Gözdəymə zamanı

Bəd nəzər və ya gözdəymə anlayışları demək olar ki, bütün millətlərdə var. İnama görə, gözdəymə mənfi bioenergetik təsirdir. Bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bəd nəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Mal-qara, toyuq-cücə nəzərə gələndə, yenə kəsib yemək olur, bəs insana göz dəyəndə nə etmək olar?

Bəd nəzərlərdən qorunmaq üçün gözmuncuğu, qola bağlanan qara sap, müxtəlif bitkilərin tikanları, heyvanların kəllə sümüyündən daha çox istifadə olunur. Amma dinşünas alimlər sadalanan əşyaların bəd nəzərdən qorunma vasitələr kimi istifadəsini yanlış hesab edirlər.
Ardı →

Göz dəymə

Bu mövzu atda gedəni atından salan, varlını kasıb edən və s. bu cür insan həyatında pisliklərlə dəyişiklik edən səbəblərdən biri haqqındadir. Bu elə bir şeydir ki, «insanı əbrə, dəvəni isə qazana salar». Bu göz dəymədir. 
Göz dəymənin həqiqətən olmasına Quran və sünnə dəlalət edir. Uca Allah buyurur: «Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər» (əl-Qələm, 51). İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində buyurmuşdur: «Bu ayə dəlildir ki, göz dəymə və onun təsiri haqdır». Həmçinin göz dəymənin haqq olmasına dəlalət edən Uca Allahın bu ayələridir. «Mərhəmətli və Rəhmli Allahın adı ilə! De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən!” (əl-Fələq surəsi). Qətədə buyurmuşdur: „Yəni gözündən və nəfsinin şərrindən“.
Ardı →