Ağ paltarlardan sarı ləkələri necə aparmaq olar?

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.
Təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.
Soda
Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz. Ağ paltardakı ləkəni necə aparmaq?
Aspirin
Aspirinin içində olan asetilsalisilik turşusu paltarlardakı ləkələri çox yaxşı çıxarır.
Altı aspirini toz halına gətirib suda qarışdırın. Paltarlarınızı qarışımın içində 30 dəqiqə saxlayın. Son olaraq paltaryuyan maşınınızda hər zamankı kimi yuyun. Ləkələrin tamamən yox olduğunu görəcəksiniz.
Sirkə və limon
Sirkə ən güclü ləkələri belə çıxarır və qoxunu yox edir. Həmçinin ağ rəngli paltarların rənginin solmasının qarşısını alır.
Bir az sirkə və bir az limon suyunu qarışdırıb paltaryuyan maşının yumşaldıcı qisminə tökün. Ağlarınız daha gözəl görünəcək və ətirli olacaq.

Mənbə:evdarliq.az
 

0 şərh