Рейтинг
+71.59

Bilirsinizmi?

92 üzv, 523 topik

İnsan qurban verməyi sevən mayyalılar

“21 dekabr-qiyamət günü” ssenariləri sayəsində Mayya mədəniyyəti tarix boyu bəlkə də ilk dəfə bu qədər gündəmə gəldi. Əslində, yeni dünyanın köhnə yerliləri bölgədəki yeganə mədəniyyət deyildilər. Kolumbdan əvvəl Amerikada inkalar və asteklər də ən az mayyalar qədər sirli tarixə, mədəniyyətə sahib idilər.

 1. Hansı dövrdə yaşayıblar?
 2. Harada yaşayıblar?
 3. Neçə nəfər idilər?
 4. Hansı dildə danışırdılar?
 5. Nə ilə məşğul olublar?
 6. Nəyə inanıblar?
 7. Necə yox olublar?

Davamı →

Rəsulzadə ailəsinin başına gətirilənlər

Ümmülbanu – Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.
1888-ci ildə doğulub. 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. 1937-ci ildə doğmaca həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmaları bəhanə gətirilərək Qazaxıstana sürgün olunub. Oğlunun ölümü və ailəsinin dəhşətli taleyinə dözmədiyindən 1940-cı ildə ürəyi dayanıb.

Davamı →

Dünyanın ən uzunömürlü adamı Şirəli baba

Şirəli Fərzəli oğlu Müslümov 1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində doğulub. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub.
Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti imiş. Sonucu arvadı isə Xatun Nuriyeva olub. Və deyilənə görə, Şirəli Müslimov 136 yaşında olanda Xatun xanımın ondan bir qız uşağı da dünyaya gətiribmiş.

Davamı →

Şamanlardan bizə qalan adətlər

Körpənin göbək ciyəsini basdırmaq
Altay türkləri uşağın göbək ciyəsini ağac qabığına dolayıb evin/çadırın yaxınlığında basdırırdılar. Hazırda da davam edən bu adət Umay kultu ilə əlaqəli idi. Qədim türklərdə Umay uşaqları qoruyan tanrı hesab olunurdu. Bu, həm də göbək ciyəsinə verilən ad idi. Qazax və qırğız qadınlar toplu şəkildə göbək ciyəsini basdırır və ətrafında buxur yandırırdılar.

Davamı →

Hansı gündə öləcəyimizi necə hesablaya bilərik?

Öləcəyi günü dəqiqliklə hesablayan, ehtimal və statistika üzərində işləyən və 27 noyabr 1754-cü ildə vəfat edən fransız riyaziyyatçı Abraham de Moivre haqqında danışacağıq.
Abraham de Moivre Fransada protestant ailəsində anadan olub və uşaqlıq illərində o dövrün yeganə ehtimal kitabı olan “De ratiociniis in ludo aleae” (hərfi tərcüməsi: “Bəxt oyunundakı məntiq”) kitabını oxuyaraq riyaziyyatla tanış olub.

Davamı →

İnfoqrafika - pandemiya dövründə dünyada korrupsiya necə inkişaf edib?

Korrupsiya bir çox dövlətlər üçün problem olub və problem olaraq da qalır və bu ölkələrdə korrupsiyanın səviyyəsini qiymətləndirmək çox vaxt çətin olur. Visual Capitalist resursu dünya ölkələrinin Korrupsiya Qavrama İndeksində (KQİ) mövqeyini xəritə şəklində göstərən infoqrafika hazırlayıb. İnfoqrafika Transparency International beynəlxalq təşkilatının (təşkilatın Rusiya nümayəndəliyi hökumət tərəfindən xarici agent kimi tanınır) 2021-ci il üçün məlumatlarına əsaslanır.

Davamı →

Qaradərili hərəmağalarının sirri

Osmanlı hərəmxanası hər zaman diqqət çəkən, sirləri açılmamış mövzudur. Hərəmxananın özünə qapalı quruluşu, ora giriş-çıxışın qadağan olunması, bu barədə sənədlərin azlığı məlumatsızlığa gətirib çıxarıb.
Topqapı sarayının hərəmxanası 400-dən artıq otaqdan ibarət idi. İllər keçdikcə otaqların da sayı artdığından hərəmxana labirintə çevrilmişdi.

Davamı →

Çiçəklərin mənaları nədir?

Fərqli gözəllikləri və qoxuları olan çiçəklər mənaları ilə də önəm daşıyırlar. Hər çiçəyin fərqli mənaları var. Hətta eyni adlı çiçəklər də rəngləri fərqli olduğu üçün fərqli mənalar daşıyır. Hər bir çiçəyin mənası onun hansı məqsədlə hədiyyə edildiyini izah edir. Çiçəklərin mənalarını təqdim edirik.

1. Ağ qızılgül – günahsızlıq
Ağ qızılgül məsumluğu, saflığı və təmizliyi təmsil edir. Əsasən evlilik təklifi edəcək kişilər ağ qızılgül seçirlər.

Davamı →

Eynşteynin qəribə vərdişlərindən nə öyrənə bilərik?

10 saatdan çox yatmaq və corabsız gəzmək — bəlkə də dahi olmaq üçün bunlar kifayətdir.
Məşhur ixtiraçı Nikola Tesla hər gecə ayaq barmaqları ilə məşq edərdi. Yazıçı Marc J Seifer-ə görə o, hər ayağının barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməzmiş. Tesla, bunun beyin hüceyrələrinə təkan verdiyini deyirdi. 20-ci əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos başqa növ təkanverici üsula əl atarmış: amfetamin. Beləliklə o, iyirmi saat işləyə bilirmiş.

Davamı →

Gerçək Qurd Cəbrayıl

Baxşıyev Cəbrayıl Əlibaxış oğlu 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. Anadan olandan 6 ay sonra anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində böyüyür. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış.
Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub. O, özünə pul qazanmaq məqsədilə dovğaya su qatarmış ki, özünə şirinquş, noxud qovurması alsın. Bakı sakinləri dovğanın dadının dəyişdiyini, ona su qatılmasını başa düşüb Kəblə Sonquluya şikayət ediblər. Nəvəsini cəzalandırmaq qərarına gələn Kəblə Sonqulu Cəbrayılı döymək istəyəndə Cəbrayıl onun əlindən çıxıb Tağıyev fabrikinin yaxınlığında yaşayan xalasıgilə qaçmaq qərarına gəlir.

Davamı →