Gözdəymə zamanı

Bəd nəzər və ya gözdəymə anlayışları demək olar ki, bütün millətlərdə var. İnama görə, gözdəymə mənfi bioenergetik təsirdir. Bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bəd nəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Mal-qara, toyuq-cücə nəzərə gələndə, yenə kəsib yemək olur, bəs insana göz dəyəndə nə etmək olar?

Bəd nəzərlərdən qorunmaq üçün gözmuncuğu, qola bağlanan qara sap, müxtəlif bitkilərin tikanları, heyvanların kəllə sümüyündən daha çox istifadə olunur. Amma dinşünas alimlər sadalanan əşyaların bəd nəzərdən qorunma vasitələr kimi istifadəsini yanlış hesab edirlər.

Gözdəyməni elmi şəkildə əsaslandıran psixoloqlara görə, hər bir insan canlı enerji mənbəyi olduğunudan onlar bir-birinə müsbət, yaxud mənfi enerji ötürə bilir. Bu impulslar insanın bioloji sahəsinə təsir edib səhhətində problemlər yaradır. Deyilənlərə görə, göygöz adamların gözündə nəzər daha çox olur. Sən demə yorğunluq, baş ağrıları, əsəbilik, baş gicəllənməsi və süstlük gözdəymənin əlamətləridir. İnanca görə, 40-ı çıxmamış uşaqlara, hamilə qadınlara daha tez göz dəyir. Bundan əlavə, bütün günü işdə əldən düşən, siqaret çəkən, alkoqol qəbul edən, başqalarına çox qışqıran, nəfəs və qan dövranında problemi olanlara da çox tez gözdəyir. Çünki onların aurası zəif olur. Bəd nəzər xoş niyyətli insanlara da tez təsir edir. Buna səbəb, onların tam müsbət sahədən ibarət, çox şəffaf auraya malik olmasıdır. Bu auraya tam mənfi enerji sahəsi təsir etdikdə, orada alışma daha güclü olur.

Qeyd edək ki, aura insan bədənini qoruyur və burada yaranan dəliklərin uzun müddət qalması ətrafdan gələn kosmik enerjinin insan bədəninə təmizlənmədən daxil olması ilə nəticələnir. Onda xoşagəlməz hisslər yaradır. Bu dəliklər bir neçə günə, bəzən, hətta bir həftəyə qapana bilər.

El adətlərinə görə, gözdəymənin qarşısını almaq üçün adamın başına üzərik atılır, duz çevrilir, evlərin girişində nal asılır. İnanca görə, insan müəyyən bir yerə gedərkən əvvəlcə onun nəzərini maraqlı bir əşya cəlb edə bilər ki, həmin əşyaya baxarkən, ondakı olan mənfi enerji boşalır.

Elmi baxımdan üzərlik beyin hüceyrələrini aktivləşdirir, onun sıxılma, tormozlama prosesini aradan qaldırır. İkincisi, üzərliyin özü müsbət enerjili bir bitkidir. O, mənfi enerjini özünə çəkir. Duz da bədəndəki mənfi enerjini alır. Bədənin görünən hissəsində vurulan gözmuncuğu da diqqəti özünə çəkərək mənfi enerjinin boşalmasına kömək edir. Hətta güclü nəzərdən muncuqlar partlayır da.

Nənələrimiz başqa üsullardan da istifadə ediblər. Məsələn, yatarkən yatağın baş hissəsinə bir stəkan su qoyub, içinə çiy yumurta qırıb tökərək “məndə olan bütün pis gözləri götür” demək lazımdır. Səhər duranda stəkanda üzən saplar görəcəksiz. Üzən saplar elə dəyən gözdür. Suyu isə mütləq boşaltmaq lazımdır.

Kimsə sizi tərifləyən vaxt astaca dilinizin ucunu dişləyib, “mənə arzuladığını sənə də arzulayıram” deyərək sizə dəyəcək gözün qarşısını alarsız. Evdən çıxarkən mütləq qoruyucu mələyinizi çağırın. Bunun üçün “Mələyim, mənimlə gəl yanımca, sən qabaqda, mən sənin arxanca” demək lazımdır.

Elmi baxımdan bütün bunların mənfi enerjini və ya bəd nəzəri aradan götürməsi sübut olunmasa da, insanlar bunları etməklə sanki mənəvi rahatlıq tapır və bəd nəzərdən uzaqlaşdığını güman edir.

Mənbə: anspress.com

Oxşar məqalələr

 

7 şərh

Ramil

Gözdəyməyə heç vaxt inanmamışam, amma Quranı oxuduqdan sonra inandım.

Üzərliyin gözdəymədə rolunu deyə bilmərəm, amma — «Elmi baxımdan üzərlik beyin hüceyrələrini aktivləşdirir, onun sıxılma, tormozlama prosesini aradan qaldırır». — bax bununla razıyam. Çünki üzərlik baş ağrısını tez bir zamanda aradan qaldırır.

asel
bütün günü işdə əldən düşənlərə də çox tez göz dəyir.-ba xbu düzdü. əvvəllər inanmırdım, amma bu ay buna həqiqətən də inandım
asel
göygöz adamların gözündə nəzər daha çox olur.- bu dəqiqə işdə buna şahid oldum
Ramil
mən inanmıram
asel
mən inanırdım, bu gün də şahid oldum
Ramil
təsadüfdür
asel
sizə görə ola bilər.