Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

XX  əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə  əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi.  İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında  Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq  əlaqələrini bərpa etmək məqsədilə  əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, «Sərhəd hərəkatı» adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
Ardı →

1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan

70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. Ən böyük çıxış 1977-ci il Milli Hökumətin ildönümü günü oldu.
1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29 bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi.


Ardı →

Sosial-mədəni quruculuq (1970-1980)

Respublikanın iqtisadi inkişafı əhalinin sosial-mədəni həyatını və onların maddi rifah vəziyyətini müəyyən edirdi.
70-80-ci illərdə bu sahədə əsaslı dönüş başlamışdı. 1989cu il siyahıyaalınmasına görə, respublikada 7,1 milyon əhali yaşayırdı.
Əhali. 70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial strukturunda ciddi dəyişikliklərə, əhalinin sayının artmasına səbəb oldu.


Ardı →

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan — İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi. Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin-9-da çıxdı.


Ardı →

Azərbaycanda xanlıqlar. Quba xanlığı

XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərində bir sıra elmi-tədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir.
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş və ölkə ağır vəziyyətə salınmışdı.
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların meydana gəlməsi, şimal­şərqi Azərbacyan xanlıqlarının birləşdirilməsi, İran və Türkiyəyə münasibətləri, habelə birləşməərəfəsində Quba xanlığının mövqeyidir.


Ardı →

Azərbaycan SSR sənayesi (1970-1980)

XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci yarısına düşür.
Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin iş təcrübəsi əsasında Azərbaycanın iqtisadi həyatında əldə edilən böyük uğurlar ölkəmiz üçün fərqləndirici haldır.
Azərbaycan KP MK-nın 1969-cu və 1970-ci il avqust plenumlarında respublikada iş intizamı, iqtisadiyyatda yaranmış uzun sürən geriliyin, mövcud nöqsanların, qüsurların səbəbləri müzakirə edilmiş, onların aradan qaldırılmasının yolları açıqlanmışdı.


Ardı →

1946-60-cı illərdə respublikanın sosial-mədəni həyatı

50-60-cı illərdə respublikamızda sosial və mədəni quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş, yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə, təhsildə, incəsənətdə və sosial siyasətdə bir sıra yeniliklər edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca tələbləridir.


Ardı →

Bir qalanın sirri: Qız qalası


Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.
Qala qədim İçərişəhərin cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qülləşəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq sirləri çoxdur.

Ardı →

1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya

Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi.
Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.
Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni — daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı.


Ardı →

18 oktyabr - Dövlət müstəqillik günü

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 
Ardı →