakirə edilir, nöqsanları aradan qaldırmağın yolları müəyyənləşdirilirdi. 1983-1984-ci illərdə rayonun 27 təsərrüfatında 21 yem sexi istifadəyə verilmişdi.
Sənaye prinsipləri əsasında heyvandarlığın mexanikləşdirilməsi sahəsində Qazax, Şəmkir, Saatlı, Bərdə rayonlarının təsərrüfatlarında müsbət iş təcrübəsi əldə edilmişdi. 1984-cü ilin dekabrında keçirilmiş rayon heyvandarlarının iclasında qeyd edilmişdi ki, rayonun heyvandarlıq təsərrüfatlarında mal-qaranın cinsləşdirilməsi 40%-ə çatdırılmış, bir yem zavodu istifadəyə verilmişdir, 10 yem sexi tikilmiş, əl əməyi mexanikləşdirilmişdir.
80-ci illərdə əvvəlki illərlə müqayisədə respublikada heyvandarlığın intensiv inkişafı, mexanikləşdirilməsi, möhkəm yem bazasının yaradılması, fermalarda maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, heyvandarlıq məhsullarının istehsalı xeyli artmışdı.
80-ci illərin birinci yarısında - 1982-ci ildə qəbul edilmiş ərzaq proqramının heyvandarlıq məhsulları istehsalına və tədarükünə dair tapşırıqlar, əsasən, yerinə yetirilmişdi. Ət, süd, yun, yumurta istehsalı xeyli inkişaf etmişdi. Quşçuluqda yumurta və ət istehsal edən iri komplekslər yaradılmışdır. Quş əti satışı 1985-ci ildə 20,4 min ton olmuşdu ki, bu da 1980-ci ildəkindən dörd dəfə çox idi. Keçmiş DQMV, Abşeron, Ağdam, Xaçmaz, Saatlı, Şamaxı, Şəki, İmişli, Qazax rayonlarının təsərrüfatları respublikada heyvandarlıq problemlərinin həllinə xeyli kömək göstərmişdi.
Lakin heyvandarlıq məhsullarının inkişaf dinamikasında 80-ci illərin ortalarında yalnız yun istehsalı azalmağa
başlamışdı. 80-ci illərin sonlarına yaxın isə heyvandarlıq məhsullarının digər sahələrində də istehsal aşağı düşməyə başlamışdı.
1975-1985-ci illərdə respublikada yaradılmış 150-dən çox heyvandarlıq kompleksinin gücündən süd istehsalında cəmi 40%, ət istehsalında 50% istifadə olunmuşdu.
Azərbaycan KP MK-nın iyun (1984-cü il) plenumunda kənd təsərrüfatı məsələlərinə dair respublika partiya-təsərrüfat fəalları yığıncağında heyvandarlığın idarə edilməsində ciddi nöqsanlar olduğu göstərilmişdi.
80-ci illərin sonuna yaxın bir sıra obyektiv və subyektiv səbəblərdən heyvandarlığın inkişafında yaranmış problemləri və çətinlikləri həll etmək mümkün olmadı.

Müəlliflər: professor İ.X.Zeynalov, dosent X.M.Abbasova

 

0 şərh