Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri

Qaraqoyunlu dövləti
Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd 1387-ci ildə Teymuru məğlub etdi.
Dövlətin banisi isə Qara Yusif olmuşdur. 1392-ci ildə Yusifin dövründə Teymur Qaraqoyunluların paytaxtı Van şəhərini tutdu. Qara Yusif Cəlairlərlə birləşdi və 1394-cü ildə birliyin qoşunları Teymur tərəfindən məğlub edildi.
Bundan sonra Qara Yusif 1406-ci və 1408-ci illərdə Teymurilər üzərində qələbə qazandı və Teymurilər Azərbaycandan qovuldular.
1410-cu ildə isə Qara Yusif ona xəyanət edən Sultan Əhmədi məğlub etdi və Cəlairlər dövlətinə son qoydu. Bununla da, Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri oldu. Şimalda Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu.
Davamı →

Azərbaycan Sasanilər və ərəb istilasi dövründə

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.


Ardı →

Azərbaycan qədim dövrdə

Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü.
3. Dəmir dövrü.
Daş dövrünün özü 3 mərhələyə ayrılır.
1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.
2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.
3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.


Ardı →

XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş

XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.


Ardı →

Buta nişanəsi haqqında

Buta ― Azərbaycanın çox tanınmış nişanəsidir. Olduqca çox sirli tərəflərə malikdir. Butanın sirri arasında Qız Qalası da gizlənir. Dünyada 6 rəqəmini xatırladan üç tikili vardır: Bunlardan biri Misirdə, digəri Mesopatomiyada, digəri isə Bakıda yerləşir.
Qız Qalasına yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər.

Deyilənlər görə, Buta Hindistan-Moğol sənətinin bir ünsürüdür. Əslində bu naxış ilk dəfə Teymurləngin nəvəsi türkəsilli Babur Şah tərəfindən istifadə edilmişdir. Təəssüf ki, türk mənşəli Buta indi bir çox mənbələrdə Hindistana istinad edilməkdədir.

Dünyanın yeni möcüzələrinə daxil olan məşhur tikili Tac Mahal da türk memarlarının və incəsənətinin bir nümunəsidir. 6-cı Babur hökmdarı Cahanşah tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarlar yaxından iştirak etmişdir.

Buta naxışlı məhsullar 19-cu əsrin ortalarında Hindistandan Şotlandiyanın Paisley şəhərinə gətirilmiş və oradan da bütün dünyaya yayılmışdır. Məhz buna görə Buta hal-hazırda Qərb dünyasında «paisley» adı altında tanınır.

Buta bizim tariximizin bir hissəsidir desək yanılmarıq. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilmişdir. Butanın izahlı lüğətlə olan tərcüməsi belədir: qönçə və parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.

Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir. Onda nənələrimizin sığalı, tariximizin izi var. Amma təəssüf ki, bu tarixi naxışın məhz Türk-Azərbaycan mənşəli olması dünyada çox az bilinir. Bunu isə tanıtmaq biz vətəndaşlara düşür.

 


Davamı →

Kənd təsərrüfatı 70-80-ci illərdə

XX yüzilliyin 70-80-ci illərində respublikanın kənd təsərrüfatında əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli artmışdı.
Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş, geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks tədbirlər görülmüşdü.


Ardı →