Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Kəndli islahatının hazırlanması və keçirilməsi

Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi.
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı.


Ardı →

Azərbaycan dövlətləri

Ən qədim Azərbaycan tarixi


  • Aratta
    Aratta — Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
  • Lulubi
    Lulubi — Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət. E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.

Davamı →

XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş

XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.


Ardı →

1847-ci il Kəndli Əsasnamələri

Xanlıqlar dövründə (XVIII əsrin ortaları — 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycan ali təbəqəsinin — xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi.


Ardı →

1840-cı il inzibati-məhkəmə islahatı

Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəçiliyi kommendant idarə sistemi ilə əvəz edilmiş, xanlıqların yerində yeni inzibati bölgü — əyalətlər yaranmışdı. Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı. Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri — komendanta həvalə edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor, podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi. Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı. Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi» adlansa da, bu əslində hərbi işğal rejimi idi.


Ardı →

Rusiya işğalının başlanması. General Sisianov

Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları üzərinə yüklənməsındə general-leytenant Pavel Dmitriyeviç Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı əski gürcü əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya köçmüşdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk almışdı. «Qızılayaq yaranalın» (V.Zubovun) yürüşündə iştirak etmlş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdur.


Ardı →

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Davamı →

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində

Ölkəmizdə bütün siyasi proseslərin gedişini müəyyənləşdirmiş Petroqraddakı 1917-ci il oktyabr çevrilişi nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi Bakıda da içtimai-siyasi qüvvələr arasında gedən mübarizəni daha da kəsginləşdirdi.
Bakıda hakimiyyət məsələsi müxtəlif ictimai-siyasi qüvvələri çox kəskin şəkildə qarşı-qarşıya qoymuşdu. Əgər eser, menşevik və daşnaklar koalision demokratik bir hökumət, yəni Zaqafqaziyanın müxtəlif şəhərlərində olduğu kimi İctimai Təhlükəsizlik Komitəsi yaratmaq istəyirdilərsə, bolşeviklər hakimiyyətin Bakı Sovetinə verilməsi tələbi ilə çıxış edirdilər. Bu məsələ oktyabr ayında keçirilən Bakı Sovetinin iclaslarında gərgin mübahisə və diskussiyalara səbəb oldu. Eser, menşevik və daşnaklar nə qədər çalışdılarsa, öz istədiklərinə nail ola bilmədilər.


Ardı →

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Davamı →

Xanlıq dövrünün sonuna doğru

Yeni savaş qarşısında. Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (1619)-da Leypsiq altında «Xalqlar döyüşü» oldu. Müttəfıqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfıq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də «yekun aktı» imzalandı.


Ardı →